Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ASLAN”IN BAŞLADIĞI SÖZ SAVAŞINA “ŞAHİNLƏR” QOŞULUB –General Süleymani "qumarbaz"a meydan oxudu - TƏHLİL

“Əl-Monitor”

 

ABŞ və İran prezidentləri söz savaşına girəndən sonra prezident Həsən Ruhani Trampın “tvit”inə “cavab vermək ehtiyacı yoxdur” deyərək geri addım atmağa qərar verib. Lakin sonra, gərginlik azca azaldıqda, “Qüds” qüvvələrinin komandiri general Qasim Süleymani birbaşa prezident Donald Trampa müraciət edib.

Yenixeber.org: İyulun 26-da İraq-İran müharibəsinin “Ramazan” əməliyyatına həsr olunmuş və Həmədan şəhərində keçirilən tədbirdə çıxış edən Süleymani ABŞ prezidentinin təhdidlərinə belə təpki verib: “Prezidentimizin səviyyəsində deyil, sizə bir əsgər kimi cavab verəcəyəm”. Trampın “tvit”inin bir hissəsini söyləyən Süleymani,” Bizi tarixdə misli-bərabəri olmayan hərəkətlərlə təhdid edirsiniz. Bu, qumarxana dilində danışıqdır. Yalnız qumarxana sahibi dünya ilə bu dildə danışır”.

İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçisi əlavə edib: “Son 20 ildə edə bilmədiyinizi necə edə bilərsiniz? Əfqanıstana onlarla tank və yüzlərlə helikopterlə gəldiniz, cinayət törətdiniz. 2001-ci ildən 2018-ci ilədək 110 min əsgərlə nə etdiniz? Məgər bu gün “Taliban”la dialoq üçün ona yalvarmırsınızmı?”

ABŞ-ın İraq və Əfqanıstandakı iştirakı ilə bağlı çıxışına davam edən Süleymani deyib: “Uşaq bezi geyinmiş əsgərlərinizi necə istifadə etdiyini xatırlayırsınız və indi bizi təhdid edirsiniz? 33 günlük müharibədə (İsrail ilə Livan arasında – tərc.) nə etdiniz? Müharibəni bitirmək üçün “Hizbullah”ın şərtlərini qəbul etmədinizmi?”

O, həmçinin Trampa xatırladıb ki, ABŞ əsgərlərinə hücumları dayandırmaq üçün o zaman amerikalı komandirlər Süleymanidən İraqdakı təsirindən istifadə etməsini istəyiblər. Süleymani deyib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri ən qabaqcıl ABŞ silahlarından faydalansa da, Yəməni ram edə bilməyib və təhlükəsiz olan Qırmızı dənizi dünyanın ən qeyri-sabit bölgəsinə çeviriblər.

Trampa “qumarbaz” deyə xitab edən Süleymani əlavə edib: “Mən təkbaşına sizə qarşı müqavimət göstərəcəyəm. Bu millət çətin tarixdən keçib. Əgər müharibəyə başlasanız, biz onu bitirəcəyik. Sələflərinizdən soruşun. Bizi ölümlə təhdid etməyin. Sizə müqavimət göstərməyə hazırıq”.

Süleymani də “aslanın quyruğu ilə oynamaması” mövzusunda ABŞ-a xəbərdarlıq edən, ABŞ və İran arasındakı söz savaşını başlayan Ruhanini tərifləyib. “Möhtərəm və dəyərli prezidentimiz ürəyimizdən gələn sözləri söyləyib”. Süleymani ölkədəki bəzi şəxslərin Ruhanini şərhlərinə görə tənqid etməsini yanlışlıq adlandırıb.

Həmçinin, Süleymani daxili məsələlərə, xüsusilə ölkənin rəhbərliyinə toxunub. O, korrupsiyaya və ya pis idarəçiliyə istinad etməsə də, “Bəlkə düzgün idarəçiliklə möcüzə olmayacaq, lakin biz razılıq, ədalət, bir yerdə yaşama və qardaşlıq mühiti yarada bilərik”, – deyib.

Generalın sözlərinə görə, İraq-İran müharibəsi zamanı heç kim fərdin solçu və ya prinsipçi, yaxud islahatçı olub-olmadığını soruşmurdu. Əksinə, insanlar öz qabiliyyətlərinə və məsuliyyətlərinə görə mühakimə olunurdu.

bu arada, Ruhani Birləşmiş Ştatlara qarşı sərt mövqeyinə görə ölkənin sərt tənzimçiləri tərəfindən təriflənsə də, valyuta böhranı ilə mübarizə apararaq üçün administrasiyasını dəyişdirməyə məcbur olub. Əbdülnasir Heməti Mərkəzi Bankın rəhbəri Vəliyullah Seyfi əvəz edib. İranın Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Baqir Novbəxt  vəzifəsindən getmək istəsə də, Ruhani onun istefasını qəbul etməyib.

Buna baxmayaraq, administrasiyada yerdəyişmələrin aylarla davam edən valyuta böhranını həll etməsi qeyri-mümkündür. Bir çoxları dəyişikliklərdən təsirlənmir.

İqtisadçı Qulamrza Nəzərbülənd “Şərq” qəzetinə bildirib ki, sadəcə Kabinetin dəyişdirilməsi faydasızdır. Məhəmməd Rza şah hökumətinin son illərində baş nazirlərini ard-arda dəyişməsini nümunə gətirərək, Nəzərbülənd çoxsaylı iqtisadi problemləri həll etmək üçün fundamental dəyişikliklər etməyə çağırıb.

İranlı jurnalisti Araş Həsəniya “Tvitter”də yazıb ki, administrasiyanın iqtisadi qrupunun dəyişdirilməsi “Titanik” gəmisinin restoranında divar kağızlarının dəyişdirilməsi” kimi bir şeydir. Növbəti “tweet”-ində o da fundamental dəyişikliklərə çağırış edib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam