Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

QƏRB LİDERLƏRİ PUTİNƏ NİYƏ UDUZUR? –Və ya zəif Rusiya Avropada təsir dairəsini necə genişləndirir?

261662_511004

“Bu gün biz Vladimir Putin haqqında daha çox şey söyləndiyinə şahid olsaq da, amma onun əsl gücü barəsində isə çox az şey eşidirik. Bəli, Rusiya prezidenti özünü gözəl taktik kimi aparıb. Əgər prezident Trampın fantaziyasını hesaba almasaq, o, ABŞ-ın amansız düşməni, Avropa ilə siyasətini isə razılaşdıra bilən syasətçi sayılır”.

Yenixeber.org: Bu fikirlər ABŞ-ın “The Wall Street Journal” nəşrində dərc olunan məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir:

“Rusiya əvvəlki kimi korrupsiyanın və geriliyin rəmzi olaraq qalır. Onun Ümumi Daxili Məhsulunun həcmi ABŞ və ya Avropa Birliyinin ÜDM-nin 10 faizindən də azdır. Əhalisinin azalması və əsasən də əlverişsiz geosiyasi vəziyyətilə Rusiya Federasiyası Sovet İttifaqının yalnız kölgəsi ola bilər.

Putin ordusunun hərəkətlərinin nəticəsinə, onun nüvə silahı ilə əlaqədar apardığı dezinformasiya kampaniyasına və Avropadakı populist partiyaları maliyyələşdirməsinə baxmayaraq, Rusiya 1990-cı ildən sonra başlamış demokratik inqilabı neytrallaşdırmaq, NATO-nun önünə keçərək onu üstələmək və ya Avropa Birliyinin dağılmasına nail olmaq imkanına malik deyil.

Hazırda Qərb Rusiyanın gücünə görə yox, Avropanın zəifliyinə görə böhran keçirir. Qitənin bəzi çətinlik və problemləri yaxşı məlumdur. Fransa düşüncəsiz şəkildə belə təsəvvür edirdi ki, avro bir valyuta kimi soyuq müharibədən sonra yenidən birləşən Almaniyanın böyüməsini önləyəcək.Amma əslində isə avro Almaniya iqtisadiyyatının yüksəlməsinə gətirib çıxardı. Bununla da borc içində batan Cənubi Avropa və kreditlər təqdim edən Şimalı Avropa arasındakı münasibətlər soyudu. Avropanın miqrasiya siyasəti isə qitəni humanitar və siyasi fəlakətlə üz-üzə qoyur.

7

Digər dövətlər dünyanın formalaşmasında ciddi iştirak etdiyi bir halda, Berlinin təhlükəsizlik məsələlərinə məsuliyyətsiz yanaşması üzündən Avropanın ən mühüm dövləti özündən razı sözlər danışa-danışa geosiyasi cırtdana dönüb. Həm də Avropa Birliyinin Bizans tipli dövlət mexanizminin çətinliklə işləməsi Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün əlverişli imkanlar açıb. Avropanın zəifliyi Avropanın kənarlarındakı ölkələrin özünü göstərməsinə münbit şərait yaradıb.

Hələ ki, hamı avropalıların çox ciddi nəticərə gətirib çıxara biləcək daha bir bacarıqsızlığını anlamır: Mərkəzi və Şərqi Avropa ölkələrinin Qəbin bir hissəsinə çevrilmək və oradakı kimi inkişaf, normal həyat qurmaq qabiliyyəti yoxdur.
Dünyada əhalisinin sayının ən sürətlə azalan 10 ölkəsi Şərqi Avropada yerləşir. Bunlar Bolqarıstan, Xorvatiya, Macarıstan, Latviya, Litva, Moldaviya, Polşa, Rumınıya, Serbiya və Ukraynadır. Proqnozlara görə, bu ölkələrin əhalisinin sayı 2050-ci ilə kimi ən azından 15 faiz azalacaq.

051112

Beş milyonadək rumınıyalı evlərində tapa bilmədikləri iş imkanlarını Avropa Birliyinin digər ölkələrində taparaq, orada yaşayıb, işləyirlər. Ölkədən gedə bilməyən rumınların həyatı isə demək olar ki, çox çətindir. Kommunizmin çökməsindən keçən 30 il keçib, lakin rumınların dörddə bilri gün ərzində beş dollar qazanır. Rumıniyadakı ev təsərrüfatının yarısından azı internetə qoşulub və yalnız 52 faiz rımın ailəsinin kompyüteri var.

Runıniya və Bolqarıstan öz kasıblıqları ilə AB-nin digər ölkələindən fəqlənirlər. Onlardakı həyat səviyyəsi Türkiyədəkindən aşağıdır. Digər Şərqi Avropa ölkələrindəki həyat şəraiti yaxşıdır. Lakin Avropanın Almaniya kimi inkişaf etmiş ölkəsi və Polşa kimi postkommunist dövləti arasındakı fərq əvvəlki kimi yenə də böyükdür.

Orta hesabla götürdükdə polşalıların məvacibi almanların məvacibibnin yalnız üçdə biri qədərdir. Polşanın şərqindəki kənd rayonları daha kasıbdırlar. Keçmiş sovet respublikaları olan Ermənistan, Belarusiya, Gürcüstan və Ukraynada vəziyyət daha pisdir. Hər yanda korrupsiya tüğyan edir və zəif dövlət institutları bunun qarşısını almaq gücündə deyillər.

1493537096_bez-nazvaniya

Bir çoxları təkəbbürlə əmin edirdilər ki, Avropada tarixi cənnət yaranıb. Amma indi belə düşünənlərin sayı azalır. Daha aydın və həm də ki, çox tutqun bir mənzərə ortaya çıxır. Mərkəzi və Şərqi Avrpanın müəyyən rayonlarının Qərblə assımilyasiya olması rəvan və ağrısız keçməyəcək. Əgər bu ölkələrdəki seçicilər Qərb ideya və institutlarının, onların həyatını yaxşılaşdıra biləcəkləri inamlarını itirsələr,onda Şərq və Qərb arasındakı siyasi uçurum genişlənəcək. Avropa Birliyi daxili fikir ayrılıqlarına qərq olduğu bir vaxtda, onun Rusiyanın hərəkətlərinə effektli reaksiya göstərmək imkanı azalır.

Avropanın zəifliyinə görə, Putin Avropa Birliyindəki bütün populist partiyaları dəstəkləməklə, Macarıstanın baş naziri Viktor Orban kimi liderlərlə münasibətləri möhkəmləndirmək yoluyla Rusiyanın təsirini yaymaq imkanı qazanıb. Lakin hətta Tramp dönəmində də Moskva hədsiz zəifdir, hədsiz kasıbdır və həmçinin də Avropa siyasətini formalaşdırmaqdan hədsiz uzaqdır. Rusiyanın bütün qitə üzrə hadisələri idarə edən II Yekatrina və I Aleksandr kimi hökmdarlarının dövrü həmişəlik geridə qalıb. Sovet İttifaqının dağılması və Almaniyanın birləşəməsi o anlama gəlir ki, Transatlantik dünyasındakı mühüm münasibətlər Vaşinqton və Berlin arasında gedir.

1521171422_tr

Prezident Tramp “Transatlantik münasibətlərinin əhəmiyyətli bir hissəsinin yenidən qavranlımağa ehtiyacı vardır” dedikdə haqlıdır. İndiki əlaqələrin möhkəmləndirlməsi və dayanaqlı olması üçün Almaniyanın daha çox şey istəyib, daha az şey təqdim etməsini söyləməkdə də Tramp haqlıdır. Tramp “Avropa özünü siyasi böhrana salıb” deməkdə də haqlıdır. Belə ki, Avropa qitəsinin səhvləri və illyüziyaları Putinin mövqeyini möhkəmləndirir.

Əgər Tramp hesab edirsə ki, Putn Rusiyası Amerikanın yeni strateji təhlükəsiziliyinin əsas elementi ola bilər, onda o, Rusiyanın imkanlarını hədsiz yükək dəyərləndirməklə yanaşı, Transatlantik alyansın əhəmiyyətini düzgün anlamır. Putinin hədəfinin mahiyyətinin nədən ibarət olduğunu isə yalnış başa düşür.
Moskva ikinci dərəcəli rol oynayır. ABŞ-ın təhlükəsizliyini və inkişafını təmin etməkdən ötrü, Trampın başlıca edə biləcəyi şey – Berlin ilə sövdəlşmə imzalmaqdır”.(azpolitika)

Tərcümə etdi: Vaqif


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam