Bir müddət öncə kosmetoloq Elnarə Rzayevanın barəsində mətbuatda qalmaqallı xəbərlər yayıldı. Belə ki, onun xeyli insanın sağlamlığına ciddi zərər vurduğu, lakin məsuliyyətə cəlb olunmadığı bildirildi. Ardınca isə E.Rzayeva ətrafında söz-söhbətlər böyüdü və o, ATV-nin canlı efirinə dəvət edildi. Həmin verilişdə insanlarla kosmetoloq arasında ciddi gərginlik yaşandı.

Yenixeber.org: Elnarə həmçinin sosial şəbəkə hesabındakı rəyi, insanları təhqir etməsi ilə gündəmə gəlib. Belə ki, öz adı ilə paylaşımın rəy bölməsinə tərif yazması onu gülünc vəziyyətə salıb. O, “fake” profildə keçmədiyini unutduğundan bu cür yanlışlığa yol verib. Lakin mediaya açıqlamasında köməkçisinin bunu yazdığını söyləyib.

Bundan əlavə, kosmetoloq onu tənqid edənləri çox ağır və küçə söyüşləri ilə təhqir edib. Eyni zamanda həmin insanların fotolarını sosial şəbəkədi hesabında paylaşaraq ələ salıb.

Baş verənlərdən sonra onun cəzalandırılması üçün şikayətçilər məhkəməyə müraciət edib və onun barədə hakim qərar çıxarıb. Qərara əsasən, E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və 10 000 manat təzminat ödəməlidir.

Bütün bunlara rəğmən kosmetoloq onun haqqında məlumat yazan jurnalisti günahlandırıb. Belə ki, ilk xəbər Criminal.az-da dərc olunduğu üçün adı çəkilən  saytın əməkdaşının onu qarşılıqsız sevdiyi üçün bu addımı atdığını söyləyib. Lakin jurnalist mediaya açıqlamasında onun barədə deyilənləri inkar edib. E.Rzayeva daha əvvəl də jurnalisti ondan pul tələb etməkdə ittiham etmişdi.

Bir müddət öncə isə Elnarə Rzayeva haqqında yayılan infosmasiyalarla əlaqədar mətbuat konfransı təşkil edib. Maraqlıdır ki, kosmetoloq media nümayəndələri ilə görüşə onu tənqid edən jurnalistləri dəvət etməyib. Yalnız bir nəfər konfransda iştirak edib, amma ona söz deməyə imkan verilməyib. Belə ki, E.Rzayeva ətrafına əsasən ona yaxın olan media nümayəndələrini, tanınayan saytların əməkdaşlarını və “İnstagram” səhifəsini idarə edənləri toplayıb. Həmçinin kosmetoloq barədə sosial şəbəkədə reklam xarakterli paylaşımlar edib rəy bölməsini bağlayanlar həmin görüşə gələnlər arasında yer alıb. Eyni zamanda konfransda Elnarə xanımın qalmaqallı xəbərləri ilə bağlı suallar verilməyib. Hətta özünə kiçik auditoriyası olan vaynerlərdən biri də dəstək üçün həmin görüşdə iştirak edib. Elçin adlı vayner daha öncə ATV telekanalında Rzayevanı müdafiə edib, məsələyə tərəfsiz biri kimi qiymət verdiyini qeyd etmişdi.

Konfransda əsasən, Elnarə Rzayeva barədə mediada yazılan neqativ xəbərlər pislənilib. Kosmetoloq ondan şikayət edən insanları tanımadığını söyləyib.

Bir neçə gün öncə isə E.Rzayeva jurnalistin ondan pul istədiyini əks etdirən video paylaşıb. Belə ki, görüntülərdə adı açıqlanmayan qadın kofrans təşkilinə və oraya media nümayəndələrinin çağırmasına görə kosmetoloqdan 100 manat tələb edir. Elnarə xanım isə fürsətdən istifadə edərək onun haqqında yazan jurnalistlərin hamısını günahldırır. O, media nümayəndələrinə pul vermədiyi üçün saytlarda barəsində neqativ xəbərlərin yazıldığını iddia edib.

Kosmetoloq konfransdan sonra oradakı jurnalistlərin ondan pul tələb etdiyini iddia edib. Ardınca isə izləyicilərinə, “Görürsünüz, jurnalistlərdən məndən pul tələb edirlər. Pul versəm yaxşı, verməsəm pis yazırlar. Düşmənlərim var. Ermənipərəst adamlar məni yıxmaq istəyirlər. 100, 200, 300 manat verib haqqımda yazılar hazırlatdırırlar”. Kosmetoloq unudub ki, konfransa dəvət etdiyi jurnalistlərin (bəziləri ümumiyyətlə jurnalist deyil – red) heç biri onun haqqında yazı yazmayıb. Reketlik edən jurnalistlərdən istifadə edib, ciddi media orqanlarını günahlandırmaq Elnarə xanımın çıxılmaz durumda olduğunu göstərir.

Xatırladaq ki, E.Rzayeva ötən il müxtəlif saytlarda kosmetoloq kimi reklam olunub. İndi isə həmin mətbu orqanlar onun haqqında qalmaqallı yazılar dərc edib. Buradan da əslində bir sıra maraqlı məqamlar meydana çıxır. Müəyyən məbləğ qarşılığında insanları düşünmədən onların sağlamlığına zərər vuran şəxsi rahatlıqla reklam edənlər hazırda kosmetoloqdan neqativ xəbərlər yazırlar. Bunun arxasında həmin saytların maddi marağı durması istisna edilmir. Bəlkə də Elnarə Rzayeva vaxtı ilə pul ödəyib özünü təriflətdiyi saytları nəzərdə tutur.

Özünü jurnalist kimi təqdim edib Elnarə Rzayevadan pul tələb edən qadın

Özünü jurnalist kimi təqdim edib Elnarə Rzayevadan pul tələb edən qadın.(minval)