Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TRAMP ÜÇÜN “SOYUQ DUŞ” EFFEKTİ…-Ticarət savaşında qəfil dönüş; Avropa Birliyi ABŞ-ı kürəyindən vurdu


Donald Trampın Avropa Birliyinə (AB) qarşı başlatdığı ticarət savaşı cavabsız qalmadı. Avropa Birliyi ABŞ-a gözləmədiyi yerdən zərbə vurdu. ABŞ-ın nəhəng şirkətlərindən olan “Harley Davidson” məlum savaşın nəticələrinə tab gətirə bilməyərək istehsalın bir hissəsini ölkə xaricinə köçürmək qərarı verdi. Bu qəfil qərar Tramp üçün “soyuq duş” effekti yaratdı.

Yenixeber.org: Qısaca xatırladaq ki, Trampın qərarı ilə bu il iyunun 1-dən Avropa Birliyi ölkələrindən polad və alüminium idxalına rüsum (polad üçün 25, alüminium üçün 10 faiz) qüvvəyə minib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısına şamil olunur. AB liderləri qərardan narazı qalaraq ABŞ-dan möhlət istəsələr də, Birləşmiş Ştatlar təkliflə razılaşmadı. Dünya Ticarət Təşkilatının qaydalarına əsasən, Avropa Birliyinin cavab tədbirləri (ticari balansı bərpa etmək üçün) həyata keçirməyə 90 gün vaxtı var idi. Lakin üzv dövlətlər çox gözləmədən hərəkətə keçdilər.

İlk addım kimi, Avropa Komissiyası ABŞ-ın fəaliyyətindən Dünya Ticarət Təşkilatına şikayət etdi. Bunun ardınca – iyunun 20-də ABŞ-ın məlum qərarına cavab xarakterli tədbirlər planı qəbul olundu. Plana əsasən, iyunun 22-dən AB ölkələrində ümumi həcmi 2,8 milyard avro olan ABŞ məhsullarına 25 faiz rüsum tətbiq olunmağa başladı.

Həmin məhsulların arasında “Harley Davidson” motosikletləri, “Levi Strauss” cinsləri və burbon şərabı da var. Polad və alüminiumdan hazırlanan məhsullar, kənd təsərrüfatı məhsulları (qarğıdalı, düyü, quşüzümü), qida məhsulları (portağal şirəsi, yerfındığı yağı və tütün məmulatları), kosmetik vasitələr, geyim məhsulları, kater, yaxta və başqa məhsullar da bu siyahıya daxil edilib.

Qayıdaq “Harley Davidson”un Tramp üçün sürpriz sayılacaq addımına.Bu şirkətin istehsal etdiyi eyni adlı motosikletlər ABŞ-ın simvollarından hesab olunur. Avropa Birliyi də özünün “qara siyahısına” “Harley Davidson”u məhz bu səbəbdən saldı.

AB fərqində idi ki, 115 illik tarixi olan bu əfsanəvi şirkətin məhsullarına əlavə rüsum tətbiq etməklə onu çətin vəziyyətə salacaq və beləliklə, ABŞ üçün nəzərdə tutduğu cavab zərbəsi öz işini görmüş olacaq.

AB-nin tətbiq etdiyi yeni tariflərə əsasən, “Harley Davidson” motosikletlərinə gömrük rüsumu 6 faizdən 31 faizə qaldırılıb. Bu da o deməkdir ki, Avropa Birliyi ölkələrinə göndərilən hər bir motosikletin qiymətində 2200 dollarlıq artım olacaq. Təbii ki, bu, avropalı alıcı üçün məyusedici xəbərdir. Nəticə etibarilə satış azalacaq və itirən həm şirkət, həm də iş yerlərindən məhrum olmuş (şirkət istehsalı başqa ölkəyə köçürdüyü üçün) amerikalılar olacaq.

Avropa ABŞ-dan sonra “Harley Davidson”un məhsullarının ən yaxşı alıcısı hesab olunur. Məsələn, ötən il Birləşmiş Ştatlarda şirkətin 148 min, Avropada isə təqribən 40 min motosikleti satılıb. Üstəlik ABŞ-da satışın həcmi sabit qalsa da, Avropada hər il artım müşahidə olunur.

AB-nin “Harley Davidson”u seçməyinin daha bir səbəbi şirkətin baş ofisinin Viskonsin ştatında yerləşməsidir. Bu ştat Respublikaçılar Partiyasının liderlərindən olan Pol Raynın (Konqresin aşağı palatasının spikeri) vətənidir.Avropalılar bu yolla bu ştatın seçicilərinə ticarət savaşına görə “hesab ödətdirir” və onları bu qərarın müəlliflərinə – Tramp başda olmaqla respublikaçı idarəçilərə təzyiq göstərməyə sövq edirlər.

Avropa Birliyi Trampın bu şirkətə önəm verdiyini də nəzərdən qaçırmayıb. Trampın “Amerika hər şeydən öndədir” siyasətinin bu şirkətin fəaliyyəti ilə sıx bağlılığı var. Belə ki, Trampın inauqurasiyasından cəmi iki həftə sonra “Harley Davidson”un rəhbərliyi motosikletlərlə Vaşinqtona gələrək Ağ Evin qarşısında yeni modellərinin təqdimatını keçirmişdi.

Şirkət rəhbərliyi Donald Trampla nahardan sonra mətbuat konfransı keçirərkən ABŞ prezidenti onlara təşəkkür etmişdi. Tramp bildirmişdi ki, “Harley Davidson” məhsullarının sayəsində Birləşmiş Ştatlar daha da zəngin olur.

İndi isə göründüyü kimi, qəfil dönüş baş verdi və AB-nin cavab tədbirlərini elan etməsindən cəmi 4 gün sonra “Harley Davidson” istehsal obyektlərinin bir hissəsini xaricə köçürmək məcburiyyətində qaldığını elan etdi. Şirkət hesab edir ki, əks halda Avropa bazarında tutuna bilməyəcək.

Bu isə Trampın hədəflədiyi nəticənin tam əksi deməkdir. Bu halda onun ABŞ-da yeni iş yerlərinin artacağına dair təbliğatı da zərbə almış olur.

Ağ Evin sahibi “kürəyindən bıçaqlanmasına” bir neçə qəzəbli tvitlə cavab verdi. Elə həmin gecə “Twitter” hesabından bunları yazdı: “Bu qədər şirkət arasında ağ bayrağı ilk qaldıranın “Harley-Davidson” olması məni təəccübləndirdi. Mən onların uğrunda döyüşdüm. Və əminəm ki, nəticə etibarilə onlar Avropa Birliyinə göndərdiyi məhsullar üçün ümumiyyətlə rüsum ödəməyəcəklər. Sadəcə səbirli olmaq lazımdır”.

Bir gün sonra – iyunun 26-da Tramp tonunu bir qədər də sərtləşdirdi. ABŞ prezidenti bildirdi ki, “Harley-Davidson” motosikletləri heç vaxt xaricdə istehsal olunmamalıdır.

“Biz başqa ölkələri rüsumları azaltmağa və ya ümumiyyətlə, ləğv etməyə məcbur edirik. Onlar uzun illər bizim fermerlərə, işçilərə, şirkətlərə haqsız rüsum tətbiq ediblər”, – deyən Tramp öz kursunu dəyişməyəcəyinin mesajını verdi. Üstəlik ABŞ prezidenti Avropadan gələn avtomobillərə də rüsum tətbiqini nəzərdə tutur. Bu isə başlanan ticarət savaşının bir qədər də dərinləşəcəyinin, “Harley-Davidson” nümunəsinin bundan sonra başqa şirkətlər tərəfindən də təkrarlanacağının siqnalıdır…

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam