Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

DÜŞMƏNSİZ NƏ ETMƏLİ?! –Trampın Putinlə görüşü kimləri qorxuya salıb?

 

maxresdefault

“Dünyaya həmişə bir-birinə düşmən ola böyük dövlətlər lazımdır. Bizim tarixidən aldığımız sərt dərs belədir.Məhz böyük dövlətlərin xarici siyasətləri əsasən bu özül üzərindən qurulur.Çünki mövcud düşmənin yoxluğu böyük dövlətlərin onilliklər ərzində qurduğu bütün strategiyanı alt-üst etmək riski yaradır”.

Yenixeber.org: Bu fikirlər İtaliyanın “Gli Occi Della Guerra” nəşrində yer alan məqalədə əksini tapıb. “Dünyaya düşmənlər lazımdır: Tramp və Putin qorxu yayırlar” adlı məqalədə daha sonra bildirilir:

“Bir çoxları hadisələrin bu cür hal almasını təhlükəli hesab edir. Lakin digərəri, ələlxsus da böyük hərbi aparatlarda əyləşənlər hesab edirlər ki, ənənəvi düşmənin varlığı haradasa təhlükəsizliyə təminat deməkdir. Bu, öz alyans siyasətini həyata keçirmək üçün lazımdır.Çünki ümumi düşmənin varlığı ortaq maraqlardan daha faydalıdır.
Böyük dövlətlər üçün düşmən müxtəlif siyasi seqmentlərdən istifadəyə maliyyə tapmaqdan və ya müdafiə sahəsinə vəsait yönləndirilməsi üçün gərəkdir. Həmçinin düşmən hər şeyin olduğu kimi dəyişilməz qalmasının təminatçısı kimi daim öz yerində qalmalıdır.

soyuq

Hər bir dövlətin öz düşməni var. Uzun illər əzində böyük dövlətlər tarixi düşmənçilik üzərində etibarlı alyanslar qurublar, beynəlxalq sistem yaradıblar. Bu, ilk baxışda bitməık bilməyən soyuq və ya ilıq münaqişələrdir.

Müasir dövrün iri miqyaslı beynəlxalq böhranları strateji rəqabətə əsaslanır və kökləri uzaq tarixlərə gedib çıxır. Bu münaqişələri həll etmək üçün siyasi iradə olsa belə bir çox strukturlar bunu qətiyyən arzulamırlar.Ona görə ki, düşmənin varlğı onları legitimləşdirir. Buna sübut kimi Donald Tramp və Vladimir Putinin Helsinkidəki sammitidir. Bir çoxları bu sammitin baş tutmasından qorxuya düşüb.
Çünki Helsinki sammiti hamının qarşısında müəyyən sualllar qoyur.Və bu suallar çoxlarında narahatlıq doğurur: birdən hər şey bitər? Bidən Vaşinqton və Moskva bütün kəskin vəziyyətləri yumşaldar və fikir ayrılıqlarını yoluna qoyarlar, bəs,onda bizi nə gözləyir?

Amerika prezidenti ilə keçirdiyi mətbuat konfransında Putinin söylədiyi bir fraza çox diqqət çəkicidir: “Soyuq müharibə artıq çoxdanır ki, qurtarıb. İki ölkə arasındakı sərt ideoloji qarşıdurma uzaq keçmişdə qalıb, dünyadakı vəziyyət kardinal şəkildə dəyişib.”

sammit-putin-tramp-obzor-vstrechi_981

İş ondadır ki, məhz həmin keşmiş, Putinin bitdiyini dediyi soyuq müharibə iyrmi il bundan əvvəl yaradılmış bütün iri hərbi aparatların və onların strategiyasının mövcudluğunun səbəbidir.
Bəzi dairələrdə hesab edirlər ki,Tramp həmin dövrün sona çatmasını Putindən daha çox nümayiş etdirir.Tramp adət etdiyimizdən tamamilə fərqli bir prezidentdir. O, öz xarici siyasətini kəskin və əvvəkilərə bənzəməyən metodlarla reallaşdırır.

O, inqilabçı deyl. Lakin o, artıq çoxdandır ki, Rusiya ilə yaxşı münasibətlərin formalaşdırılmasına çalışan və hipotetik olaraq Avropaya daha az diqqət yetirən Amerika xüsusi nəzəriyyəsinin bariz nəticəsidir.
Heab edilir ki, məhz bu nəzəriyyə Trampı Sinqapurda Kim Çın In ilə görüşməyə itələyib. O, keşmişdə yatıb qalmış və kök salmış münaqişədən çıxış yolu tapmağa çalışıb.

Kim-ve-Tramp

Bu Trampın pasifist olması mənasına gəlmir. ABŞ prezidenti sadəcə olaraq öz düşmənlərini dəyişir. Rusiya onu maraqlandırmır, çünki indiki halda Çin daha çox problem törədir. Həmçinin İrana daha çox diqqət ayırmaq lazım gəlir.Bir çoxlarının fikrinə görə, bu nəinki bir dövrün sona çatması, hətta dünyanın sonu mənasına gəlir.

Əgər Tramp və Putin şərq cəbhəsindəki fikir ayrılıqlarını yoluna qoyacaqlarsa, onda yeganə düşmən hədəf öz mövcuduğunu itirəcək. Beləliklə də, Trampın NATO-nu dəstəkləməsinin nə mənası olacaq?

Əgər Tramp üçün Avropa Birliyi ciddi problem yaradırsa və onun düşmənləri Avropanın içindədirlərsə, onda Rusiya ilə sərhəddə qoşun saxlamağa necə bəraət qazandırmaq olar?
Göründüyü kimi biz yenidən düşmən barəsindəki söhbətlərə qayıdırıq.
Aydındır ki, bütün bunlar çoxlarının hazır olmadığı radikal dəyişikləri nəzərdə tutur. İdeoloji səbəblərə, sadə praqmatizmə və həm də müəyyən hesablamalara görə, neçə illərdir ki, toxunulmaz bir strategiya mövcuddur. Pentaqonda, Moskvada və həmçinin də digər ölkələrdə orta və uzun müddətli strateji perespektivlər müəyyənləşdirilir.

Düşmənsiz nə etməli?
Bu paradoks kimi görünür, lakin xeyli sayda strukturlar varlıqlarını düşmənin mövcudluğu üzərində sürdürülər.
Və indi Tramp onilliklər ərzində Amerikan strateji siyasətinin əsasını təşkil edən parametrləri dəyişməyə risk edir”.(azpolitika)

Vaqif 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam