Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

NATO VƏ Aİ ƏVƏZİNƏ, BRICS VƏ ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI?–Türkiyənin Qərbə alternativ axtarışı səmimi görünmür - TƏHLİL

Leonid İsayev

“Əl-Cəzirə”

 

Avqustun 11-də “New York Times” qəzetində nəşr olunan məqaləsində prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ ortaqlığının təhlükəyə məruz qaldığını və Ankaranın yeni müttəfiqlər axtarmağa başlayacağına dair xəbərdarlıq edib.

Yenixeber.org: Ankara ilə Vaşinqton arasındakı əlaqələr bu il ən aşağı nöqtədədir. O cümlədən amerikalı pastor Endrü Bransonun terror ittihamı ilə əlaqədar tutulması da daxil olmaqla, bir sıra məsələlər ucbatından.

Birləşmiş Ştatlarla böhranın başlanğıcından bəri Ərdoğan Türkiyənin “İran, Rusiya, Çin və bəzi Avropa ölkələri”nə qədər bir sıra ölkələrlə yeni ortaqlıq axtarmağa çalışacağını söyləyir. O, həmçinin Türkiyənin BRICS blokuna daxil olmaqda maraqlı olduğunu bildirib.

Ərdoğanın “yeni müttəfiqlər axtarmağa başlamağı” ilə bağlı son təhdidindən bir neçə gün sonra, avqustun 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya rəsmi səfər edib. O, türkiyəli vəzifədaşı Mevlüt Çavuşoğlu ilə Suriyaya dair gələcək zirvə görüşü barədə danışıb. Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə dördtərəfli zirvə toplantısının sentyabrın 7-də İstanbulda keçirilməsi gözlənilir.

Lavrovun bir daha Rusiya-Türkiyə yaxınlaşması görünüşü yaradıb. Ərdoğan artıq belə bir niyyəti ifadə etdiyinə görə, bu bir çoxları üçün bu, təəccüblü deyildi və hər iki ölkə indi bənzər durumdadır.

Ukraynadakı hadisələrdən sonra Rusiya Avropa İttifaqı – əsas siyasi və iqtisadi tərəfdaşı ilə əlaqələrinə zərbə vurub. Bundan başqa, 2014-cü ildən etibarən qüvvədə olan sanksiyalar rublun məzənnəsini 50 faiz azaldıb, eyni zamanda, Rusiya büdcəsinin daimi kəsirinə gətirib-çıxarıb.

Türkiyə daha asta tempdə olsa da, oxşar istiqamətdə hərəkət edir. Ankaranın Qərb ölkələri ilə əlaqələri getdikcə gərginləşir. Türkiyə ilə Qərb arasındakı sonsuz mübahisələrin nəticəsi olaraq, iqtisadiyyat ətalətləşib və lirə çöküb.

Bununla belə, iki ölkə arasında yaxınlaşma sözdən əmələ keçmir. Heç bir ölkə Qərb dünyasına alternativ tapmağa tələsmir. Əksinə, türk və rus liderlərinin əsas məqsədi köhnə ortaqlığı bərpa etməkdir – müvafiq olaraq ABŞ və Aİ ilə.

 

Rusiya və Türkiyə: hələ də müttəfiqlər deyil?

 

Həm Lavrov, həm də Çavuşoğlunun Ankarada keçirilən görüşlərindən sonra “ticari-iqtisadi əlaqələrdə müsbət meyllər” və “ticarət dövriyyəsinin 40% artması” ilə əlaqədar açıqlamalarına heç kim aldanmasın. Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 21,6 milyard dollara çatsa da, 2015-ci ilin noyabrında Suriya sərhədində rus döyüş təyyarəsinin vurulmasından əvvəl olduğu yerdən hələ də uzaqdadır (2014-cü ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 30 milyard dollar təşkil edib).

Bundan başqa, perspektivli bəyanatlarına baxmayaraq, hər iki ölkə həmin hadisədən sonra bir-birinə qarşı tətbiq olunan ticarət məhdudiyyətlərini aradan qaldırmağa tələsmir. Məsələn, keçən ilin may ayında Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlardan sonra tərəflər iqtisadi münasibətlərə dair məhdudiyyətlərin aradan qaldırılmasına razılıq veriblər. Ancaq bu razılaşmadan sonra Ankara Rusiyadan buğda idxalı ilə əlaqədar iki məhdudiyyət qoyub və Moskva Türkiyənin Rusiyaya pomidor ixrac etməsinə imkan verməyib.

Sergey Lavrovun sözlərinə görə, “ikitərəfli münasibətlərdə əsas rol oynayan” enerji sahəsində əməkdaşlıqdır. Moskvanın lobbiçilik etdiyi “TürkStream” qaz kəməri Ankaranı şantaj etmək üçün daim istifadə olunur. Məsələn, (yanvar) 2018-ci ildə boru kəmərinin növbəti filialının tikintisinə icazə vermək əvəzində, Ankara “Zeytun budağı” əməliyyatı üçün Suriyada hava dəhlizlərinin açılmasını tələb edib.

İyunun 12-də Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Transanadolu qaz kəmərinin (TANAP) açılışını edib. Bu boru kəməri ildə 16 milyard kubmetr qaz ötürmə qabiliyyəti ilə gələn ilin ortalarından Avropaya qaz tədarükünə başlayacaq və Rusiya dəstəkli “TürkStream”-ə birbaşa rəqib olacaq.

 

Türkiyənin Qərbə alternativi varmı?

 

Türkiyənin Qərbi əvəz etmək üçün yeni əməkdaşlıq qurma cəhdləri eyni şəkildə süni görünür.

Misal üçün, Yohannesburqda keçirilən son BRICS zirvəsində Ərdoğan Türkiyənin bloka daxil olma fikrini elan edib. Ancaq nə Türkiyə, nə də blokun mövcud üzvləri, Rusiya da daxil olmaqla,  belə genişlənməyə maraq göstərənlər kimi görünür.

Hazırkı üzvlər birliyin daxilində qarşılıqlı təsir mexanizmi yaradılmadan blokun genişləndirilməsində maraqlı deyillər. “Üzv ölkələr digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır və gələcəkdə BRICS genişlənməsini istisna etmirlər, amma bu, əlavə təhlil tələb edir”, – Rusiya prezidenti Vladimir Putin sammitdəki mətbuat konfransında bildirib.

Bununla yanaşı, Türkiyənin bloka daxil olması üçün lobbiçi müttəfiqi yoxdur. Məsələn, Cənubi Afrikanın bloka daxil olması əsasən Braziliya və Hindistanın lobbiçilik səyləri ilə baş tutub. 2003-cü ildən etibarən üç ölkə “IBSA Dialogue” Forumunun iştirakçıları olub.

Aydındır ki, Türkiyə hazırda bloka daxilində müttəfiqlərə malik deyil. Bu, əsasən, Türkiyə iqtisadiyyatının Qərbə istiqamətlənməsinin nəticəsidir. Bütün Türkiyənin idxalının yarısı Aİ və ABŞ-a aiddir və türk məhsullarını ixrac edən bütün BRICS ölkələrinin payı yalnız 4.2%-dir.

Şübhəsiz, Ankara bu maneələrdən xəbərdardır, lakin təkliflərinin qulaqardına vurulmasından çox da narahat olmur.

Eyni şey Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulma arzusuna da aidir. Ərdoğan iki il bundan əvvəl Türkiyənin ŞƏT-ə qoşulmasına dair fikirlərini açıqlayıb. “Niyə Türkiyə Şanxay beşliyində olmasın?”

Türkiyənin ŞƏT-ə qoşulması təklifi həm Moskvada, həm də Pekində narahatlıq doğurur.

Rusiya rəhbərliyinin fikrincə, ŞƏT-də Türkiyənin üzvlüyü postsovet məkanında – Orta Asiyada başqa bir rəqibin ortaya çıxması ilə nəticələnəcək.

Çin üçün də Türkiyənin təşkilatda iştirakı Orta Asiyada da artan rəqabət deməkdir. Bundan başqa, Pekin Sincan-Uyğur muxtar regionunda yaşayan uyğurlara dair Ankaranın mövqeyindən ciddi narahatdır. Sincanını “dünya terrorizminin ön cəbhəsi” elan etdikdən sonra Çin uyğurların silahlı mübarizəsini beynəlxalq arenada terrorizm kimi təqdim etmək istəyir. Ancaq bu etnik qrupla dini və linqvistik əlaqələri olan türklər Sincandakı vəziyyəti insan haqları böhranı olaraq görürlər. 2009-cu ildə Ərdoğan hətta Çini uyğurlara qarşı “soyqırımı” törətməkdə ittiham edib.

Buna görə də, Türkiyənin ŞƏT-ə üzvlüyünə sədd çəkilir.

Ancaq Türkiyənin də ənənəvi tərəfdaşlarını yeniləri ilə əvəz etmək ciddi istəyi yoxdur. O, Vaşinqtonu əhəmiyyətli müttəfiqi və iqtisadi tərəfdaşını itirə biləcəyini inandırmağa cəhd edir. Ankaranın planlarının müvəffəqiyyətli olub-olmayacağını yalnız zaman göstərəcək.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam