Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Avropa Birliyinin dezinformasiya layihəsi-Alınacaqmı?



Avropa Birliyinin (AB) 28 ölkəsinin rəhbərliyi AB diplomatiyasının başçısı Federika Moqeriniyə dezinformasiya ilə mübarizə üzrə iş planı hazırlamağı tapşırıb.

Yenixeber.org: Nəzərdə tutulur ki, yeni plana, xüsusən "Avropa Birliyinin xarici siyasət xidmətinin strateji rabitə komandası üçün uyğun olan mandatlar və effektiv resurslar" daxil edilməlidir.

 Avropa Birliyi hələ üç il əvvəl mütəxəssislər qrupunu, kimin ki, vəzifəsinə "Avropa Birliyinin siyasəti haqqında informasiyanın təhrifinə qarşı çıxmaq” daxil idi, yığmışdı. Özü də guya bu, rusdilli media məkanında baş verirdi. Bu strukturun məqsədli auditoriyası başqalarından əvvəl "Şərq Tərəfdaşlığı” ölkələri - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna oldu. İndi isə Avropa Birliyi həm özünün, həm də ümumiyyətlə Qərbin siyasəti ilə bağlı təhrif olunmuş məlumatların informasiya məkanına daxil olması əleyhinə səylərini gücləndirməyə hazırlaşır.

Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə Avrokomissar Mariya Qabrielin sözlərinə görə, Avropa Birliyi sənədlərində ilk dəfə olaraq dezinformasiyanı "iqtisadi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq və ictimai zərər vurmaq” üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi təyin edir.

“Avropa Birliyinə zərər” deyəndə demokratik siyasi proseslərə və qərarların qəbul olunmasına, eləcə də səhiyyəyə və ətraf mühitin qorunmasına təhdid nəzərdə tutulur.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov virtualaz.org-a bildirib ki, Avropa Birliyinin yeni planından xəbərdardır, amma təşkilatın nümayəndələri konkret bu məsələ ilə bağlı ona müraciət etməyiblər.

"Azərbaycan onsuz da "Şərq Tərəfdaşlığı"nın media məsələləri üzrə layihəsində iştirak edir. Bizdə hər il başqa ölkələrdən olan həmkarlarımızla birgə toplantılar keçirilir. Yalan məlumat verilməsi ilə mübarizə üçün Avropa Birliyi tərəfindən KİV-in maliyyələşdirilməsinə gəlincə, bizim bütün nəşrlərimizin fəaliyyəti Azərbaycanın qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ancaq əgər Avropa Birliyi medianın işinin yaxşılaşdırılması üzrə hansısa ideyalar - məsələn, jurnalistlər üçün təlimlər, Azərbaycan KİV-inin əməkdaşları üçün Avropa jurnalistlərinin iştirakı ilə mühazirələr -təklif edərsə, onda biz belə perspektivləri müzakirə etməyə hazırıq", - Ə.Amaşov bildirib.

Qeyd edək ki, Avropa Birliyinin rəhbərliyi yanlış məlumatlara qarşı mübarizə üçün hər il 1,1 milyon avro ayırmağa qərar verib. Vəsait East Stratcom Task Force-un strateji məsələləri üzrə operativ işçi qrupuna yönləndiriləcək. Yeri gəlmişkən, təhlükəsizlik üzrə Avrokomissar Culian Kinq Avropa Parlamentinin hələ yanvarda keçirilən iclasında çıxış edərkən bildirmişdi ki, East Strat Com 2015-ci ildən, yəni yaranandan açıq girişdə olan və faktlarla ziddiyyət təşkil edən 3,5 mindən çox dezinformasiya nümunəsi aşkar etməyə nail olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam