Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Torqovı” qarış-qarış “Mado”ya, “Özsüt”ə satılır –Fotolar

 

 Bakının mərkəzi meydanı olan “Torqovıy”da bu gedişlə ayaq qoymağa yer qalmayacaq. Nizami küçəsində, onunla kəsişən yollarda, Natəvan heykəli ətrafında yerləşən restoranların çıxardığı “balkon” piyadaların yolunu zəbt edib.

Yenixeber.org: “Mado”, “Fisncan”, “Özsüt”, “Pizza İnn” və onlarla belə restoranlar piyadaların yolunu, səkinin tən ortasını özəlləşdiriblər.

Bu restoranlar “yay balkonu” açaraq müştərilərin açıq havada oturmasını təmin edirlər. Düzdür, Avropa ölkələrində də bu təcrübə var.

Ancaq onlar piyadaların yolunu kəsərək, onların hərəkətini məhdudlaşdıraraq bunu etmirlər. Bizdə isə küçədə bir az sonra gəzməyə yer olmayacaq. Xüsusən də “Mado” yolun ortasını ələ keçirərək eqositcəsinə yalnız öz gəlirlərini və müştərilərini düşünüb.

Bu da vətəndaşların narahatlığına səbəb olur. Bizim lentə aldığımız fotolardan da görmək olur ki, şəhərin mərkəzində piyadaların yolları “işğal” edilərək darısqallaşıb.

Restoranlar isə buna icazə verilməsi üçün Səbayel Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətini “razı” salıblar. İndi BŞİH başçı müavini postunu tutan Eldar Əzizov Səbayel RİH rəhbəri olarkən “Torqovı”nı qarış-qarış satıb.

Eldar Əzizov
Eldar Əzizov

Söhbətləşdiyimiz şəhərin sakinləri isə əvvəlki “Torqovı” olmadığına heyfslənirlər. Onların sözlərinə görə, mərkəzi gəzinti meydanı daralıb, adamlar çiyin-çiyinə dəyirlər.

“Bunlar bizi ələ salır, nədir…Biz adam deyilik? Kimlərsə restoranın açıq havasında oturmalıdır deyə bizim gəzdiyimiz yolları bağlamalıdırlar? Bu nə qanunsuzluqdur?

Bu da baxın, Nəsimi heykəlinə gedən tərəfdə “Kolorit”, “Albatros” küçəni zəbt edib, nə var ki ərəblər rahat qəlyan çəksinlər.

Tolstoy küçəsinə dönməmiş, “Mcdonalds”ən arxa tərəfində restoranlar küçəni alıblar. Bu restoranların sahiblərinə kim şərait yaradıb?

Deməli, icra hakimiyyətinin barmağı var da. Eldar Əzizov Səbayelə gələndən mərkəzi satmağa başladı, indi də meriyada istədiyini edəcək”, – deyə Bakı sakini Mirsahil Əlizadə deyir.

Həmsöhbət olduğumuz Firudin Zamanov isə deyir ki, “Mado”nun yaxşı pul qarşılığında küçəni zəbt etdiyini eşidib: “Mən şəhərdə böyümüşəm. Ayaq açandan bu günə kimi “Torqovı”da gəzirəm.

15 il əvvəl Hacıbala Abutalıbov burdakı “butka”ları, köşkləri sökdürdü, sahman yaratdı. İndi Eldar Əzizov gəlib, mədəni formada həmənki vaxta qaytarır. Restoranların əksəriyyəti “qarın çıxarıb”lar, gediş-gəlişi daraldıblar. Xeyir ola? Bizi adam saymırsız?

Ona görə də cənab prezidentin müdaxilə etməsini gözləyirik. Necə ki Mütəllibov müraciət elədi, binanın foyesini satanlar nəzarətə götürüldü, xahiş edirik bura da bir əncam çəksin”.Yunis/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam