Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Gədəbəy işi” nə maliyyə naziri və Bayramov qardaşlarının da adı qarışdı-Araşdırma

 

Yenixeber.org: Bu ilin  iyun ayının 1-də  tutduğu vəzifədən azad edilərək  dindirilmək üçün  Bakı şəhərinə gətirilən  Gədəbəy  rayon İcra  Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun ətrafında baş verən proseslər getdikcə daha geniş  bir dairəni əhatə etməkdədir. Belə ki , bir  qədər əvvəl  mətbuatda gedən yazılarda iddia edilirdi ki, Yediyarovun həbs edilmiş keçmiş icra başçısı , AXCP-nin üzvü Saleh Rüstəmovdan 100 min dollar rüşvət  alaraq, ona rayonun mərkəzində H. Əliyev prospektində, Heydər parkının yaxınlığında “PARK MARKET” adlı ticarət mərkəzi açmasına şərait yaratması haqqında məlumat getmişdi. Həmin məlumatda deyilirdi  ki,  həmin pulun alınması üçün vasitəçiliyi rayon Maliyyə İdarəsinin rəisi  Namiq Məmmədov edib, bu  barədə həm Ramiz Yediyarov,  həm də Saleh Rüstəmov  istintaqa təsdiqedici   ifadə  verib. O zaman Namiq Məmmədovun səlahiyyət dairəsinə aid olmayan bu fəaəliyyəti haqqında məlumat   bizi çox təəcübləndirmişdi.

Ona görə ki, indiyədək ölkənin heç bir rayonunda Maliyyə İdarəsinin rəisinin  adı bu cür məsələlərdə hallanmayıb.  Bu günlərdə bu məsələ ilə bağlı Gədəbəy rayonundan aldığımız çoxsaylı məlumatlar təəcübümüzü  heyrətə çevirdi. Verilən məlumatlarda rayon sakinləri  bildirir ki, Namiq Məmmədov nəinki  büdcənin talanması və əmlak məsələləri , eyni zamanda bütün sahələrdə  Yediyarovun  birinci  dərəcəli  əlaltısı olub. Pay torpaqlarında qanunsuz  tikililər,  kadr məsələləri, sahibkarlardan, idarə müəssisə rəhbərlərindən  birdəfəlik , aylıq  və illik  rüşvətlərin yığılması, Hesablama Palatasının,  Maliyyə nazirliyinin təftişlərini “yola salmaq” üçün toplanan xəraclar, Yediyarovun şərik olduğu sahibkarlarla hesablaşmalar, bir sözlə bütün pul gətirən  və insanları dövlətdən narazı sala biləcək məsələlər   Namiq Məmmədov tərəfindən  həyata keçirilib.Təsadüfi deyil ki, bu cür  qeyri-rəsmi səlahiyyətlərə sahiblənməsi N. Məmmədovu fantastik ölçüdə var-dövlət  sahibinə çevirib . Dərin savada və yüksək təhsilə malik olmayan bu şəxs  saysız hesabsız bahalı avtomobillər, mülklər və mənzillər  əldə edib. Rayonda bütün vəzifələrə Namiq Məmmədovun qohumları və yaxınları  yerləşdirilib. İcra başçısı faktiki olaraq  N. Məmmədov tərəfindən idarə olunub. Bəs N.Məmmədovun bu səviyyədə  ixtiyar sahibi olmasının səbəbi nədir?  Sakinlərin dediyinə  görə  N. Məmmədovun  Maliyyə Naziri S. Şərifovdan  və birinci müavini Azər Bayramovdan çox güclü dəstəyi var. Bayramovun sayəsində  bu rayona ayrılan qeyri  əmək  haqqı xərcləri  başqa rayonlara ayrılandan qat-qat çoxdur. Əslən Gədəbəydən olan Bayramov  bu vəsaitlərin N. Məmmədov tərəfindən talanmasına açıq-aşkar göz yumur. Əlində bu cür  güclü təzyiq vasitəsi olan  N. Məmmədov isə bu yolla  icra başçsını təsiri altında saxlaya bilir.  N. Məmmədov   Maliyyə Nazirliyinə o dərəcədə nüfuz edə bilib ki, hətta  öz  yaxınlarını  belə nazirlikdə müəyyən vəzifələrə yerləşdirməyi  bacarıb. Hazırda onun qızının və qaynının bu nazirlikdə işlədiyi məlumdur.

Məmmədov bu üstünlüklərindən dövlət mənafeyinə istifadə etsə yenə dərd yarı idi. Amma təəsüf ki, bu adamın dövlətə və mövcud hakimiyyətə münasibəti də fəaliyyəti kimi neqativdir. Belə ki,onun vasitəsilə rayonda fəaliyyət göstərən,ikin vəsait mənbəyi şübhəli olan xeyli sayda iş adamları var. Həmin iş adamlarının hər hansı arzuolumayan situasiyada dövlət mənafeyində dayanması da sual altındadır. Bütün bu söylənilən neqativ hallar  Samir Şərifova , Azər  Bayramova indiyədək məlum olub, lakin buna baxmayaraq nəinki bu şəxslər, hətta yeni təyin edilmiş təhsil naziri C. Bayramov belə N. Məmmədovla isti münasibət saxlayır.

Hazırda rayonda N. Məmmədovun icra başçısından asılı olan işləri aşırmaq üçün pul alıb amma, işini düzəltmədiyi və pulunu qaytarmadığı  xeyli sayda narazı vətəndaş var. Onların şıkayətinin qarşısını almaq üçün N. Məmmədov və ətrafı tez-tez rayonda şaiyə yayırlar ki, guya N. Məmmədov artıq icra başçısı təyin edilib  və bu barədə prezident sərəncamı yaxınlarda elan olunacaq.  Hətta bu adamlar o qədər həyasızlaşıblar ki, başçı təyin edilmək üçün müəyyən vəsait ödədiklərini  deməkdən belə çəkinmirlər. Məqsədləri  isə aydındır.  Yeni başçı təyin edilənədək şikayət olmasın , yeni başçı gələndə isə nə yolla olur olsun onun etibarını qazansınlar, başcının köməyi ilə bu şikayətçiləri şantaj və təhdidlə susdursunlar. Sakinlərin yeni təyin ediləcək başçıdan xahişləri odur ki, ilk növbədə   N. Məmmədovu rayondan kənarlaşdırsın və özü də  Yediyarovun taleyini yaşamaq istəmirsə N. Məmmədovun komandasının  cinayətkar üzvlərini vəzifələrindən azad etsin.Fərhad Çağtürk / AzEuroNews.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam