Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

 BAŞ REDAKTOR YENİDƏN NAZİR RAMİL USUBOVA MÜRACİƏT ETDİ:"...müstəntiq isə hər hansı bir qərar qəbul edə bilmir, çünki…"


 
Asif Mərzili: «Cənab nazir, artıq 2 ildir ki, mənzilim və avtomobilim benzin tökülərək yandırılıb, bu cinayətlərin sifarişçiləri mənə elektron məktub da yazırlar, müstəntiq isə hər hansı bir qərar qəbul edə bilmir, çünki…»
Yenixeber.org: Xəbər verildiyi kimi, 2016-cı ilin martın 13-dən 14-ə keçən gecə Bakının mərkəzində «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin mənzili, 2016-cı ilin iyulun 9-da isə yenə də həmin ünvanda jurnalistin şəxsi avtomobili naməlum şəxslər tərəfindən benzin tökülərək qəsdən yandırılmışdır. Hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq daxili işlrər naziri Ramil Usubovun göstərişi ilə cinayət işi nəzarətə götürülmüş, Bakı şəhəri, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına qəbul edilmişdir (160110484 saylı cinayət işi, xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilov). Jurnalist istintaqın qərarı ilə zərərçəkmiş kimi tanınmışdır.
Artıq həmin cinayət hadisəsinin baş verməsinin 2 ili tamam olur, lakin hələ də cinayətkarlar məsuliyyətə cəlb edilməmişdir. Baş vermiş bu cinayət hadisələrinin üstünün hələ də açılmaması ilə bağlı ölkənin nüfuzlu şxsləri, tanınmış ziyalılar bir neçə dəfə DİN rəhbərliyinə və istintaq orqanına KİV-də müraciət qəbul etmiş, jurnalistə qarşı törədilmiş bu cinayətin üstünün tezliklə açılması üçün nazir Ramil Usubovun aidiyyəti üzrə tapşırıq verməsini xahiş etmişlər.
«Mən bir daha cənab nazir Ramil Usubova müraciət edərəm: sifarişçilərin kimliyi barədə istintaqda kifayət qədər sübutlar var, ya yekun qərar qəbul edilsin, ya da bu istintaq materialı arxivə verilsin, özüm başıma bir çarə qılım…».

Bu barədə yenixeber.org-un əməkdaşının sualına cavabında «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bildirdi. Zərərçəkən jurnalist daxili işlər naziri cənab Ramil Usubova yenidən müraciət edəcəyini də söylədi:
- Bildiyiniz kimi, 2016-cı ilin martın 13-dən 14-ə keçən gecə mənzilim, 2016-cı ilin iyulun 9-da isə şəxsi avtomobilim gecə saat 03:20 radələrində benzin tökülərək qəsdən yandırılmışdır. Minnətdaram ki, nazir hər iki cinayət hadisələrinin istintaqının ağırlıq dərəcəsini nəzərə alaraq dərhal şəxsi nəzarətinə götürdü, aidiyyəti üzrə tapşırıqlar verdi… Özüm istintaqa əlimdən gələn köməyi etməkdəyəm. Təsəvvür edin ki, bu cinayət hadisələrinin sifarişçiləri barədə mühüm maddi sübutlar ortada olsa da, həmçinin onların kimliyi barədə lazımi məlumatları versəm də, istintaq son qərarını verməkdə tələsmir, sanki yuxarıdan tapşırıq gözləyir. Yuxarıda isə cənab nazirdir. 2 ildir mənə külli miqdarda maddi və mənəvi ziyan vurulub. Təmkinlə gözləyirəm. Mətbuatda da məlumat yaymıram, istintaq orqanı da bunu xahiş edir. Amma mən nə vaxta kimi gözləməliyəm. Az qalıb ki, müstəntiqin əvəzinə cinayətkarları və sifarişçiləri tutub gətirib istintaqa özüm təhvil verim. Sifarişçilər bəlli olduğu halda, istintaq nəyi gözləyir??? Cənab nazir özü, həmçinin nazir müavini Vilayət Eyvazov qəbul edib… Söz verilib ki, tezliklə bu cinayət işi açılacaq. Amma hələ də nəticə yoxdur. Sanki istintaq sifarişçilərdən çəkinir, ya da… Amma düşünürəm ki, bu cinayət işi tezliklə açılmalıdır, sifarişçilərin kimlyini bütün ölkə bilməlidir. Bu cinayət işi beləcə süründürülsə, ictimai rəy görün necə olacaq… Əgər ictintaq bu işi görməsə, sifarişçilərin kimliyini bütün sübutlarla özüm açıb deyəcəyəm…
-Qarşıdan Milli Mətbuat günü gəlir. Bəlkə istər beynəlxalq qurumlarda, eləcə də Azərbaycanda tanınmış jurnalist kimi cənab Prezidentə müraciət edəsiniz…
- İkinci hadisə baş verəndə cənab nazir Ramil Usubov məni qəbul etdi, söz verdi, dedi ki, bu cinayəti törətməkdə kimin əli varsa, kimliyindən, yəni vəzifəsindən, statusundan asılı olmayaraq, kimdirsə, cəzasını tezliklə alacaq. Mən nazirimə inanıram və onun bu sözünün üstündən Prezidentə və ya hansısa Beynəlxalq qurumlara müraciət edə bilmərəm… Amma hesab edirəm ki, Milli Mətbuat günü ərəfəsində cənab nazir Ramil Usubova yenidən müraciət edəcəyəm.
-Bu dəfə nəyi xahiş edəcəksiniz?
- Xahiş edəcəyəm ki, Cənab nazir, artıq 2 ildir ki, mənzilim və avtomobilim benzin tökülərək yandırılıb, bu cinayətlərin sifarişçiləri barədə istintaqa mötəbər maddi sübutlu məlumat vermişəm, onlar cəzasız qalacaqlarını görərək, hətta mənə elektron məktub da yazıblar. Həmin məktubu istintaqa təqdim etmişəm, onların arasındakı səs yazısı da var, onların istintaqı aldatmaq cəhdi də sübut olunub… Müstəntiq isə hər hansı bir qərar qəbul edə bilmir. Çünki yuxarıdan tapşırıq gözləyir. Cənab nazirdən xahiş edəcəyəm, ya bu istintaq tezliklə tamamlansın, ya da göndərilsin arxivə. Mən də özümün və redaksiya kollektivinin təhlükəsizliyi barədə ayrıca düşünüm…
Dinlədi: İlqar

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?