Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TRAMP 87-Cİ İLDƏ KQB TƏRƏFİNDƏN ƏLƏ ALINIB VƏ MOSKVAYA İŞLƏYİR”-Putin-Tramp görüşü ərəfəsində ABŞ mətbuatından şok iddia

ABŞ və Rusiya prezidentlərinin 16 iyuldakı Helsinki görüşünə sayılı günlər qalmış “New York Magazine” və “NBC News” şok iddialarla çıxış edib. Hər iki nəşr yazıb ki, bu görüşə təkcə iki liderin danışıqları kimi yox, Kremlin kuratoru və onun Ağ Evdəki casusunun görüşü kimi baxmaq lazımdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşlarının dediyinə görə, Tramp hələ 1987-ci ildə SSRİ KQB-si tərəfindən ələ alınıb və o vaxtdan bu yana aktiv şəkildə Moskvaya işləyir.

Yenixeber.org: Rusiyanın aparıcı media orqanı “News.ru” bu iddianın nə qədər gerçək olduğunu araşdırıb və ortaya maraqlı faktlar çıxarıb.

Məlum olub ki, Tramp, həqiqətən də, 1987-ci ildə Moskvada səfərdə olub. Və bu səfərin baş tutması üçün SSRİ KQB-si böyük səy göstərib.

Lakin iddiaya görə, Trampın ələ alınmasına hazırlıq bundan əvvəl başlayıb. Bu işdə həlledici rol oynayan isə o vaxt KQB-də xarici kəşfiyyata cavabdeh olan rəis Vladimir Kryuçkov olub:

Vladimir Kryuçkov

“Kryuçkovun bütün karyerası kəşfiyyatla bağlı olub. 1967-ci ildə Yuri Andropovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunmasından bir neçə gün sonra Kryuçkov onun köməkçisi, həmçinin KQB katibliyinin rəisi təyin olundu. 7 il sonra Kryuçkov Sovet İttifaqında xarici kəşfiyyatın başına keçdi. 1988-ci ildə – artıq Tramp KQB tərəfindən ələ alınandan sonra Kryuçkov KQB-nin sədri oldu.

1984-cü ildə Andropov öləndə Kryuçkov kapitalist ölkələrindən casusların ələ alınmasının yeni metodlarının öyrənilməsi təşəbbüsü ilə çıxış etdi. Əvvəllər sovet kəşfiyyatçıları solçulara və SSRİ-yə rəğbət göstərənlərə daha çox köklənirdilər. Lakin 80-lərin ortalarında artıq belələri çox deyildi və onlar əsasən ciddi postlar tutmurdular.

1984-cü ilin fevralında Kryuçkov rezidentlərə gizli məktub göndərdi və oxuyandan sonra onu məhv etməyi tapşırdı. Bu barədə öz xatirələrində həmin vaxt Danimarkda işləyən Oleq Qordiyevski yazıb. Qordiyevski sonradan cəbhə dəyişərək məxfi sənədləri Britaniya kəşfiyyatına ötürmüşdü.

Oleq Qordiyevski

Kryuçkov biznes adamlarının və hökumətin yuxarı eşalonunda təmsil olunan şəxslərin ələ alınması barədə tapşırıq vermişdi. Bu şəxslər həm Moskvaya dəyərli məlumatlar ötürməli, həm də öz ölkələrinin daxili siyasətinə təsir etmə gücünə sahib olmalı idilər.

Kryuçkov tövsiyə edirdi ki, “verbovka” elə təşkil olunsun ki, ələ alınan insanlar bundan mümkün qədər xəbərsiz olsunlar. Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Bronnan belə bir fikir səsləndirmişdi: “Xəyanət yolunu tutan insanlar heç özləri bilmirlər ki, bu, hansı yoldur. Ta ki, hər şey çox gec olana qədər”.

SSRİ-yə işləməyə məcbur etməklə bağlı əhatəli təlimatı da Kryuçkov işləyb hazırlamışdı. Rəsmi səfər çərçivəsində biznesmenin KQB zabiti ilə görüşü rəsmi təmas kimi qiymətləndirilirdi.

Şəxsin ünsiyyətcil olduğu müəyyən edilirdisə, o, dərin tədqiqat predmetinə çevrilir və dosyesi hazırlanırdı.

85-ci ilin aprelində KQB-də Qərbin bütün aparıcı siyasətçi və biznesmenlərinin məlumatları var idi. Bura həmin şəxsin ailə vəziyyəti, maddi durumu, xasiyyəti, ünsiyyət forması haqda məlumatlar da aid idi. Şəxsin gələcəkdə dövlət vəzifəsi tuta bilmək, prezident və ya baş nazir ola bilmək ehtmalı da öyrənilirdi.

Moskvada maliyyə maxinasiyaları, digər qanun pozuntuları, qadınlarla əlaqə kimi məlumatlar da var idi. Və Qordiyevskinin dediyinə görə, KQB bu məlumatların ictimailəşəcəyi ilə hədələyərək insanları manipulyasiya edirdi.

Xaricdəkilərin “verbovkası” üçün sovetlərə dost olan ölkələrin xüsusi casuslarından istifadə olunurdu. ABŞ-da əsasən Çexoslovakiya və Macarıstandan olan zabitlər etimadı doğruldurdu. Və onlar SSRİ-nin göndərdiyi adamlar qədər nəzərə çarpmırdılar.

Bu mənada, İvana Zelniçkovanın bioqrafiyası diqqətəlayiqdir. 1970-ci illərin əvvəllərində İvana Kanadaya yaşamağa köçür. Əvvəlcə Toronto, sonra da Monrealda yaşayır. Bir neçə il sonra isə Nyu-Yorkda peyda olur. 1977-ci ildə də Donald Trampa ərə gedir.

2016-cı ildə çex xüsusi xidmət orqanları tərəfindən açıqlanan sənədlərdən məlum olur ki, nikahdan sonra cütlüyü mütəmadi olaraq çex xəfiyyələri izləyirmiş. Praqadakı xüsusi xidmət orqanları isə İvananın atası Miloş Zelniçkova göndərdiyi bütün məktubları oxuyurmuş.

Miloş Zelniçkovun xüsusi xidmət orqanlarının gizli adamı olduğu deyilir. Tramp və İvana Çexoslovakiya Sosialist Respublikasını ziyarət edəndə onları hər yerdə kəşfiyyatın əməkdaşları “himayə edirdi”. Həmin vaxt müsahibələrin birində İvanadan ərinin özünü siyasətdə sınamasını istəyib-istəmədiyini soruşmuşdular.

İvana Zelniçkova

Tamamilə mümkündür ki, çex xüsusi xidmət orqanları Trampla bağlı məlumatları KQB ilə bölüşüblər. Hər bir halda, Tramp özü sonradan danışmışdı ki, 86-cı ildə SSRİ-nin ABŞ-dakı səfiri Yuri Dubininlə görüşündən sonra onda Sovet İttifaqını ziyarət etmək fikri yaranıb.

Trampın Dubininlə söhbəti məşhur amerikalı milyarder Leonardo Lauderlə şam yeməyi zamanı baş tutmuşdu. Əslində Dubininlə Trampın ilk təması bu şam yeməyindən yarım il əvvələ təsadüf edirdi. Dubinin səfir təyin edilən kimi, Nyu-Yorka gəlir və dərhal “Trump Tower”ə yollanır.

Özünün dediyinə görə, gördüklərindən o qədər heyrətlənir ki, binaya daxil olub onun sahibi ilə tanış olmağa qərar verir.

Yuri Dubinin

Səfirin qızı Nataliya xatırlayır ki, atasının bu diqqəti Trampın çox xoşuna gəlib: “Tramp dərhal əridi. O, emosional adamdır. Ona etiraf lazımdır. Və bu etirafı eşitməkdən xoşu gəlir. Atamın ziyarəti arının üzərindəki bal kimi oldu”.

Dubininin o biri qızı İrina deyir ki, atası ona ABŞ-a getməzdən əvvəl SSRİ Xarici İşlər Nazirliyindən ilk növbədə aparıcı amerikalı biznesmenlərlə əlaqə qurmaq barədə təlimat aldığını etiraf edib.

1987-ci ildə Tramp Dubinindən məktub alıb. Rus səfir məktubda yazırdı ki, SSRİ-nin Xarici Turizm üzrə Dövlət Komitəsi Trampın şirkəti ilə birgə Kremlin qarşısında mehmanxana tikmək istəyir. Tramp müsahibələrinin birində bu xəbərdən çox məmnun olduğunu bildirib.

Britaniyaya qaçan keçmiş sovet kəşfiyyatçısı Vladimir Rezun (psevdonimi “Viktor Suvorov”) danışır ki, Xarici Turizm üzrə Dövlət Komitəsi, faktiki olaraq, KQB-nin filialı idi. Sovet xüsusi xidmət orqanları bu qurumun köməyilə SSRİ-də qalan əcnəbilər haqda vacib məlumatlar öyrənirdi.

Donald Tramp və İvana Zelniçkova Rusiyada səfərdə

Xarici qonaqların olduğu mehmanxanalar hələ 1920-ci ilin sonlarından dinlənilir və kəşfiyyatçılar tərəfindən nəzarətdə saxlanılırdı. Bu mehmanxanalar, az qala, məxfi obyektlər hesab olunurdu.

Belə olan təqdirdə, sovet hökumətinin bu məxfi obyekti niyə öz gücünə yox, Trampla birgə tikmək istəməsi sirr olaraq qalır.

Vladimir Rezun danışır ki, 80-lərin ikinci yarısında KQB gənc və ambisiyalı əcnəbiləri ələ almağa köklənmişdi. Həmin şəxslər Moskvaya gələndə onları səxavətli qonaqpərvərlik gözləyirdi: “Onlar üçün hər şey pulsuz idi. Hətta gözəl qızların olduğu təmtəraqlı məclislər, o cümlədən saunalar. İstirahət üçün ayrılan bütün nömrələr və villalar sutka boyu nəzarətdə idi”.

Vladimir Rezun

Rezunun dediyinə görə, bu yolla hətta Afrikadan gələn tələbələr haqda kompromat toplanırdı. KQB-də bilirdilər ki, Moskvada təhsilini başa vurandan sonra tələbələr öz ölkələrində rəhbər vəzifələr tuta və bu zaman da onlara Moskvadakı əyləncələrini xatırlatmaq ehtiyacı yarana bilər.

1987-ci ilin 4 iyulunda Donald Tramp xanımı İvana ilə birgə Moskvaya gəlir. Onlar təxminən 15 mehmanxana gəzir. Və sonda nədənsə Kremlin qarşısındakı oteldə – bir vaxtlar Vladimir Leninlə Nadejda Krupskayanın olduğu nömrədə gecələyirlər.

Moskvadan sonra cütlük Leninqrada gedib Ermitajı ziyarət edir. Tramp Moskvaya 96 və 97-ci illərdəki səfərinin səbəbini də otelin inşası ilə əlaqələndirir. Moskva səfəri Trampın biznesinə heç nə qatmır.Mehmanxana tikilmir. Amma 1987-ci ildə Moskva səfərindən qayıdan kimi Tramp siyasətlə məşğul olmaq istədiyini qəti şəkildə bəyan edir…”.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam