Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ÜFÜQDƏ GÖRÜNƏN ÇİN-ABŞ MÜHARİBƏSİ:o, strateji düşüncəsi olmayan Amerika prezidenti ucbatından hər an başlaya bilər



Minzin Pey

“Project Syndicate”

 

Birləşmiş Ştatlar və Çin arasında baş verən ticarət müharibəsinin əksər müşahidəçiləri üçün “casus belli” (müharibədən ötrü səbəb – tərc.) ABŞ prezidenti Donald Trampın proteksionizmi ilə Çinin haqsız ticarət təcrübəsini bir-birinə yaxınlaşdırır. Amma bu kontekstdə mühüm bir inkişaf nəzərdən qaçırılır: Amerika ilə Çin arasında çox illik siyasətin sona çatması.

Yenixeber.org: Ticarət münaqişələri özlüyündə yeni bir şey deyil. Müttəfiqlər, 1980-ci illərin sonlarında ABŞ və Yaponiyanın nümunəsində olduğu kimi, mübahisələrə girəndə, iqtisadi məsələnin real səbəb olduğunu düşünmək əsaslıdır. Ancaq ticarət müharibəsi bu gün ABŞ və Çin kimi strateji rəqiblər arasında baş verdikdə, hekayət daha uzun ola bilər.

Son beş ildə Çin-Amerika münasibətləri köklü şəkildə dəyişib. Çin keçən mart ayında prezidentlik müddəti məhdudiyyətlərinin aradan qaldırılması ilə nəticələnən proseslə, avtoritarizmə meyllənir və “Çin istehsalı – 2025” planını təcəssüm etdirən siyasəti yürüdür.

Bununla yanaşı, Çin, Cənubi Çin dənizində süni adaları qurmağa davam edərək, həmin yerdəki gerçək faktları dəyişir. Onun “Bir Kəmər-Bir Yol” Təşəbbüsü Amerikanın qlobal üstünlüyünə meydan oxumadır. Bütün bunlar ABŞ-ın Çinə dair siyasətinin tamamilə uğursuz olduğuna inandırır.

ABŞ hələ yeni bir Çin siyasətini formalaşdırmasa da, onun yanaşma istiqaməti aydındır. Ötən ilin dekabrında açıqlanan Milli Təhlükəsizlik Strategiyası və yanvar ayında qəbul olunan Milli Müdafiə Strategiyasına əsasən, ABŞ indi Çini “revizionist güc” kimi qiymətləndirir və onu Hind-Sakit okean bölgəsindən sıxışdırmaq istəyir.

Trampın iki il ərzində Çinin ABŞ-da 200 milyard dollarlıq ticarət artığını kəsməsi tələbi daxil olmaqla, Amerikanın son iqtisadi manevrlərinin əsasında məhz bu durur. Bundan əlavə, Konqres ABŞ-a Çin investisiyalarını məhdudlaşdırmanı nəzərdə tutan qanun qəbul etməyi planlaşdırır və qabaqcıl ABŞ universitetlərində modern elm və texnologiya öyrənən çinlilərin giriş vizalarının məhdudlaşdırma planları hazırlanır.

Mövcud ticarətin iqtisadiyyatdan daha böyük olması faktı idarəçiliyi daha da çətinləşdirir. Çin yaxın müddətdə dağıdıcı ticarət müharibəsindən yayınmaq üçün əhəmiyyətli güzəştlər və sağlam bir doza şansı verə bilsə də, ABŞ-Çin əlaqələrinin uzunmüddətli trayektoriyası artan strateji münaqişəsi ilə xarakterizə olunur və potensial olaraq hətta Soyuq müharibə ilə nəticələnə bilər.

Çində olan belə bir ssenaridə ehtimal olunan trend ABŞ xarici siyasətinin təşkili prinsipi olacaq və hər iki tərəf iqtisadi inteqrasiyanı qəbuledilməz bir strateji məsuliyyət kimi qiymətləndirəcək. ABŞ-ın fikrincə, Çinin Amerika bazarına və ABŞ texnologiyalarına çıxışını davam etdirmə Birləşmiş Ştatları əvvəlcə iqtisadi, daha sonra geosiyasi cəhətdən döymək imkanı vermə demək olardı. Çin üçün də iqtisadi cəhətdən ayrılma və ABŞ-dan texnoloji asılılıq, bahalı olsa da, sabitliyə və ölkənin strateji məqsədlərinə nail olma baxımından vacibdir.

ABŞ və Çin geosiyasi rəqabətdə dayanıqlığı təmin etmək üçün daha az səbəbə sahib olacaq. Əlbəttə, iki nüvə silahlı dövlət arasında isti bir müharibə az ehtimal olunandır. Ancaq strateji münaqişəni dünyanın ən qeyri-sabit sahələrində, potensial olaraq proksi müharibələr vasitəsilə apararaq, əlbəttə, silahlanma yarışında iştirak edə bilərlər.

Yaxşı xəbər budur ki, nə ABŞ, nə də Çin bu cür təhlükəli və xərcli soyuq müharibəyə yuvarlanmaq istəyir. Bununla yanaşı, ikinci bir ssenari – idarə olunan strateji münaqişə daha çox ehtimal edilir.

Bu ssenariyə əsasən, iqtisadi ayrılma tədricən baş verəcək, lakin tamamilə deyil. Əlaqələrin rəqabətli təbiətinə baxmayaraq, hər iki tərəf işgüzar əlaqəni saxlamaq üçün bəzi iqtisadi stimullara malik olacaq. Eyni şəkildə, hər iki ölkə fərdi və müttəfiqlər üçün hərbi üstünlük naminə fəal rəqabət apararkən, digər tərəflə silahlı qarşıdurmada olan qüvvələrə və ya qruplara (məsələn, Əfqanıstanda “Taliban” və ya Sincan-Uyğur separatçıları kimi) ) hərbi dəstək verə bilər.

Belə bir münaqişə, əlbəttə, risklidir, amma hər iki ölkənin intizamlı, yaxşı bilikli və strateji düşüncəli rəhbərliyi olduğu müddətdə idarə oluna bilər. Lakin ABŞ-da belə liderlik bu gün görünmür.

Trampın Çinə qeyri-adi yanaşması göstərir ki, nə strateji baxışı, nə də diplomatik intizam idarəli strateji münaqişə siyasətini, üstəlik Soyuq müharibə aparmaq üçün doktrina (1947-ci ildə prezident Harri Truman tərəfindən yaradılıb) hazırlamağa imkan vermir.

Deməli, ən azı yaxın perspektivdə Çin-Amerika əlaqələrinin ən çox ehtimal olunan trayektoriyası tez-tez iqtisadi və diplomatik atışma və təsadüfi kooperativ manevrlərlə xarakterizə edilən “əməliyyat münaqişəsi” istiqamətində yüksələcək.

Bu ssenaridə ikitərəfli gərginliklər davam edəcək, çünki fərdi mübahisələr bir-birindən təcrid olunmaya gətirib çıxarır və xüsusi strategiyaya uyğunlaşmır.

Beləliklə, mövcud ticarət duelinə baxmayaraq, ABŞ və Çin uzunmüddətli münaqişəyə doğru yol alırlar. Mübahisənin forması necə olursa-olsun, bu, hər iki tərəfə, Asiya qitəsinə və qlobal sabitliyə üçün baha başa gələcək.

 

Tərcümə: Strateq.az     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam