Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PUTİN YENƏ BLEFDƏN İSTİFADƏ EDİR! –“Yaxşı anlayır ki, Rusiya güc baxımından geridə qalır”

putin

Rusiya bu yaxınlarda “Şərq-2018” kod adlı hərbi təlimlər keçirib və onların dediyinə görə, bu təlimlərdə guya 300 min rus əsgəri, 36 min tank və min döyüş təyyarəsi iştirak edib. Biz, hələ onlarla hərbi gəminin iştirakından danışmırıq. Deyilən bu rəqəmlər ruslara təlimləri “misli görünməmiş” manevr adlandırmağa imkan verib.

Yenixeber.org: Amma belə bir şübhə var ki, əsl həqiqətdə Moskva yalan danışır və “Şərq-2018”təlimlərində iştirak edən kontingentin sayını ciddi şəkildə şişirdir. Əgər bu rəqəmlər doğrudursa, onda belə çıxır ki, həmin manevrlərdə bütün Rusiya ordusunun üçdə biri iştirak edib və bu qədər kontingent ölkənin şərq regionuna daşınıb. Sonuncu dəfə buna bənzər təlimlər 1981-ci ildə Baltika və Şərqi Avropada baş vermişdi və o zaman SSRİ Ronald Reyqan administrasiyası ilə olan gərginlik fonunda “Qərb-1981” hərbi təlimlərini keçirmişdi.

Yox, əgər Moskvanın dediyi rəqəmlərə inansaq, indiki təlimlər hətta soyuq müharibə zamanı keçirilən manevrləri də üstələyir. Sözsüz ki, “Şərq-2018” Rusiyanın hərbi və geosiyasi nailiyyətinin nümayişdir. Amma əslində təlimlərin miqyasının bu tərz şişirdilməsinə şübhəylə yanaşmaq üçün bir sıra səbəb var. İlk öncə bu qədər sayda əsgərin daşınması və avadanlıqların quraşdırılması məsələsi Moskvanın dediklərinə şübhə ilə yanaşmağa əsas verir və ölkənin yalnız bir regionundan 300 min əsgərintoplanması heç də asan iş deyil. Həm də hərbi proqramlar və müdafiə xərclərini tədricən azaltmağa başlayan ölkə üçün bu xeyli məsrəf edir.

Rusiya Federasiyasının Şərq və Mərkəzi hərbi dairələrində 7-10 mindən çox olmayan döyüş texnikası var. Təlimlərin keçirildiyi məkana əlavə 25 min texnikanın gətirilməsi dəmir yolu və avtomagistraldakı hərəkəti tamamilə əngəlləyərdi.

tank

Bu qədər əsgərin bir yerdən digər yerə daşınması Rusiya hərbi logistika strukturunun imkanları xaricindədir. Ona görə də, “Şərq-2018” təlimlərinə yalnız 50-100 min rus əsgəri cəlb oluna bilərdi. Hər halda bu da böyük qüvvədir, lakin bu, Moskvaya həmin manevrlərin “misli görünməmiş” miqyasda olmasını deməyə əsas vermir.

Rusiyanın təlimlərdə iştirak edən əsgərlərin sayını şişirtməsində yeni heç nə yoxdur. Hesablamalarda bir sıra fəndgirlik aparırlar və bu da rusiyalı məmurlara belə rəqəmlər çıxartmağa imkan yaradır. Elan olunduğu kimi, təlimlərdə iştirak edən 297 min hərbçi Mərkəzi və Şəqri hərbi dairələrin bütün hərbi hisslərinin və həmçinin də Şimal və Şərqi Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin bütün şəxsi heyəti qədərdir.

Vudro Vilson mərkəzinin hərbi eksperti Maykl Kofman deyib: “Onlar döyüş meydanındakı hər bir batalyonu bütöv bir briqada, hər bir polku isə bütöv bir diviziya sayırlar”.

Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə keçmiş direktor Cefri Edmondsun fikrinə görə, Moskva “Şərq-2018” təlimlərinin iştirakçısı kimi nəinki hərbi formadakı əsgərləri, həmçinin regionun ehtiyatdakı mülki şəxslərini də sayır.
Komandanlıq həqiqətən də mövcud hərbçilərin sayını söyləyib, lakin onlar təlimlər keçirilən yerlərdə olmayıblar. Rəqəmlərin bu cür şişirdilməsi soyuq müharibə dövründən qalmış taktikadır. Aydındır ki, bu, aşağı düşən sosial standartlardan və pensiya yaşının yüksəldilməsindən qıcıqlanan əhalini sakitləşdirmək üçün Rusiya hökumətinə lazımdır. Hal-hazırda Rusiya iqtisadi və demoqrafik sferada çiddi problemlər yaşayır.

Lakin bütün sosial problemlərə baxmayaraq, Kreml, onsuz da federal büdcənin əhəmiyyətli hissəsini orduya xərcləyir. Son 15 ildə prezident Vladimir Putin zəifləmiş Rusiya ordusunun döyüş qabiliyyətini xeyli yüksəldib. Hərbi ekspert Mark Qaleoti deyb: “Putin yaxşı anlayır ki, obyektiv tərəfdən yanaşılsa, onun ölkəsi güc baxımından geridə qalıb. Elə ona görə də, Putin blefdən istifadə edir. O, güclü və təhlükəli ölkə imici yaratmaq istəyir”.

(“Business Insider”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam