Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

İRAN ƏTRAFINDA HƏLQƏ DARALIR:ABŞ xüsusi xidmətləri bu ölkədə qiyam və vətəndaş müharibəsi ssenarisini işə salıb – TƏHLİL

Vladimir Ardayev

RİA Novosti, 29.07.2018

 

ABŞ dövlət katibi Mayk Pompeo İran xalqını üsyan etməyə və “korrupsiyalaşmış rejimi devirməyə” çağırıb. Hələ üç ay qabaq MKİ-yə başçılıq edən xarici siyasət idarəsi başçısının bu cür bəyanatı yalnız bunu bildirir ki, Amerika xüsusi xidmətləri var gücüylə bu vəzifənin  gerçəkləşdirilməsiylə məşğuldur.

 

“Rədd olsun korrupsiyalaşmış rejim!”

 

Yenixeber.org: Mayk Pompeo “İranın səsinə səs verək” məruzəsilə Kaliforniyada “Ronald Reyqan” Prezident Fondunda çıxış edib. Amerikanın baş diplomatı boyalara heyfsilənməyərək İranın hakim – hərbi, mülki və hətta ruhani strukturlarının pis korrupsiyalaşmasını naxış-naxış təsvir edib:

“İranda iqtisadi durumun acı kinayəsi bundan ibarətdir ki, insanlar iş yerləri və islahatların gərəkdiyi haqda bağırınca rejim ciblərini doldurur. İran iqtisadiyyatının uğurları bəhrə gətirir – amma yalnız siyasi elitaya daxil olanlara. Biz İran hökumətinin ali eşelonundakı korrupsiyadan çoxlu misallar bilirik”.

O, İran məhkəmə sisteminin başçısından – 300 milyon dollar sərvət toplamış və Dövlət Departamentinin versiyasına görə, dövlət pullarını şəxsi bank hesabına köçürən Sadiq Laricanidən başlayıb. “Milyarder general” ayaması qazanmış daxili işlər naziri Sadiq Məhsuli, dövlət katibinin sözlərinə görə, İran-İraq savaşı illərində İslam İnqilabı Keşikçiləri Korpusu ilə affilə (biznes fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin işinə təsir edə bilən fiziki və ya hüquqi şəxs-red.)  olunan şirkətlər vasitəsilə neft ticarəti aparıb. Böyük ayətullah Məkəram Şirazi “şəkər sultanı” kimi ad çıxarıb, çünki bu malla qanunsuz alver ona yüz milyonlarla dollar gətirib.

Pompeo ölkənin ruhani liderinə də aman verməyib. Dövlət katibi iddia edir ki, 95 milyard dollarlıq hec fondu (ingiliscə: hec – “yatırım”-red.) ayətullahƏli Xameneiyə məxsusdur və o, İİKK-i buradan “bəsləyir”.

ABŞ xarici siyasət idarəsi başçısının fikrincə, ümumiyyətlə, İran “daha çox mafiyaya oxşar hökumətin yönəltdiyi ölkədir”.

Vaşinqton buna görə də İran elitasının varlanması üçün kanalları bağlamaqdan ötrü diplomatik və maliyyə üsulları ilə hər şeyi edir. Dövlət katibinin məruzəsi sadə xalqın hesabına piylənən burjuaziya haqda solçu kommunist liderin inqilaba çağıran çıxışını çox yada salır. Pompeo yekun vurub: “40 illik müstəbidlik rejiminə qarşı etirazlar qarşısında İran xalqına ismarıcım var: Birləşmiş Ştatlar sizi eşidir, Birləşmiş Ştatlar sizə əl tutur, Birləşmiş Ştatlar sizinlədir!”

 

Gəncliyə ümidlər

 

İrandakı etirazlar keçən ilin sonundan davam edir. Əsas səbəb – sosial-iqtisadi durumdur. Güclü qarlı, qeyri-adi soyuq qış və qıtlıq doğuran yay quraqlığı vəziyyəti ağırlaşdırıb. Rəsmi təbliğat şayiələr yayır ki, təbii fəlakətlər, guya, iranlılara qarşı iqlim silahı işlədən İsrail və ABŞ-ın fitnəsindən başqa bir şey deyil. Amma başqa səbəblərdən də qiyam edirlər: gənclik demokratik islahatlar, kürdlər, bəluclar, əhvazlar isə müstəqillik tələb edirlər.

ABŞ xüsusi xidmətləri bu istiqamətlərin hamısı üzrə işləyir. Xüsusən də Parisdə İranın bütün xalqlarının maraqlarını təmsil etməyə nəzərdə tutulmuş struktur yaradılıb. Bu, bir sıra solçu birləşmələrdir: İran Xalqının Mücahidlər Təşkilatı – Miryam Rəcəvi başda olmaqla “Mucahidini-xəlq”, İran Kommunist Partiyası, İran Kürdüstanı Birləşmiş Partiyası KOMALA və s.

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini araşdırma Mərkəzinin direktoru Semyon Baqdasarov deyir: “Əsas güvən, arasında solçu baxışların yayıldığı gəncliyədir. Bundan savayı, ABŞ İran Kürdüstanında, Bəlucistanda və Əhvazda separatçılara əl tutur və yemləyir”.

Vaşinqton bu qayda ilə Tehranla mübarizədə hətta köhnə düşmənlərin – kommunistlərin köməyinə əl atmağı özünə ayıb saymır. Bu azmış kimi, terrorçuların da. Məsələn, İran və İraqda yasaqlanmış “Mucahidini-xəlq” solçu radikal təşkilatın. Əbəs deyil ki, Avropa Brliyi 2009-da, ABŞ isə 2012-də onu terrorçu təşkilatlar siyahısından çıxarıb.

 

Unudulmuş köhnə yaxşıdır

 

Altmış beş il qabaq hər şey tam əksinəydi. Britaniyalı həmkarlarına hay verən ABŞ xüsusi xidmətləri o zaman İran baş naziri Məhəmməd Müsəddiqin aradan götürülməsi üzrə “Ayaks” əməliyyatı hazırlayıb həyata keçirib. O, neft sənayesini milliləşdirib və İngiltərə-İran neft şirkəti (sonralar British Petroleum – BP kimi təşkil olunub) yataqlara çıxışdan məhrum olub. Bundan başqa, ölkədə kommunist təsirinin güclənməsi Vaşinqtonu çox qorxudurdu.

MKİ qanuni hökumətə və kommunistlərə qarşı monarxiya ruhlu siyasi qüvvələrdən və daha radikal islamçı ruhanilərdən faydalanıb. Ordu qızışan iğtişaşlara əl tutub və Müsəddiqi deviriblər. İranda “tamdəyərli monarxiya” bərpa olunub, şah Məhəmməd Rza Pəhləvi sürgündən dönüb, baş nazir postunu Qərbin etibarlı “adamı” Fəzlulla Zahidi tutub. O, milliləşdirməni ləğv edib və britaniyalılar neft yataqlarını yenidən nəzarətə götürübər.

ABŞ 1953-də İranda ilk dəfə başqa ölkənin qanuni hökumətini devirib, onun inkişafının təbii gedişatını dəyişib. Tarix bunu bağışlamayıb: İranda kommunsitləri darmadağın edərək başqa bütün liberal gücləri də əziblər, əvəzində radikal islamçılar dedikcə möhkəmlənib və antiqərb əhvalı xeyli güclənib.

Bütün bunlar iyirmi beş il keçəndən sonra 1979-da başlanmış İslam inqilabına əndərilib. Tehranda Amerika səfirliyinin ələ keçirilməsi, diplomatların azad edilməsi üçün göndərilmiş xüsusi təyinatlıların məhvi, İran və ABŞ arasında diplomatik münasibətlərin qırılması, sonra 40 ildən az olmayaraq qarşıdurma. Şiə ruhanilərin hakimiyyətinə keçən ölkə beynəlxalq təcrid və sanksiyalar şəraitində yaşayan didərginə çevrilib.

Vaşinqton indi kommunistlərin, separatçıların və vətəndə terrorçu sayılanların köməyi ilə İran tarixini əks yönə döndərməyə çalışır.

 

Uçurtmaq deyil, qurmaq

 

Mayk Pompeo vurğulayıb ki, ABŞ İrana basqını zəiflətməyəcək, çünki onu bütün dünyaya, o cümlədən Avropaya təhlükə sayır. Dövlət Departamentinin hesab etdiyi kimi, Tehran terrorizmi maliyyələşdirir və ancaq onun maliyyə axınlarını qurutmaqla bunun kökünü kəsmək olar. Vaşinqton İranın bank və energetika sektoruna qarşı təkrar sanksiyalar tətbiq edir.

Bundan başqa, amerikalılar artıq bu payızda bu ölkədən karbohidrogen alqısını tam kəsmək qəsdilə İran neftinin idxalatçısı olan ölkələrlə danışıqlar aparırlar.

Tehran “adekvat cavab” vəd edir. Analitiklərin fikrincə, ifrat tədbir də – Fars körfəzində hasil edilən bütün neftin 90%-nin nəql edildiyi strateji Hörmüz boğazının bağlanması  istisna deyil. Bu, baş versə, böyük müharibə mümkündür.

İranın keçmiş xarici işlər naziri və parlamentin keçmiş spikeri Sabah Zənganeh “Sputnik”ə müsahibədə deyib: “İran təcrid və sanksiyalar illərində çoxmilli iqtisadi sistem hazırlayıb və tətbiq edib, ölkə iqtisadiyyatı indi xarici təsirlərdən cəmi 20% asılıdır. Məsələn, Tehran daxili bazarda dollardan istifadənin yasaqlanmasını rialın avroya, türk lirəsinə və Rusiya rubluna konvertasiya ilə müvazinətləşdirib. Lakin neft ixracatından yüksək asılılıq qalır və bu sahəyə zərbə İran iqtisadiyyatı üçün çox həssas ola bilər”.

Eyni zamanda ABŞ xüsusi xidmətlərinin İranı daxildən partlamağa yönəlik səyləri o qədər də perspektivsiz deyil. İran cəmiyyətində demokratik islahatlara can atmaq həqiqətən də getdikcə hiss edilən olur – xüsusən də gənclər mühitində. Dövlətin indiki başçısı Həsən Ruhaninin prezident seçilməsi xeyli dərəcədə bu ümidlərə bağlıydı ki, rəsmi Tehran ölkəni dünya birliyinin tamdəyərli ölkələri sırasına çıxarmağa nail olacaq. ABŞ-ın nüvə sazişindən çıxmağı bu ümidlərə son qoyub və xalqın məyusluğu indi kritik cızığı keçə bilər.

Semyon Baqdasarovun sözlərinə görə, İİKK qvardiyaçılarının iğtişaşların boğulmasından imtina etdiyi hallar Tehran üçün təşvişli siqnaldır.

Hər necə olsa da, Mayk Pompeonun çağırışları və MKİ-nin səyləri hədəfə yetsə, ölkə qiyam və vətəndaş müharibəsi hərc-mərcliyinə dalacaq. Və güman etmirəm ki, dünya yüngüllüklə nəfəs alacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam