Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Sayğacların çox yazması istilərə görədirsə, onda gərək...




Sayğacların son bir ay ərzində çox yazması istilərə görədirsə, onda gərək Dubayda əhali müflis ola...
Sayğacların çox yazması istilərə görədirsə, onda gərək...
...Əhalinin bu dəfə işıqpulu ilə sınağa çəkilməsi utanvericidir. Təkcə bir gecədə Azərbaycanı işıqsız qoyan, ölkəyə milyardlarla manat ziyan vuran, əhalini işıqla imtahana çəkən “Azərenerji”nin ərköyün sədri Etibar Pirverdiyevdən əhaliyə vurduğu maddi və mənəvi ziyana görə kompensasiya tələb etmək əvəzinə, bəzi məmurlar indi də başlayıblar sayğacla baş, üzr istəyirəm, cib kəsməyə...

Yenixeber.org: Qısası, bilmirəm Etibar Pirverdiyevin ermənilərlə nə əlaqəsi, amma sədr düşmənə bu təxribat xarakterli hərəkətlə anlatdı ki, Azərbaycan Mingəçevirdəki filan xəttdən asılıdır, ordunu töküb Aşotun nəvələrini qırğına verməyə nə ehtiyac!

Əgər işıqpulunun çoxluğu havaların isti keçməsi ilə bağlıdırsa, onda gərək isti ölkələrin əhalisi “bankrot” ola...

Qayıdıram Etibar Pirverdiyevin Azərbaycanı işıqla imtahana çəkməsi məsələsinə. O, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən təcili iclasda ölkə rəhbərinin və Azərbaycan əhalisinin gözünün içinə qıpqırmızıca dedi ki, guya transformatorun partlaması havaların isti keçməsi ilə bağlıdır. Mən bu sarsax iddianın cavabını hələ hadisə baş verən gecə FB səhifəmdə və tezadlar.az saytındakı açıqlamamda vermişdim və yazmışdım ki, Etibar Pirverdiyev, əgər İES-lərdəki transformatorların işi havaların isti keçməsindən asılı olsaydı, onda gərək dünyanın isti ölkələrində- İranda, Ərəbistanda, Afrika, Cənubi Amerika və s. Dövlətlərdə, elə Etibar Pirverdiyevin tez- tez səfər etdiyi Dubay şəhərində hər gün partapart olaydı, isti ölkələr işıqsız qalaydı... VƏ Prezident İlham Əliyev səhəri gün Eıtibar Pirverdiyevin bu ağ yalanını mənim bir gün əvvəl yazdığım bu məntiqlə alt-üst etdi...

Prezident Etibar Pirverdiyevə: “Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar ötən ay keçirilən müşavirədə üzünü “Azərenerji” ASC-nin sədri E.Pirverdiyevə tutaraq belə demişdi. Dövlət başçısı sonra demişdi: “Mən bunu giriş sözümdə qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib...”.

***

...İndi isə ölkə artıq yazılan işıqpulları ilə başbaşadır, əhali bu tapmaca üzərində baş sındırır. Deyəsən, bəzi məmurlar Etibar Pirverdiyevin Azərbaycana vurduğu bəlli ziyanı əhalinin cibindən çıxarmaq istəyirlər. Ötən şənbə günü “Azərişıq”ın baş ofisində qurumun başbilən əməkdaşlarının keçirdiyi mətbuat konfransında onların söylədikləri arqumentlər mənim şübhələrimin nə qədər doğru olduğunu təsdiqləyir. FB istifadəçisi, tanınmış iqtisadçı-ekspert Etibar Əliyevin aşağıda təqdim etdiyim statusu deyilənləri dəqiqliyi ilə sübut edir. SİTAT: “”Azırişıq”ın nümayəndəsinin “izahatı” lap Bəhlul Danəndə ilə əlaqədar “Üzrü günahından betər” lətifəsinə bənzədi. Əvvəla, Amerika açmaq, rəqəmlərlə xalqın gözünə kül üfürmək lazım deyil. Ötən illərdə də isti aylar olub və hər kəs oz ödədiyi pulu dəqiq bilir. Nə oldu, qəza baş verən ay üçün birdən birə işıq pulu bu qədər adama ikiqat gəlib, onlar haqsızdırlar, “Azərişıq” haqlı? Nə üçün hökumətdə bir neçə gündür gündəmi məşğul eləyən bu məsələni bildikləri halda onun araşdırılması haqqında göstəriş vermirlər? Yəqin ki, əsil səbəbi bilirlər. O ki qaldı rəqəmlərə, axmaq özünüzsünüz! Məişət kondisionerlərinin böyük əksəriyyəti sizin yazdığınız kimi 2.5 KvT yox, 1 KvT gücündə olur. İkincisi, 10 saat işləyir deyəndə beyninizi işlədin ki, hər bir kondisioner fasilələrlə işləyir və həmin 10 saatın ərzində heç 5 saat çalışmır. Mənzillərdə olan 35 kv, metrlik otalar üçün nəzərdə tutulan kondisionerlər ayda 15 manat yazır. Bunu mən illərdir ki, ödəyirəm və dəqiq bilirəm. O dediyiniz 70 manatı gedin özünüzə! Xalqı həm aldadıb, həm də ələ salmağı Prezident sizə bağışlamayacaq!”

***

...Bəli, işıqpulunun Etibar Pirverdiyevin məlum partapartından sonra əhaliyə artıq yazılmasının sirri açılmaqdadır. Bəlkə ölkəyə vurulan ziyan əhalinin cibindən çıxarılmalıdır? Və buna ciddi cəhdlər var. İnanaq ki, ölkə prezidenti İlham Əliyev məmurların düşünüb- tapdığı bu kələyin işə keçməsinə imkan verməyəcək. Çünki bəzi elektrik qurğularının, xüsusən də kondisionerlərin guya elektrik enerjisi sərfiyyatının yayda, yəni havaların isti keçdiyi müddətdə çox olması iddiası yalandır, uydurmadır. Elə olsaydı, onda gərək, məsələn, Etibar Pirverdiyevin tez-tez istirahətə getdiyi isti ölkələrin, eləcə də Dubayın əhalisi müflis olsun, yayda kondinsioner işlətməsin... Çünki ilboyu Dubayda kondisioner işlədirlər...

Yeri gəlmişkən, necə olur ki, dövlətə 500-1000 manat ziyan vuranı, vergini gecikdirəni, bir çürük ağac kəsəni dərhal cinayət işi başlayıb həbs edirlər, amma Prezident İlham Əliyevin də çıxışında dediyi kimi, ölkəyə milyardlarla maddi, on milyardlarla mənəvi ziyan vurmuş Etibar Pirverdiyev hələ də azadlıqdadır, ona cinayət işi başlanılmayıb??? Bəs əslində həqiqət necədir?

Mingəçevir İES-də baş verənlərlə bağlı sorğumuzu sahə mütəxəssisi T.Ədalət belə şərh etdi:

- Mingəçevirdəki istilik-elektrik stansiyasında turbinlərin sıradan çıxmasına səbəb Rusiyadır. Hüseyn Arabulu “Azərişıq”dan uzaqlaşdıran, yerinə Belarusdan elektrik avadanlıqları gətirib Bakıda satan Etibar Pirverdiyevi təyin etdirən Rusiyadır. Səbəb odur ki, Ermənistanı elektrik enerjisi ilə təmin etmək üçün Rusiya bizi özü ilə eyni şəbəkəyə qoşub. Ermənistana işıq ötürmək üçün Rusiya hər il bir neçə dəfə İmişli istiqamətindən İrana cərəyan ötürür. Bizdə cərəyan sürəti 50, İranda 60 hersdir. Cərəyan ötürülməsi üçün böyük dəqiqlik tələb olur. Kiçik bir səhv turbinlərin sıradan çıxmasına, yəni herslər fərqinin toqquşması zamanı turbinlərdə ciddi titrəmənin baş verməsinə səbəb olur. Danışıqlar, fərziyyələr izi itirmək üçündür. Pirverdiyevlik də bir şey yoxdur. Mingəçevir dayananda Rusiya tərəfinin bizə danışıqsız-filansız işıq verməsi də öz günahını örtməkdir. Nəyə görəsə “işıqötürmə” əməliyyatı Mingəçevir stansiyasından aparılır, bunun isə əsil səbəbini bilmək çətindir...(pravdainfo.org)

Asif MƏRZİLİ
(tezadlar.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam