Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TRAMPIN TEHRANA GÖZLƏNİLMƏZ TƏKLİFİ:İran dialoq üçün ən azı 3 şərt irəli sürür - TƏHLİL

Lora Rozen

“Əl-Monitor”

 

Hərbi hücum təhdidlərini səsləndirdikdən bir həftə sonra ABŞ prezidenti Donald Tramp bu gün heç bir ilkin şərt olmadan İran prezidenti Həsən Ruhani ilə istədiyi zaman görüşməyə hazır olduğunu bildirib. İtaliya baş naziri Cüzeppe Konte ilə birgə mətbuat konfransında Tramp deyib: “İran təmsilçisi ilə görüşmək istərdim, əlbəttə ki, görüşmək istəyirlərsə…”.

Yenixeber.org: “Heç bir ilkin şərt yoxdur, – deyə o əlavə edib. – Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm. Bu, ölkəmiz üçün faydalıdır, onlar üçün də, bizim və dünya üçün xeyirlidir”.

Tramp ABŞ-ın may ayında çıxdığı İranla “gülünc” nüvə razılaşmasını əvəz edəcək bir tənzimləməni müzakirə etmək istəyir. O etiraf edib ki, İran liderləri hələ onunla görüşməyə hazır deyillər, amma son nəticədə, onların təmasa girəcəklərini düşünür.

“Hələ də buna hazır olmadıqlarnı bilirəm”, – deyən Tramp bildirib ki, İranın digər beş dövlətlə sazişi qoruyub saxlamağa çalışdığından məlumatlıdır, çünki Birləşmiş Ştatlar İranın iqtisadi və bank sektoruna sanksiyalar tətbiq etməyi nəzərdə tutur. “İnanıram ki, onlar sonda görüşmək istəyəcəklər və istədikləri zaman iranlılarla görüşməyə hazıram”.

Tramp deyib: “Mən bunu güclü və ya zəif olduğumdan etmirəm. Məncə, bu düzgün bir şeydir. Boş kağız sərfiyyatı deyil, mənalı bir şey işləyərsə, mən də görüşməyə hazıram”.

Trampın İran liderləri ilə görüşmək istəyi, – həm də gələcəkdə İranda rejim dəyişiklik etmədən, – administrasiyanın digər üzvlərindən gələn mesajlardan fərqlidir, o cümlədən İran neftinin idxalını noyabr ayına qədər sıfıra endirmək çağırışından.

Dövlət katibi Mayk Pompeo dəfələrlə İranda rejimə qarşı etirazlara dəstək bildirib və regionda İranın mövqeyinə dair geniş dəyişikliklərin siyahısını təqdim edib. Bu halda, Tramp administrasiyası İran rejimi ilə necə danışıqlar aparacaq?

İyulun 22-də Kaliforniya ştatının Ronald Reyqan Prezident Kitabxanasında İran-ABŞ Şurası üzvləri qarşısındakı çıxışında Pompeo demişdi: “Prezident deyib ki, əgər biz bu dəyişikliyə nail ola, liderlərə xalqın rifahını təmin etməklə bağlı strateji qərar qəbul etdirə bilsək, söhbət etməyə hazırıq”.

“Prezident ən azı bir dəfə, bəlkə də dəfələrlə deyib ki, İran rəhbərliyi ilə bunu etməyə hazırdır, amma İran rejimində görünməmiş, əyani və ibrətamiz dəyişikliklər olmadığı müddətdə bu baş verməyəcək. Amma ümidimi itirmirəm”.

Lakin Tramp Pompeonun dialoq üçün tələb olunan şərtlərini kənara qoyub. “Heç bir şərt yoxdur. Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm”, – deyə o təkrarlayıb.

Tramp heç bir ilkin şərt olmadan İran təmsilçiləri ilə görüşəcəyini söyləyərkən, CNBC-yə danışan Pompeo, qəribə olsa da, prezidentlə eyni mövqedə olduğunu iddia edib.

Pompeo bu gün CNBC-nin “Closing Bell” proqramında deyib: “Prezident problemləri həll etmək üçün ayrı-ayrı fərdlərlə görüşmək istəyir. İranlılar öz xalqına münasibətdə fundamental dəyişikliklər etmək öhdəliyini nümayiş etdirirlərsə, pis rəftarı azaltmaqla, nüvə razılaşmasına daxil olmağı məqsədəuyğun hesab edirlərsə, bu, həqiqətən, nüvə silahının yayılmanın qarşısını alar, bundan sonra prezident onlarla eyni masa arxasında oturub söhbətləşər”.

Tramp ötən il Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının toplantısında İran prezidenti Ruhani ilə görüş tələbində olub, lakin ABŞ və iranlı mütəxəssislərin sözlərinə görə, bu reallaşmayıb. ABŞ-ın tələbi Trampın Baş Assambleyada birmənalı qarşılanmayan anti-İran çıxışından sonra dövlət katibinin müavini Tom Şannon vasitəsilə ünvanına çatdırılıb.

Bunu “Yeni Amerika” düşüncə quruluşunun təmsilçisi Suzann DiMaccio iddia edir. O, İran diplomatları və Amerikalı siyasət mütəxəssisləri arasında on ildən çoxdur ki, təmaslar qurur.

Birləşmiş Ştatlar İranla nüvə sazişindən imtina edərək, sanksiyalar tətbiq etmək üçün vədə gözləyərkən, Tehranın Vaşinqtonla dialoqu çox çətin olacaq.

Beynəlxalq Böhran Qrupunun tədqiqatçısı Əli Vaiz bu gün “əl-Monitor”a bildirib: “İranlılar daxilən ziddiyyətli bir administrasiya ilə niyə danışıqlar aparsın ki?! Onlar Pompeonun 12 ön şərti və ya prezidentin ilkin şərtsiz təklifinə inansınlar? Bu mərhələdə heç bir İran lideri başına dirənmiş silahla danışıqlar apara bilməz. Prezident Tramp İranla bütün razılaşmaların ana mövzusunu tapa bilmədi, amma administrasiyasında da heç kəs İrana fayda gətirəcək bir müqavilə imzalanmasını istəmir”.

“Trampun təhdidləri və təhqirləri İranı zəhərləyib, – Əli Vaiz əlavə edib. – Ruhaninin yenidən siyasi danışıqlara cəlb olunmasının təməli yoxdur”.

Trampın təklifinə ilk rəsmi cavablarından biri Ruhaninin məsləhətçisi Həmid Əbutalibidən gəlib. O, İranla Birləşmiş Ştatlar arasında görüş üçün İranın şərtləri olduğunu dilə gətirib.

Əbutalibinin “tweet”i: “İranın uca millətinə hörmət, hərbi əməliyyatları azaltma və ABŞ-ın nüvə razılaşmasına qayıtması… bu gün qarşılaşdığımız  çətin yolu asanlaşdırmaq üçün zəruri olanlar budur”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam