Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TRAMP KRIMIN İLHAQINI TANIYACAQMI? –Bu, ABŞ qanunvericiliyini pozmaq sayıla bilər - TƏHLİL


Leonid Berşidski

“Bloomberg”

 

Prezident Donald Tramp Krımın Rusiyanın bir hissəsi olaraq tanıyıb-tanımayacağına dair ipucu verməyib. Amma həqiqətən bunu edə bilərmi? Bu, cavabı çətin sual deyil.

Yenixeber.org: Trampın milli təhlükəsizlik məsləhətçisi Con Bolton və mətbuat katibi Sara Hakabi Sanders, bildiriblər ki, ABŞ 1954-cü ildən bu yana Ukrayna ərazisinin bir hissəsi olan Qara dəniz yarımadasının 2014-cü ildəki ilhaqını tanımır. Amma prezidentin özü deyib: “Baxarıq”. Amma G7 başçılarına bildirib ki, Krım həmişə rusların olub, çünki orada hamı rusca danışır və bu, məsələ açıqdır.

Niyə açıq? Yoxsa ABŞ prezidenti “birləşmə aktı” ilə tanış olmadığından məsələ açıqdır.

Birləşmiş Millətlər Təşkilatının üzvlərindən Krımın ilhaqına münasibətindən asılı olmayaraq, beynəlxalq hüquqda bu, kompleks məsələdir.

Bir tərəfdən, Ukraynanın suverenliyi və ərazi bütövlüyün açıq şəkildə pozulub və 1970-ci illərdə üzv dövlətlər tərəfindən təsdiqlənmiş bir neçə BMT sənədində bu cür hərəkətlərin tanınmaması müddəası təsdiqlənib. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Rusiyanın Krımı təcavüz və ya zorla birləşdirməsini bəyan edən və tanınmaya maneə törədən qətnamə yoxdur. Rusiya bu qətnamə layihəsinə veto qoyub və Krımın rus ərazisi kimi tanınmasını qadağan edən BMT Baş Assambleyasının sonrakı  qətnaməsinin qanuni qüvvəsi yoxdur; o yalnız ölkələri bundan çəkinməyə çağırır. ABŞ da daxil olmaqla, tanımama sadəcə, məhdud könüllü bir sanksiyadır və ona məhəl qoymamaq olar.

Rusiya sonuncu təfsiri qüvvədə saxlayır və beləliklə, beynəlxalq təşkilatları vecinə almayan Tramp da belə edə bilər. ABŞ hüquq və praktikası onun nə edə biləcəyi və nə ilə üzləşə biləcəyi ilə daha münasibdir.

Birləşmiş Ştatların administrasiyaları ölkələrin diplomatik tanınma hüququnu təsdiq ediblər. 2008-ci ildə ABŞ prezidenti Corc Buşun bu ölkənin diplomatik əlaqələr qurma tələbini qəbul etməklə, Kosovonu tanıyıb. Konqres məsələyə heç bir müdaxilə etməyib. Amma Krım məsələsi fərqlidir; ABŞ-ın Rusiya və Ukrayna ilə diplomatik münasibətləri və müxtəlif müqavilələri var.

ABŞ dövlət katibi Henri Stimson 1932-ci ildə Mancuriyanın Çindən qopardılaraq Yaponiyaya “birləşdirilməsi” ilə əlaqədar Yaponiya hökumətinə yazdığı bir məktubda qeyd edib ki, ABŞ “zorla birləşdirməni” tanımır, çünki bu, “Birləşmiş Ştatların və ya vətəndaşlarının müqavilə hüquqlarını zəiflədə bilər”. Ukraynanın dövlətçiliyinə təhdid kimi qaçılmaz olaraq Krımın tanınması ABŞ və onun vətəndaşlarının hüquq və maraqlarına, məsələn, Ukrayna ilə ikitərəfli investisiya razılaşmasına, onların qarşılıqlı hüquqi yardım müqaviləsinə zərər verə bilər. 1990-cı illərdə ABŞ-ın təzyiqi altında Ukrayna nüvə silahının yayılmasına dair çərçivə müqavilələrini imzalayıb…

Ancaq Stimson doktrinası qanuni məhdudiyyət deyil, diplomatik tətbiqdir və bunun istisnaları var. Şərqi Timor Portuqaliya müstəmləkəsi olarkən, 1975-ci ildə ABŞ müstəqillik uğrunda çarpışan indoneziyalılara təcavüz üçün yaşıl işıq yandırıb. Amma sonralar Suharto rejiminə birbaşa təsir etmədən ABŞ İndoneziya qoşunlarının geri çəkilməsi qətnamələrini dəstəkləyib.

Bu, Şərqi Timor üzərində İndoneziyanın suverenliyini de-fakto tanınması kimi qəbul edilə bilər, lakin bu, Krım üçün güclü bir presedent olmayacaq. Suharto işğalı zamanı Şərqi Timorun Portuqaliyanın bir hissəsi və ya potensial müstəqil dövlət kimi qeyd olunduğuna dair ABŞ-da heç bir qanun yox idi. Krıma gəlincə, əksinə. Konqres onun Ukraynanın bir hissəsi olduğunu açıq şəkildə bəyan edib və ilhaqı qınayıb.

Konqres tərəfindən qəbul edilən və keçən il Tramp tərəfindən imzalanmış Sanksiyalarla Mübarizə Qanununda deyilir: “Amerika Birləşmiş Ştatlarının siyasəti… Rusiya Federasiyasının Hökuməti tərəfindən Krımın qanunsuz birləşməsini və ya hərbi qüvvə vasitəsi ilə Ukrayna ərazisinin hər hansı bir hissəsinin ayrılmasını heç vaxt tanımamaqdır”.

“Heç vaxt” kifayət qədər aydındır. Tramp Rusiyanın ələ keçirdiyi ərazini tanıyacaqsa, belə bir hərəkət ABŞ qanunvericiliyinə zidd olacaq. Konqres və məhkəmələr, ehtimal ki, bu məsələyə cəlb ediləcək.

Krımla bağlı Trampın başqa yolu yoxdur. O, Konqresdən soruşmadan xüsusi şirkətlərə və şəxslərə qarşı Krımla bağlı sanksiyaların ləğvinə əl ata bilməz. Hətta Tramp iyulun 16-da Helsinkidə görüşdükləri zaman, Rusiya prezidenti Vladimir Putinə Krımla “alver, dəyiş-düyüş etmək” istəyirsə (bəlkə də Yaxın Şərqdəki bəzi güzəştlər və ya silah nəzarətinə görə), o, Konqresdən razılıq almaq məcburiyyətindədirr. Güclü dəstəyi nəzərə alaraq, Tramp sanksiyaları imzalayıb, qərara veto qoymaq istəyərsə, yenə razılıq almalıdır.

Tramp səlahiyyətinə heç bir məhdudiyyət olmadan hərəkət edə və hətta səyahət qadağasında olduğu kimi, mühüm məhkəmə qərarlarını vecinə almaya bilər. Ancaq Krım və Ukrayna məsələsində… hər halda, artıq məsələyə rəyi bilinir. Putindən güzəşt qoparmaq istəyərkən, çətin duruma düşmə ehtimalı var.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam