Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ANTİ-SOSİAL HADININ REAKTİV OLMAQLIĞI –Yaxud, «Qoy, desinlər – molla tacir olub…»

 Məlum olduğu kimi, ötən il Azərbaycan Respublikası Milli Məclisinin «Əmək və sosial siyasət Komitəsi»nin(əslində isə «əməksizlik və anti-sosial siyasət yığıncağı!») sədri Hadı Rəcəblinin «rəhbərliyi» altında bir «pensiya qanunu» hazırladılar və «sürüyüb» parlamentdən keçirdilər – yəni ki, səbatsız deputatların böyük əksəriyyəti mübarək əlini qaldırıb, «dobro» söylədi.
Yenixeber.org: Fəqət, böyük əminliklə qeyd etmək istəyirəm ki, bu səbatsızların, yenə də böyük əksəriyyəti Hadının «pensiya fırıldağı haqqında» qanun layihəsini əməli-başlı oxumadan, dünya ölkələrinin mütərəqqi pensiya təcrübəsinə ötəri də olsa, nəzər salmadan, mexaniki olaraq «inersiya üzrə» əlini qaldırmaqla, necə bir «cinayət işlədiyinin», necə bir günaha batdığının fərqində olmadı – olsaydı, ən azı «yuxarının qorxusu altında» bitərəf qalardı…
Qeyd etmək istəyirəm ki, pensiya haqqında sivil dövlətlərin mütərəqqi təcrübəsini anti-sosial HadıSəlimin «istehsal etdiyi» yeni qanunla müqayisə etsək, sonuncunun nə qədər mürtəce olduğu şübhə doğurmaz. Buna əmin olmaq üçün dünyanın ən mütərəqqi pensiya təcrübələrindən biri sayılan Birləşmiş Ştatların uyğun qanununa nəzər salmaq kifayətdir (Gələn saylarımızın birində ABŞ-ın pensiya qanunvericiliyi barədə bir yazı hazırlamaq fikrindəyəm)…
Uzunçuluq olmasın deyə, anti-sosial HadıSəlimin icad etdiyi «pensiya qanunu» ilə nəzərdə tutulmuş iki epizoda barmaq tuşlamaq istəyirəm – bu sənədlə pensiya yaşı 65-ə, əmək stajı isə 25 ilə qaldırılıb. Ölkədə kütləvi izsizliyin, o cümlədən «rəsmi işsizliyin» tüğyan etdiyi, əhalinin total tibbi köməksizlik durumuna gətirildiyi (orta ömür uzunluğunun sürətlə düşməsi fonunda!) bir vaxtda, anti-sosial Hadı (və Səlim) görəsən hansı məntiqdən çıxış edərək, bu avantüraya qol qoyub! Bunu mütləq Hadıdan (və Səlimdən) soruşmaq gərəkdir və əminəm ki, nə vaxtsa soruşacaqlar…
Fəqət, hələlik anti-sosial Hadının «qılıncının qabağı kəsməsə də dalı kəsir». Bu şəxs özünü necə bir cəzasızlıq və məsuliyyətsizlik mühitində hiss edirsə, arabir «ağzına gələni» danışır! Məsələn, belə:
«Hadı qələmi alıbdır ələ,
Azına gələni buraxır çölə…»

Adəti üzrə dünən bir daha… özü-özünü «ittiham» (deməli, dolayısı ilə təkzib!) etmiş oldu!
Görün bu «ağıl dəryası» necə bir «reaktiv» bəyanat irad eləyib: «Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar, gələcəkdə əziyyət çəkəcək… Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu, o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək…» Baxın, bu məkrli insan yenə də səmimiyyətdən uzaq danışır! «Sığorta ilə pensiya ala bilməyəcək» deyərkən, iş stajının qaldırılmasından meydana gələn «maneə»ni ört-basdır etməyə cəhd göstərir. Məsələn, 1,2 milyon insan qeyri-formal işləyirsə, 25 il iş stajını necə toplaya bilər? Bunu bilə-bilə, iş stajını 12 ildən 25 ilə qaldırmaq nə deməkdir?! Bəlkə «qanun qayırarkən» Hadı bunu anlamayıb? Əsla yox, sadəcə, fərqində olmayıb – çünki cəzasızlıq mühitində «kefə baxır» və antisosial-antixalq fəaliyyətinin (yəni ki, xalqa düşmən fəaliyyətinin) qarşılığında, dövlətin büdcəsindən hər ay 2700 manat «məvacib alır»… HARAMDIR!!!
İndi isə fürsətdən istifadə edib, Hadıdan soruşmaq istəyirəm: Ey anti-sosial, antixalq komitə sədri, ötən ildə «pensiya haqqında qanun» düzəldərkən, bilmirdin ki, ölkədə milyonlarla qeyri-formal işləyən və deməli, iş stajı toplaya bilməyən insan var?! Nə üçün indi irad etdiklərini o zaman görməzliyə vurdun?! Heç olmasa, yapdığın «antisosiallar»ın miqyasını və məsuliyyətini anlayırsanmı?…
İnli isə geçək məsələnin digər tərəfinə. Əcəba, iki gün bundan əvvəl Hadının reaktiv olaraq irad etdiyi (qeyri-formal işləyənlər barədə səsləndirdiyi fikir) «bəyanat» hansı məqsədə xidmət edir? Guya bu rəqəmi səsləndirməklə, Azərbaycan insanının sosial sığorta problemi aradan qalxacaq? Əsla yox! Bəs, Hadı nə üçün özünə əziyyət verib, «canyananlıq» edir?
Güman etmək olar ki, bu «bəyanat»ı səsləndirməklə, antisosial Hadı ünvanına az da olsa səsləndirilən tənqid və ittihamlardan yayınmaq və guya insanların qayğısına qaldığını nümayiş etdirmək məqsədi güdür – bir tərəfdən. Amma əbəsdir, çünki Hadının bu cəhdi «qoy desinlər ki, molla tacir olub» mahiyyəti daşıyır və əksinə, onun şəxsinə daha böyük antipatiya formalaşdırır. O biri tərəfdən isə, sanki Hadı demək istəyir – hökumətin (məsələn, baş nazir müavini Əli Əhmədovun) elan etdiyi milyonlarla «yeni yaradılmış» iş yerlərində işləyənlər «qeyri-formaldırlar», bunda isə mənim günahım yoxdur və s. Yenə əbəsdir, nədən ki, hökumət insanları rəsmi (formal) işlə təmin edə bilmirdisə, o zaman Hadı mürtəce «pensiya haqqında» qanun «qayırmamalı» və mövcud vəziyyət düzələnə qədər, gözləməli idi. Fəqət, gözləmədi…
Xəbər verildiyi kimi, qonşu Rusiyada da hökumət «pensiya islahatı»na start vermək niyyətindədir – hökumət sədri Dmitri Medvedyev təkliflər paketi ortaya qoyub. Amma Rusiya Azərbaycan deyil və bu ölkənin siyasi partiyaları, həmkarlar təşkilatları hökumətin bu təklifinə qarşı çıxırlar. Son günlər Rusiya KİV-ləri bu barədə belə yazırlar: «Problem, artıq küçəyə çıxır…» İndi ruslar bu etirazı yönəltmək üçün yeni lider arayırlar…
Ölkəmizdə isə sanki bir «qəbristanlıq sükutu» hökm sürür – hamı Hadının «qanunu»nun əleyhinədir, amma heç kim «qımıldanmaq» istəmir, məlum filmdə («Gənc qisasçılar» filmi) deyildiyi kimi: «…Və ətrafda sükut hakimdir – ölülər əllərində dəryaz gəzirlər…» Hesab edirəm ki, gələcəyə ümidlə baxmaq və bu sükutu pozmaq, hadıkimiləri məhkəmə qarşısına çıxartmaq gərəkdir. Bəlkə o zaman Hadı, ya gerçəyi məhkəməyə danışa, ya da özünü «YAP ideallarına fəda eliyə»…
İstənilən halda, tarix onun layiqli cəzasını verəcək və istisna etmirəm ki, bu antisosial zat Şəkidən daşqalaqla qovulduğu kimi, parlamentdəki kabinetdən də daşqalaqla… türməyə «ezam ediləcək». Söz verirəm ki, bunun üçün əlimdən gələni edəcəm…
Ölkəmizdəki gerçək vəziyyəti müqayisə etmək üçün gələn saylarımızda Rusiyada bu istiqamətdə cərəyan edənləri diqqətdə saxlayacam və Birləşmiş Ştatların pensiya təcrübəsi barədə ətraflı bir məqalə dərc etdirəcəm.
Bizi izləyin. (azpolitika)
Mirzə AĞ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam