Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

FUTBOL VƏ PENSİYA İSLAHATI:təqaüdə çıxa bilməyəcək rus kişiləri hələ də Putinin ətəyində "namaz qılır"


Roman Dobroxotov

“Əl-Cəzirə”

 

Dünya Kuboku yarışları qızğın çağındadır və Rusiyada neçə-neçə nəsil bu cür şənlik səviyyəsi görməyib. Rusiyanın 11 şəhərində karnaval atmosferi var; küçələr gecə-gündüz insanlarla doludur; rus azarkeşlər rəqib tərəfdarları ilə badə toqquşdurur; əyalət Saransk şəhərinin sakinləri Yaponiya, Kolumbiya və Tunisdən gələn qonaqları qəbul edirlər; ağ uniformalı polislərin üzünə təbəssüm qonub…

Yenixeber.org: Cəmi bir neçə ay əvvəl eyni polislər dəyənəklərini yelləyərək meydanlardan nümayişçiləri qovurdular. Ancaq indi eyş-işrət vaxtıdır və hər kəsə hər şey icazə verilir.

Dünya çempionatı dövründə yüksək əhval-ruhiyyəni təmin etmək üçün dövlət KİV-ləri neqativ informasiyaları dəf edirlər. Digər dövlət orqanları da eyni işlə məşğuldur. Məsələn, Daxili İşlər Nazirliyi regional bölmələrinə cinayətkarlıq barədə xronikanı dərc etməməyi tapşırıb.

Hökumətin xalqın bayram əhval-ruhiyyəsini qoruması təsadüfi deyil. O, qeyri-populyar islahatların və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün bayram və əyləncəli anından tam istifadə edir.

 

Dəhşətli pensiya islahatı

 

Rus əhalisi Dünya çempionatına diqqət yetirərkən, Kremlin ən gözlənilməz islahatlardan birinə başlamağı qərara alıb: pensiya yaşını qadınlar üçün 55-dən 63-ə, kişilər üçün isə 60-dan 65-ə qədər artırıb.

İslahatdan sonra kişilərin ömür uzunluğunun 65 yaşın altında olduğu 83 regiondan 51-ində kişi vətəndaşlar təqaüdə çıxma bilməyəcək. Rusiya prezidenti Vladimir Putin, əlbəttə, hələ 2005-ci ildə pensiya islahatının qeyri-populyar olacağını bilirdi. Amma Rusiyanın iqtisadiyyatı durğun durumdadır (may ayında, məsələn, real gəlir 10 faiz azalıb) və hökumətin pula ehtiyacı var. O ümid edir ki, pensiya yaşının artırılması 2024-cü ildən başlayaraq hər il bir trilyon rubl vəsaiti qənaət etməyə şərait yaradacaq. Beləliklə, bu rahat an islahatın həyata keçirilməsi üçün niyə də istifadə olunmasın?!

Hökumət öz hərəkətə haqq qazandırmaq üçün oxşar islahatlar keçmiş digər Avropa ölkələrinə istinad edir, baxmayaraq ki, bəziləri müqayisələrin yetərli olduğuna əmin deyil. Rusiyadakı gəlir bərabərsizliyi və böhranla birlikdə, geniş yayılmış korrupsiya artmaqdadır, çoxları üçün həyat standartları pisləşib. Rusların yoxsulluq xətti altında yaşayan sayı artarkən (indi 22 milyon, ya da əhalinin 15%-i), milyarderlərin sayı (96 ilə 106 arasında olanların sərvəti 460 milyard dollardan 485 milyard dollara qədər) artmaqdadır.

Bəli, pensiya islahatı ildə bir trilyon rubl vəsaitə qənaət etdirəcək, lakin hazırda iki trilyon rubl (30 milyard dollar) korrupsiya praktikasına sərf olunur. Dövlət kontorlarını əhatə edən bu praktikanın yerinə miqyaslı antikorrupsiya siyasəti həyata keçirilmir.

Müxalifət və həmkarlar ittifaqları artıq etiraz aksiyaları planlaşdırır. Aleksey Navalnı səlahiyyətlilər tərəfindən icazə verilməyən mitinq təşkil etdiyinə görə tutulduqdan sonra yaxın vaxtlarda sərbəst buraxılıb. Navalnının ictimai məkanda olması Kremli qıcıqlandırır. Keçmiş milli məşqçi Leonid Slutskinin Rusiyanın dövlət kanalında (“Первый канал”) Almaniya-Meksika oyununun canlı yayımında Navalninin adını xatırlatması, bu mənada, sürpriz olub.

Bu onun şərhçilik etdiyi sonuncu Dünya çempionatı matçına çevrilib.

 

Təhlükəsizlik əməliyyatları, terroristlər və casuslar

 

Dünya çempionatı populyar olmayan islahatlar üçün örtük kimi xidmət göstərməklə yanaşı, təhlükəsizlik aparatına əzələlərini bükmək üçün də fürsətdir. Hökumət 15 iyun ərəfəsində bir sıra “təmizlik əməliyyatları”nı reallaşdırıb. Bu ilin əvvəlində FSB “Antifa”dan olan bir neçə yeniyetməni yaxalayıb və onları hökumətə qarşı “dövlət çevrilişi” hazırlamaq üçün “terrorçu təşkilat” yaratmaqda ittiham edib.

İyunun 16-da, məhkəmə iclası zamanı təqsirləndirilənlərdən biri olan “Antifa” fəalı Dmitri Pçelintsev deyib ki, ağzında yalnız iki dişi qalıb, qalanları işgəncəyə məruz qaldığı təcridxanada sındırılıb.

İnsan hüquqlarının müdafiəçiləri FSB-nin şübhəlilərdən etiraflar almaq üçün işgəncə tətbiq etdiyini deyirlər. Bu üsullara elektroşok, yuxudan məhrumetmə, döyülmə, bədənə yanan siqaret basma və s. daxildir.

Pçelintsevin “Şəbəkə” iddiası cəmiyyətə və ya hökumətə qarşı hər hansı bir təhdid halında FSB-nin effektivliyinə inamı və “açılmış cinayətlər” statistikasını artırmaq üçün istifadə olunur və ona haqq qazandırır.

FSB-nin əks-kəşfiyyat səylərinin də iki qat artması görünür. İyunun 19-da Rusiyanın “İnter RAO” enerji şirkətinin baş meneceri Karin Tsurkan “Rumın casusu” kimi həbs olunub – Stalin dövründən bəri Rusiyada istifadə olunmayan bir ittiham. Bu ilin əvvəlində FSB-nin ölkədə xarici kəşfiyyata işləyən 397 casusu ifşa etdiyi bildirilib – Xidmət üçün rekord.

FSB, həmçinin etnik və dini icmalarda kütləvi əməliyyatlar aparır, məsələn, Krım tatarlarını təqib edir və “Yehovanın şahidləri”ni saxlayır. Bu halların çoxunda insan hüquqları müdafiəçiləri sistemli şəkildə işgəncə, təhdid və saxta dəlillərdən söz açırlar.

Başqa sözlə, Dünya çempionatına ev sahibliyi edən Rusiyanın 11 şəhərinin küçələrində baş tutan bu yay karnavalı əhalinin əksəriyyətinin yaşadığı siyasi “qış”la kəskin təzaddadır. Ancaq Rusiya vətəndaşlarının bir çoxu koqnitiv dissonansdan əziyyət çəkir və həqiqəti görmək istəmirlər. Bunda təəccüblü bir şey yoxdur. Çörək və tamaşa minilliklər boyu xalqı sakitləşdirmək üçün təsirli vasitədir.

Maraqlıdır ki, Rusiya son dəfə Dünya çempionatının 16-da bir mərhələsinə 1986-cı ildə (Sovet İttifaqı zamanı) yüksəlib. Sosial mediada bəziləri o zamanla indiki dövr arasında paralellər çəkib: Olimpiya Oyunları, xaricdə müharibə… 1980-ci illərdə bu hekayət yenidənqurma (“perestroyka”) elanı və son nəticədə sistemin dağılması ilə sona çadıb.

Bəlkə də, bu, indi Rusiyada nikbinliyin yeganə səbəbidir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam