Redaktor seçimi
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
Günün xəbəri

Aqroterrorizm:kütləvi qırğın silahlarına bərabər ölüm

 Azərbaycanın bu istiqamətdə hələlik «Milli Strateji Proqramı» yoxdur və aqrar islahatların nəticələri bu proqramın əsas dayaq nöqtələrindən biri olaraq qalır
Yenixeber.org: XXI əsrdən artıq on ildən çox bir vaxt keçir. Amma hələ də müstəqil Azərbaycanın «Milli Strateji Proqramı» yoxdur. Azərbaycanın Dövlət Arxivinə iqtisadi və siyasi tarix üçün heç bir sənəd verilmir. Arxivi axtarsaq, 10 illik iqtisadi və siyasi tariximizin şikəst tərəflərini görərik. Yaxud hökumət və dövlət strukturlarında, nazirlik və komitələrdə maliyyə sənədləri vur-tut ikicə il saxlanılır. Üçüncü ilə həmin sənədlər saxta komissiyaların imzaladıqları «Lazımsız sənədlər» protokoluna əsasən yandırılır, məhv edilir. (Bariz nümunəsi Vergilər Nazirliyinin, Sosial Təminat Nazirliyinin arviv sənədlərinin yandırılması. Biz bununla bağlı ayrıca  araşdırmalar aparmışıq). Halbuki ən adi hesab etdiyimiz maliyyə sənədi, heç olmasa, 75 il qorunub saxlanılmalı idi. Təqribi hesablamalara görə, Azərbaycanda 10 il ərzində 2,5 milyard dollarlıq maliyyə sənədləri yandırılıb. Biz günahkar axtarmırıq. Tarix ən böyük və müqəddəs cəza meydanıdır və günün birində zorla bu meydandan qovub çıxardığımız «Ölüm hökmü» qayıda bilər.
Moskvada nəşr olunan «Известия» qəzeti  2001- ci il dekabrın 21-də, Vaşinqtonda çıxan «The Washington Post» qəzeti oktyabrın 10-da (2001-ci il) çap olunmuş ABŞ-ın «Yeni yüz il üçün Milli Strategiyası»ndan bəzi məqamları dərc edir. Proqramın bir yerində göstərilir: «...Другие проб­лемы, проявляющие за пределами США - такие, как истощение запасa природных ресурсов, резкий рост народонаселения, экологический ущерб, воз­никновение новых инфекционных заболеваний, рост коррупции и неконтролируюмая миграция беженцев - также серьезно сказываются на без­опасности Америки...»
Bu, Azərbaycanda güclü strateji maraqları olan Vaşinqtonun XXI əsr üçün strateji proqramıdır. Azərbaycanın isə bu istiqamətdə hələlik müstəqil bir dövlət kimi «Milli Strateji Proqramı» yoxdur və aqrar islahatların nəticələri bu proqramın əsas dayaq nöqtələrindən biri olaraq qalır. Cəmiyyətdə radikal, müxalifətin formalaşmasına da təkan verən arqumentlərdən biri elə yöndəmsiz islahatların nəticələridir. Aqrar islahatları ləngidənlər, onun keçirilməsinə əngəl olanlar... beynəlxalq terrorizm və korrupsiyadan bəhs edən və 8 ölkənin iqtisadçıları, analitikləri tərəfindən hazırlanan «Ağ kitab» da «terrorçu» adlanır. Yəni öz xalqına qəsd edənlər... öz xalqına, millətinə və genofonduna terror edənlər...
Məsələn ölkə başçısının pambıq sahələrinədək uzanan yoluna salınmış asvalt  mənə çox  mətləblərdən xəbər verdi. Demək  ölkə başçısı üçün  çəkilən yol hansısa zəhərli torpaqların üstünü  örtmüş olub... Torpağın zəhərlənməsi məsələsi yerli qurumlara əvvəlcədən agah olub. Biz bu məsələyə də biganə qalmadıq, araşdırdıq.
1999-cu il iyunun 4-də Madrid konfransında bu məsələ birmənalı şəkildə qəbul edildi. Orta Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi inkişaf nazirlikləri, bank və maliyyə qurumları tənqid olundu. Tacikistanda, Qırğızıstanda, Ermənistanda, Azərbay­canda, Ukraynada... «aqroterrorizm» termininə yeni­dən nəzər salındı. Qeyd olundu ki, aqroterrorizm artıq bu regionlarda   təşkilat, cəmiyyət və dəstə kimi formalaşır.
Azərbaycan ərazisində hər qarış torpaq  xarici kəşfiyyatın maraq dairəsindədir. Yadınızdadırsa, neçə ay öncə (2016-2017-ci illər) ölkənin  Şirvan bölgəsində   “Şahin ovu” Təbii Sərvətlər Nazirliyinin proqramına saldı. Saxta, yəni “şeyx” titulu ilə heç bir əlaqəsi olmayan onlarla ərəb regionlarda şahin ovuna  çıxdılar. 2018-ci ilin məlmatlarında  isə oxuyuruq ki, həmin üzdəniraq şeyxlərin 8 nəfəri həbs olunub. Müxtəlif  kəşfiyyat xidmətlərində işləyən bu “şeyx”lər (əsasən Səudiyyə Ərəbistanı, Qatar, Küveyt...) korrupsiya qalmaqalında “Polkovnik rütbəli şeyxlər” adı ilə xarici  mətbuat səhifələrinə çıxarıldı. Biz isə torpaqlarımıza haram  məqsədlər üçün  gələn şeyxlərlə maraqlanmadıq, ölkənin maraqlarını  işimizi tamamlamaqla bitmiş hesab etdik. (Heç olmasa bir baxın, rayonlarımıza daşınan və kütləvi insan zəhərlənməsinə səbəb olan gübrələr hardan alınıb və qiyməti neçəyə?...)
Və yaxud  ərəblərin kütləvi “turist” adı ilə ölkəyə  axını da yaddan çıxdı. Halbuki, onların hər birində “İŞİD” –işarəsi var idi. Sadəcə tətik çəkməkdən  qabar bağlamış barmaqlarına  baxmaq kifayət idi... və s...Amma unutmayaq ki, torpaqlarımız heç vaxt  xarici kəşfiyyatın maraq dairəsindən düşmür.
Azərbaycan torpaqlarında Uranın  çox ciddi strateji elementi var. Daha doğrusu torpaqlarımızdan  Uran çıxır. (RF-sı, (keçmiş SSRİ) BKİ-nin (MN) 21 avqust 1978-ci il məlumtı. General A.S.Stepanovun, polkovnik A.N.Aleksninin, polkovnik P.V.Voronosovun arayışlarından). Belə torpağı zəhərləmək isə cinayətdir...
Aqroterrorizm təşkilatları XXI əsrin birinci 10 ilində aktiv olub. Məsələn, təşkilatın üzvləri bir qayda olaraq, dövlətin, quruluşun əleyhinə gedərək, onu sarsıtmaq, xalqın gözündən salmaq üçün müəyyən edilmiş qaydada hərəkət ediblər:
Taxılın, unun və çörəyin qiymətini süni surətdə artırıblar. Çörəyin çəkisini azaldıblar (Bu fakt 1920-ci ildə Rusiyada, 1931-ci ildə İrlandiyada, 1947-ci ildə ABŞ-da, 1953-cü ildə ərəb ölkələrində, 1969-cu ildə İranda... qeydə alınıb.
Verilən fərman və sərəncamların ərazilərdə (xüsusən ucqarlarda) icrasını ləngidiblər (məsələn, araşdırmalarımıza görə Azərbaycan prezidentinin iqtisadi islahatlarla bağlı fərman və sərəncamlarından xəbəri olmayıb. Faktiki olaraq, yerlərdə (xüsusən cənub və şimal bölgələrində) fərman və sərəncamların məzmunu əhaliyə izah edilməyib. Ölkə başçısının inamından sui-istifadə edən məmurlar ona yalan məlumat veriblər.
                       Əkin sahələrinin ayrı-ayrı şəxslərə ev, bağ və həyatyanı kimi satılması. 

Əkin sahələrinin sıradan çıxarılması (aqrotertorizmdə bu, dövləti cinayətə bərabər götürülür, məsələn, Şamaxıda üzümlüklərin, Cəlilabadda taxıl sahələrinin, Zaqatalada gül, Balakənddə tütün, Biləsuvar və Goranboyda pambıq, Quba və Xaçmazda meyvə bağlarının... villa və yaxud bağ evi, yaşayış sahəsi kimi satılması və ya məhv edilməsi cinayətdir. İslahatların vəhşi icraçıları yerli məmurlar özləridir. Yəni aqromühitdə bu talançılığı özümüz edirik).
                               İslahatları həyata keçirən kadrların olmaması
(Məsələn, Astara və Lənkərandan, Masallıdan 1998- 2000-ci illərdə 470 nəfər, 2017-ci ildə  isə 387 nəfər çay plantasiyalarının salınmasında, əkilib- becərilməsində ad çıxarmış mütəxəssis RF-yə, İrana gedib. Şamaxıdan son beş ildə 1763 nəfər üzümçü Cəlilabaddan 2347 nəfər taxılçı, Biləsuvardan 942  nəfər pambıqçı, Qubadan 343 nəfər meyvə bağları salanlar, Balakən və Zaqataladan 3217 nəfər tütünçü... ölkəni tərk edib).
Araşdırmalarımıza görə, son on ildə Azərbaycanda taxıl istehsalı 15,9 faiz az olub. Yəni bu taxıl mövsümündə 2 milyon 50 min ton taxıl gətirilib. Məlumata görə, ölkədə 900 min ton taxıl ehtiyatı var. Olsun, lakin ölkənin taxıla olan ehtiyacı 3,2 milyon tondur. Deməli, Azərbaycanın normal həyatı üçün hələ 1,2 milyon ton taxıla ehtiyacı ödənilməyib. Artıq məlum olub ki, buğda-taxılı 100 faiz idxaldı. Özü də müharibə şəraitində olan bir ölkədə...  
Hələ 2003-cü ildə məlumat verildi ki,  Azərbaycana daha taxıl ehtiyatı lazim deyil (?). Çünki hər kəndlinin anbarında 10 tondan 20 tona qədər taxıl məhsulu var. Sahibkarlara yeni bir şans da verildi. Onlar əlavə dəyər vergisindən də azad oldular. Amma fakt faktlığında qaldı. Bəziləri fikirləşir ki, taxıl yoxdursa, onu Qazaxıstandan və yaxud RF.-dən almaq mümkündür.
Artıq RF-nin və Qazaxıstanın Təhlükəsizlik Şuraları qəti qərara gəliblər ki, heç bir regiona taxıl satılmasın. Moskvada nəşr olunan «Известия» qəzeti yazır: «Начало 2013 года, как и начало прошлого, ознаменовалось ростом стоимости хлеба по всей стране. За прошлый год цены выросли на 30-50 процентов, а за последный месяц они поднялись более чем на 10 процентов. Правительство решило применить крайнюю меру ввести органичения на вывоз зерновых... В середине сезона аналитики высказы­вали мнения, что нехватка зернов будет компен­сирована импортом. Но сейчас их позиция изменилась... Сейчас мировые цены на пщеницу высокие и движения вниз не предвидится, а это усложняет импорт зерна в Россию... Даже с Казахыстаном, откуда, как ожидалось будет идти основной обьем ввозимого зерна, ситуация не простая. Сейчас за тонну продовольственной пщеницу -3-го класса на границе с Казахыстанов просят 170-180 дол...». Amerikalı tədqiqatçı, ölkənin strateji proqramlarının hazırlanmasında iştirak edən professor Kristofer Mann «Çevrilişin yeddinci səbəbi...» əsərində yazır: «Mən ev üçün proqramlar tərtib edəndə (hesabatlar nəzərdə tutulur - R.N.) tez- tez deyir ki, çörəyə hörmət və ehtiram bəsləyən prezident... ilk növbədə Amerika xalqına hörmət bəsləyir... Nə edirsiz, edin... amma çörəyi və taxılı bahalaşdırmayın. Bu, sizin devrilməyinizin (prezident nəzərdə tutulur) birinci pilləsidir... Baxın, görün Sizə kim və nə üçün xəyanət edir... Onun ətrafındakı bəzi başıpozuqlar ondan narazı olanlar taxılı süni surətdə bahalaşdırmaq təklifini irəli sürəndə, mən ona məktub yazdım və dedim: «... Onları həbs edin. Onlar üçün ölüm hökümü icra edin. Ölkəni dağıtmaq üçün, insanlarda qüruru sındırmaq üçün, onlarda inamsızlıq yaratmaq üçün çörəyin qiymətini qaldırmaq... növbələr yaratmaq kifayətdir. Bu, aqroterrorizmdir.... və yaxud ölkənin  regionlarında (İmişli, Kürdəmir, Saatlı, Sabirabad...) kütləvi zəhərlənmələr, ölümsaçan hadisələrin səbəbləri hələ də bağlıdır. Öz Prezidentinə, öz xalqına xəyanət edən kimlərdir?
IX əsrdə yaşamış ərəb filosofu Lamiyyə İbn Sacəddi «Çörək... su və Peyğəmbər (C)...» əsərində belə bir fikrə toxunur: «Peyğəmbərin (S) və imam Əli (ə) nin dövründə ən bərabər bölünən və ədalətli paylanan çörək olub. Həzrəti Əli iddia edirdi ki, çörəyi düzgün və barabər bölünməyən vilayət və hakimiyyət viran olur və dağılır. Kim billə-bilə çörəyi bahalaşdırıb insanları aclıqla imtahana çəkərsə, onun ölümü tamam başqa olar. Məsələn əvvəl görər ki, oğlu, qızı öldü... sonra bacısı, qardaşı məhv oldu... sonra arvad öldü...və nəhayət, özü ölüb məhv oldu. Allah belələrinə imkan verməz ki, nəsili artsın, Çünki bəladan bəla doğar... Çörəklə imtahana sürüklənən millətin, xalqın əxlaqı, insafı,  qeyrət və qüruru- olmaz...».
«Çörək və insan...» proqramı əsasında «Bank- informasiya» - Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin apardığı icjtisadi-strateji nəticələrə görə Yasamal rayonu ərazısindəki 100 zibil qutusuna atılmış taxıl və taxıl məhsullarının ümumi həcmi (hər zibil qutusunda) 300 kiloqramdan 370 kiloqramadəkdir.
Deməli gündə orta hesabla Yasamal rayon ərazisinin 100 zibil qutusuna 300-370 kq çörək atılır.
Bu rəqəm və göstərici Nəsimi rayonunda (yenə 100 zibil qutusuna atılan çörək nəzərdə tutulur) bir gündə 420, Səbayel rayonunda 480, Xətai rayonunda 350, Nizami rayonunda 310 kiloqramadəkdir. Orta hesablamalara görə, gün ərzində Bakının zibil qutularına 8 ton çörək (taxıl və taxıl məhsulları) atılır (biz hələ keçidlərə, bloklara atılmış və yaxud qoyulmuş çörək tikələrini nəzərə almırıq). Bəzi nəticələri isə hələlik açıqlamaq istəmədik.
Aqroterrorizm baktereoloji və kimyəvi silahların tərkib hissəsi kimi də xarakterizə olunur. Bu «silah» bilavasitə kənd təsərrüfatı sahələrinə, iri obyektlərə, istehsal və sənaye müəssisələrinə tuşlanmış... ən amansız silah növüdür və vurduğu maddi, mənəvi ziyanı hesablamaq mümkün olmur. «Bank- informasiya» mərkəzinin məlumatında bildirilir ki, ABŞ Konqresinin Araşdırma və Tədqiqat Mərkəzinin məlumatına görə, aqroterrorizm ildə ABŞ-a 10 milyard dollardan 30 milyard dollaradək ziyan vurur. ABŞ-da, İngiltərədə, Fransada, İsveçrədə... aqroterrorizm kütləvi qırğın silahlarına bərabər tutulur. Məsələn, İngiltərədə adicə bir mal, xəstəliyi epidemiyasından ölkəyə 5 milyard dollar  ziyan dəyib. 2017-ci  ildə bu rəqəm 9 milyard dollar olub. Azərbaycanda mal-qaraya düşən qara yaradan ölkəyə milyonlarla dollar ziyan dəyib. Cənubi Qafqazda iqtisadi məsələlər üzrə araşdırmalar aparan S.Q. Lavrentyev  «Trud» (Moskva) qəzetinə əlavədə. Cənubi Qafqaz regionlarındakı «iqtisadi panoram»ı təhlil edir. O göstərir ki, ötən  illər  ərzində Azərbaycanın «iqtisadi iqlimi», «iqtisadi balansı», «iqtisadi simmetriya»sı 26 dəfə pozulub. Nəticədə Azərbaycanda 17 min hektarlıq meyvə bağı yanıb tələf olub. On min hektarlarla əkin  sahələri bir dəfəlik zəhərlənib ölü  zonaya çevrilib.
Səbəb: Ukraynadan, Qazaxıstandan, Özbəkis­tandan gətirilən gübrə və dərmanların keyfiyyətsiz və zəhərli olmasıdır. 2018-ci ilin birinci altı ayı ərzində Azərbaycana özəl sektorlar tərəfindən 460 zəhərli dərman preparatı daşınıb. (?)
Fəsadları: ağacların kütləvi surətdə yanıb məhv olması, insanların  ölümlə nəticələnən mədə-bağırsaq və bronxit yollarının sıradan çıxması. Məsələn, Şirvan zonasında təsərrüfatla məşğul olanlar arasında  mədə-bağırsaq xorası 3,7 dəfə artıb.
S.Lavrentyev daha sonra qeyd edir ki, 2017-ci ildə Azərbaycana gətirilən (əsasən Kanadadan üçüncü dövlət-məsələn, Qazaxıstan vasitəsilə) taxılda  “Summatra” və “Kopa-4” adlı torpaq  qurdları aşkar edilib. Lakin bunun nə olduğunu anlamayan  mütəxəssislər həmin taxıldan-buğda  növündən istifadə etdilər.Nə qədər ki,  həmin buğda  torpağa  səpilməmişdi, qurdlar  “ölü” və hərəkətsiz qalırdı. Torpağa  düşdükdə  qurdlar dirilir, saniyədə 63 dəfə artıb çoxalırdı... “Summatra” nəinki taxılı, hətta torpağında şirəli, münbit qatını yeyib məhv edir.İlk  dəfə Cənubi Amerikada aşkar edilmiş bu taxıl qurdlarından bir sıra dövlətlər – “Aqroterrorizm proqramları”nda başqa  dövlətlərə  qarşı istifadə ediblər. Məsələn, vaxtı ilə Almaniya ABŞ-ı onun  ərazisinə taxıl  qurdlarının və Kolorado böcəklərinin ötürülməsinə görə ittiham edib, beynəlxalq İqtisdad Məhkəməsinə vermişdi.
Azərbaycanda əhalinin 61 faizi normal qidalanmadan məhrumdur. Normal qidalanmamaq isə vərəm üçün ilkin mənbələrdən biridir. İqtisadi islahatların keçirilmə mexanizminin olmaması, kənd təsərrüfatı məhsullarının və torpağın zəhərlənməsi, yoxsulluq və qidasızlıq... aqroterrorizmin faktor­larıdır. Bütün bu faktorlar vərəmin yayılma mənbələri kimi qeyd olunur.
Azərbaycanı aqroterrorizmin bəlalarından: yox­sulluq və aclıqdan xilas edib, vərəmə qarşı mübarizə aparmaq üçün dünyanın bir sıra maliyyə qurumları da yardımlarını əsirgəmir. Məsələn, aqroterrorizmin vərəminə tutulmuş ölkəni xilas etmək üçün Almaniyanın KFW bankı 3 milyon avro kredit ayırmışdı.
Ərazidə iqtisadi iqlim pozularsa, həmin ərazidə ölüm halları 4,1 dəfə artmış olur. Ümumi məhsuldarlıq 11 dəfə aşağı düşür. İqtisadi iqlim torpaqla onu əkib-becərən arasında münasibətin pozulması, torpağın tədricən «ölüb» sıradan çıxması deməkdir. Nəticədə «ölü» torpağın qarşısında gücünü həvəsini itirən insanın depressiyaya uğraması dəlilik məqamlarının yaranması, ağıl və düşüncənin itməsi, sinir siteminin iflic olması... deməkdir. Araşdırmalarımıza görə, Azərbaycanda iqtisadi iqlimi pozulan ərazilər var. Lənkəran, Cəlilabad, İmişli,  Salyan) Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Qazax, Gədəbəy «İqtisadi iqlim»in pozulmasından əziyyət çəkir.
Araşdırmalarımızda maraqlı rəqəmlər var. Mə­sələn, Salyan rayonunda kəndlinin torpağa olan həvəs və marağı 29,7 faizdir. Ucar ərazisində isə bu rəqəm 13,6 faiz təşkil edir. Lənkəranda adamların 89,4 faizi öz ruzisini, çörəyini dənizdən gözləyir...    
Cəlilabadın Əli-Qasımlı kəndində kəndlinin tor­pağa olan rəğbəti vur-tut 8 faiz qalıb.
Fikrimizcə, Azərbaycanın iqtisadiyyatla məşğul olan elmi-tədqiqat mərkəzləri, nazirlik və insti­tutları... bütün bu faktlara aydınlıq gətirməli və «nə üçün» sualına cavab verməlidir.
Aqroterrorizmdəki «iqtisadi balans» anlayışı isə, ilk dəfə 2001-ci ilin sentyabrın 12-də Vaşinqtonda keçirilən iqtisadçıların regional konfransında işlədilib. Miçiqan universitetinin professoru Con Taren göstərib ki, «iqtisadi balansı» pozulan ərazilərdə aqroterrorizm daha tez başlayır.
Alimin fikrincə, «iqtisadi balans» bir qayda olaraq məhsul verən torpağın, ərazinin özü ilə bağlıdır. Yəni, əgər torpaq taxıl və yaxud üzüm yetirirsə... və bundan gələn gəlir həmin ərazidə yaşayanları təmin edirsə, bu «iqtisadi balans» və ən azı onun faktorlarından biridir.
Azərbaycanda obyektiv və subyektıv-səbəblərdən iqtisadi balansları pozuIan ərazilər var və bu da kəndlinin torpağı əkib-becərmə qabiliyyətini 17 dəfə azaldır. Məsələn, Tovuzda - onun sərhəd yaşayış məntəqələrində 14 hektar torpaqdan bu il məhsul gözlənilmir. Səbəb: kəndlinin əmək qabiliyyətinin itməsi + müharibə qorxusu + əməyin dəyəri, daha doğrusu dəyərsizliyidir.
Ərazidə bütün bu faktorlar bir-birini tamam­ladığından əsas götürülür. Başqa faktorlar subyektiv faktorlardır. Məlumata görə, Ağdaşda ümumilikdə kəndilinin əkib-becərdiyi torpağa olan qayğısı, aktiv münasibəti 6,5 faiz təşkil edib. Şirəli, münbit torpaqların bölünməsi düzgün aparılmadığından kəndlinin «torpaq eşqi» sürətlə azalmaqdadır. Məsələn əkib-becərmək üçün  alınan və yaxud verilən torpaqdan kəndli bu gün ev sahəsi kimi istifadə edir.

 Rəqəmlərə,  nəzər salaq: Şəmkirdə il ərzində pay şəklində əkin üçün torpaq alan 281 ailənin 214-ü həmin torpaq sahələrini ev yeri kimi istifadə edib.
Göyçayda ilin altı ayı ərzində 93 nəfər kəndli aldığı torpağı «yararsız sahə» kimi saxlayır. 53 ailə həmin torpaq sahələrində yeni evlərin özülünü qoyub.
Araşdırmaların başqa bir aspektinə fikir verin: 2017-ci ildə, məsələn, Lənkərandan 195 ailə Astaraya, Biləsuvardan 87 ailə İmişliyə, 291 ailə Lerik və Yardımlıdan Cəlilabada, 81 ailə Masallıdan Sumqayıta, 93 ailə Cəlilabaddan Lənkərana, 168 ailə Salyandan Şirvana, 47 ailə Saatlıdan Qara­dağa... daimi yaşamaq üçün köçüb. Bu da regionda «iqtisadi balans»ın pozulması, aqroterrorizm üçün ən böyük faktorlardan və təhlükə mənbələrindən biridir.
Azərbaycanda «iqtisadi simmetriya» faktiki olaraq pozulub. Respublikanın icra hakimiyyəti orqanlarının, iqtisadçı-müşavirlərinin bu istiqamətdə heç bir proqramı, rəsmi sənədi-konsepsiyası yoxdur.
«İqtisadi simmetriya» respublikanın iqtisadi zo­naları arasındakı simmetrik əlaqə, rabitə deməkdir. Rayonların, kəndlərin, ayrı-ayrı sahibkarların, cəmiy­yət və təşkilatların (iqtisadi sahədə) belə əlaqələri yoxdur. Yəni qonşu rayonlar, kəndlər, ərazilər... baş verən fəlakət, terror hadisələri zamanı bir-birlərinə yardım etməkdə aciz qalırlar. Məsələn, məlumata görə, 2018-ci ilin ilk ayları cənub zonasındakı ən böyük fəlakətlərindən biri - Lənkəranda beşmərtəbəli yaşayış binasının çökməsi, torpaq sürüşmələri... ilə yadda qalıb. Bu il, eyni zamanda, Masallı, Astara, Cəlilabad... qonşu Lənkəranı fəlakətlə, dağıntılarla üz-üzə qoydu. Bu rayonların icra strukturları Lənkərana yardım edə bilmədi. Səbəb «İqtisadi simmetriya»nın pozulması+ əhalinin yoxsulluğu + iqtisadi göstəricilərin aşağı olmasıdır. Yaxud Salyan rayonu ərazisindəki təbii fəlakəti götürək. Ərazidəki zərərçəkənlərə nə Biləsuvar, nə Saatlı, nə Sabirabad, nə də Şirvan icra strukturları yardım edə bilmədilər (Hamı gözünü mərkəzə - Bakıya dikmişdi. Məlumata görə, Azərbaycanın dövlət büd­cəsinin 93,7 faizini Bakı şəhəri verir. Bu isə aqro- terrorizm üçün kifayətdir)
Azərbaycan yeni bir terrorizm dalğası ilə - aqro- terrorizmlə üz-üzə dayanıb. Bu isə aclıq, səfalət, ölüm, xəstəlik... və nəhayət, genefondun çürüməsi, gen kodlarının sıradan çıxması deməkdir.
 
Rövşən Novruzoğlu 
Politoloq 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?