Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN MÜTTƏFİQ DÖVLƏT QURMAQ İDEYASI NİYƏ QƏZƏB DOĞURUR?–“Putini Trotskiyə çevirməyə çalışırlar” – TƏHLİL


Stanislav Tarasov

regnum.ru, 16.06.2018

 

Yenixeber.org: Azərbaycan prezidenti İlham Əliyev bu il fevralın əvvəlində “Yeni Azərbaycan” Partiyasının qurultayında çıxış edərək “İrəvan xanlığı, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır, bunu həm gənc nəslimiz, həm də bütün dünya bilməlidir” və “biz azərbaycanlılar bu torpaqlara qayıtmalıyıq” deyəndə Rusiya ekspertlərinin çoxu Əliyevin bu demarşını “Azərbaycanda seçkiqabağı kampaniyanın başlanması və radikal millətçiləri öz tərəfinə çəkmək arzusuyla” əlaqələndirdilər. Ermənistan o zaman Əliyevin sözlərini ərazi iddialarının irəli sürülməsi kimi qavrayıb, buna qəti narazılıq ifadə edib. Rusiya XİN ehtiyatla çıxış edib: “Çox gözəl bilirik ki, Azərbaycanın qonşu Ermənistanla münasibətləri son dərəcə gərgindir, bu ifadə gərginliyin azaldılmasına aşkar şəkildə şərait yaratmır”.

Lakin Əliyevin bu replikası bütünlükdə ona 11 aprel erkən prezident seçkilərində qalib gəlmək imkanı verən “ekzotik epizod” kimi qəbul edilib. Amma bunun ardınca erməni kartı artıq Türkiyədə və yenə də erkən parlament və prezident seçkilərilə bağlı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən oynadılmağa başlanıb. O, mayın 14-də Londonda Chatham House analitik mərkəzində çıxış edərək sıradakı bəyanatı verib:

“Türkiyə Mərkəzi Asiya və Qafqazda barış və təhlükəsizliyin saxlanmasına şərait yaradır. Ermənistan ümumi mənzərədən kənar düşən yeganə dövlətdir. Biz Ermənistan hökumətinin ağıllı yanaşma və daha aydın görüş bəlirləyəcəyi günü səbirsizliklə gözləyirik”.

Bu, İrəvanda hakimiyyət dəyişildikdən və Ankara ilə münasibətləri “ilkin şərtlərsiz” bərpa etməyə hazır olduğunu bildirən Nikol Paşinyan meydana çıxandan bir neçə gün sonra baş verib. Cavab gəlib. Əvvəlcə Ərdoğan administrasiyasının adı çəkilməyən təmsilçisi bildirib ki, bu, “Azərbaycanda işğal edilmiş ərazilər azad edilmədən” mümkün deyil. Sonra baş nazir Binəli Yıldırımın “İrəvan Ankaraya münasibətdə düşmənlik və ərazi iddialarından əl çəkərsə, dialoqun yoluna qoyulmasında Türkiyənin Ermənistana əl uzatmağa hazır olduğu” haqda müəmmalı  bəyanatı ortalığa çıxıb, lakin İrəvanın bu cür tələblərinin ehtiva olunduğu heç bir rəsmi sənəd bizə məlum deyil.

Bütün əlamətlərə əsasən, Türkiyə bu qayda ilə Ermənistana nisbətdə xəbərdarlıq  xassəli zondaj əməliyyatı keçirib, fikrimizcə, bunun arxasında Türkiyə dövlətinin dağılması əndişəsi gözə dəyir. Hətta Ərdoğan “Artsax Respublikasının” (Dağlıq Qarabağın) “azad edilməsi” haqda məsələni ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) “Seçki bəyannaməsi”nə daxil edib. Bu sənəd həm də ona görə çox maraqlıdır ki, onda Türk Şurasını bərpa etmək ideyası ehtiva olunub – Ankara bunun sayəsində Qafqaz və Türküstan ölkələrilə əlaqələri fəal şəkildə genişləndirə və möhkəmləndirə bilərdi.

Daha bir təzə fakt. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Dim TVtelekanalına müsahibə zamanı “gözlənilmədən” bildirib: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz Azərbaycanın problemlərilə həmişə maraqlanırıq. Mən Azərbaycanın da xarici işlər naziriyəm və qardaşım Elmar Məmmədyarov bunu bilir. Bəzən məzuniyyətə gedə biləcəyini deyərək onunla zarafatlaşıram, axı mən onsuz da işləyirəm. Qardaşlar arasında münasibətlər məhz belə olmalıdır”.

Bu sözlər yüksək şəkildə diqqət çəkib. Çünki Türkiyə rəhbərləri əvvəllər də Bakıya dəstək ifadələri işlədiblər, amma onların bəyanatlarında belə açıq-saçıqlıq yox idi.

Nəhayət, Ankaranın apardığı siyasi kampaniyanın tacı adlandırmaq mümkün olan mətləb üzə çıxıb. Türkiyə politoloqu, TOBB universitetinin (Ankara) professoru Toğrul İsmayıl “Azərbaycan və Türkiyə arasında Rusiya və Belarus arasındakı kimi müttəfiq dövlət” qurmaq çağırışı ilə çıxış edib. O bu zaman məlumat verib ki, “birgə Ermənistan-Rusiya hərbi qruplaşmasının yaradılması” amili nəzərə alınmaqla “Bakı və Ankara birgə müdafiə məsələsini öyrənir”. Bu qayda ilə görürük ki, Cənubi Qafqaz görüş yeri olmaqla Türkiyə və Az’rbaycanın bir-birinə sabit yaxınlaşma xətti işarələnib. Lakin bununla yanaşı Türkiyədə seçkiqabağı kampaniya nəzərə alınmaqla səslənən bəzi bəyanatların konyunkturluğunu da istisna etmək olmaz.

Ərdoğan və Əliyev ideya-siyasi, hərbi-texniki və iqtisadi fikir birliyini aşkar sərgiləyirlər. “Artsax Respublikasına” (mətndə bu cürdür; Dağlıq Qarabağ-red.) görə Ermənistanla faktiki müharibə şəraitində  Türkiyəni müttəfiqlik münasibətlərində saxlamaq üçün qarşıdakı 24 iyun seçkilərində Ərdoğanın qələbəsi Əliyev üçün son dərəcə önəmlidir. Yaxın Şərqdə kürd dövlətinin meydana çıxacağından narahat olan Ankara da savaş durumundadır. Əliyev Rusiya prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasında seçim etməyi, daha dəqiqi, itirilmiş Dağlıq Qarabağı Bakının yurisdiksiyasına qaytarmağı tələb edir. Ərdoğan öz növbəsində ABŞ prezidenti Donald Trampdan geostrateji baxımdan türklərdənsə kürdlərin amerikalılar daha çox maraqlandırdığı fonda onunla kürdlər arasında seçim etməyi tələb edir.  Bir çox ekspertlərin, elə türk siyasətçilərinin də etirafına görə, Türkiyənin Dağlıq Qarabağ probleminə yüksək diqqəti hələlik yalnız aparıcı dövlətlərin oynadığı və bundan sonra da oynayacağı ümumkürd problemi üzərindən kölgələnir.

Başqa yandan, Azərbaycan və Türkiyə arasında müttəfiq dövlət layihəsi özünü azərbaycanlı sayan bir neçə milyon türkün yaşadığı İranda mənfi qıcıq doğuracaq. Ankara və Bakıda bunu çox gözəl bilir və dərk edirlər. Ərdoğan və Əliyev burada həm kürd, həm də Qarabağ istiqamətində Qərb tərəfdən dəstəyə malik olmamaqla ciddi risk edir. Lakin, fikrimizcə, problem bundadır ki, Azərbaycan özünün tarixi inkişaf magistralı yolundan çıxıb, Türkiyə isə Avropa və Qərbdən kənara meyllənərək onu hələ də tapmayıb. Ankaranın ABŞ və Avropa Birliyi ilə indiki münasibətləri çağdaş dünya və bölgə siyasətinin ən kəskin intriqalarından birini doğurur. Hələ bu yaxınlaradək Türkiyəni soyuq savaşın “sadiq silahdarı” sayan Qərb Ankaranı Yaxın Şərqin bir sıra ölkələrində və Cənubi Qafqazda nəzarət və üstünlük təşkil etmək qəsdilə ekspansiyaçı siyasət aparmağa çalışan oyunçu saymağa başlayıb. Türkiyə bununla yanaşı ABŞ və Qərb tərəfdən ənənəvi nəzarət sahəsindən çıxmaq üzrədir və cavabında onun iddialarını cilovlamağa başlayırlar.

Azərbaycan da bu nüfuz dairəsinə düşüb. Bu amillər Bakı üçün Dağlıq Qarabağ münaqişəsinin, Türkiyə üçün isə kürd probleminin tənzimlənməsində “əyləc” olub. Lakin önəmli bir geopolitik çalarla. Ankara və Bakı özünü Avropa ölkəsi sayır, amma amerikalılar onları – müsəlman kimi – həmişə Yaxın Şərqə aid ediblər, halbuki xristian Gürcüstan və Ermənistanı Avropa məkanının bir hissəsi sayıblar. İngilis yazıçsı Cozef Redyard Kiplinqin yazdığı kimi, “Qərb Qərbdir, Şərq Şərqdir və onlar heç vaxt bir araya gəlməyəcəklər”.

Ola bilsin, Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin qurulması, yaxud saxlanmasının əsas məğzi də bu tezisdədir.

Moskva ilə münasibətlərə gəlincə, xatırladaq ki, Ankara və Bakı arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqda saziş imzalanıb, halbuki Rusiya HKQ Suriyada durub, Ermənistanda isə (Gümridə) Rusiya hərbi bazası yerləşib. Bundan başqa, Suriya istiqamətində necəli-necəsiz, amma Moskva və Ankara alyansı var. Lakin bəzən adama elə gəlir ki, Azərbaycan və Türkiyə Putini 1920-ci illərdə Bakı və Ankara daxil olmaqla “Türk sosialist federasiyası” qurmaq marağıyla Rusiyanın milli maraqlarını qurban vermiş Lev Trotskiyə çevirməyə çalışır.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam