Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda-O, insan deyil, mən ona insan deməzdim..."



Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanda müdafiə nazirinin keçmiş müavini, oliqarx və general-deputat Manvel Qriqoryanla bağlı rüsvayçı hadisəyə münasibət bildirib.

Yenixeber.org: Nazir əməkdaşımızın sualına cavab olaraq bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın Qarabağa əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evinə yığmasını görəndə bundan təəcüblənməyib.

“Mən bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birindən başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördüklərimdən heyrətə gəldim, əsgərlərə göndərilmək üçün məktəblilərin topladığı ərzaq bağalamaları, onların içərisindən tapılan və uşaqların yazdığı məktublar, bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törətdiyi bizə yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bədbəxtliyinin baiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar”-Azərbaycan müdafiə naziri bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın malikanəsindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilmək üçün toplanan böyük miqdarda ərzaq yardımları, o cümlədən Rusiya ermənilərinin göndərdiyi yardımları, hərbi təyinatlı avtomobil texnikalarını və böyük miqdarda silah-sursat aşkar edib. Məlum olub ki, evində axtarış başlayanda-iyunun 16-da Manvel Eçmiədzin meri olan oğluna zəng vuraraq tez malikanəyə getməyi və orada tapılanların hamısını üzərinə götürməyi tapşırıb. Manvelin bu telefon danışığı dinlənilib. Habelə həmin gün onun arvadının göstərişi ilə “Yerkrapa”nın İrəvandakı anbarlarından iki maşın dolu mal əti konservləri çıxarılıb və yolda polis tərəfindən yüklər saxlanılıb.

Habelə məlum olub ki, Manvel Qriqoryan “Əsgər payı” markalanması ilə ət konservlərinin bir hissəsini də Azərbaycanın işğal altında olan ərazilərində gizlədib.

Bu məlumatı Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb. Məlumata görə iyunun 20-də Dağlıq Qarabağda Manvel Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankalrı ilə yanaşı, satış üçün nəzrədə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb.

General Manvel Qriqoryan 90-cı illərin əvvəllərində Qarabağın cənubunun işğal edilməsinə başçılıq edib, o, “cəllad” ləqəbi ilə tanınıb və 1999-cu ilə qədər işğal edilmiş Füzuli ərazilərində briqadası ilə mövqe tutub.(virtualaz)

Fərhad Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam