Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Suriya gizlinləri:“Bəyaz Dəbilqəlilər” əslində kimlərdir?

Suriya gizlinləri: “Bəyaz Dəbilqəlilər” əslində kimlərdir?
Britaniyalı keşiş Endryu Eşdaun Suriyada fəaliyyət göstərən “Bəyaz Dəbilqəlilər” qeyri-hökumət beynəlxalq təşkilatının üzvlərini əli silahlı döyüşçülər adlandırıb.
Yenixeber.org: Şərq və Afrika tədqiqatları üzrə Londonməktəbindəki çıxışında keşiş Eşdaun, 2016-cı ilin avqustunda Rusiyanın havadan dəstəyilə Əsəd ordusunun Hələbi İŞİD terrorçularından azad etmək üçün keçirdiyi əməliyyatlar zamanı suriyalı 3 yaşlı uşaq – Omran Daknişin üzü, başı və paltarları qan içində yayılan “məşhur” fotosunun necə hazırlanıb yayıldığı barədə həqiqətləri danışıb.

Son 4 il ərzində 10 dəfə Suriyada olduğunu vurğulayan britaniyalı keşiş bildirib ki, Omran Dakniş və onun ailəsilə görüşüb. Məlum olub ki, “Bəyaz Dəbilqəlilər” 2016-cı ildə guya Omrana kömək etmək adı ilə ondan təbliğat məqsədilə istifadə ediblər. Həmin vaxt yaralı uşağı təcili tibbi yardım maşınına aparan “Bəyaz Dəbilqəlilər” 40 dəqiqə ərzində ona həkimin yaxınlaşmasına imkan verməyiblər. Məqsəd isə qərb jurnalistlərinin daha yaxşı rakursdan Omranın şəklini və videosunu çəkmələrinin təmin edilməsi olub. Hətta “Bəyaz Dəbilqəlilər” yaralı uşağın atasını da ona yaxınlaşmağa qoymayıblar. Omranın atası isə orada olan “Bəyaz Dəbilqəlilər”in döyüşçülərini görüb qorxub və baş verənlərə müdaxilə edə bilməyib.



Britaniyalı keşiş Endryu Eşdaun onu da vurğulayıb ki, “Bəyaz Dəbilqəlilər” Omranın atasına bir neçə min ABŞ dolları təklif ediblər ki, jurnalistlərə müsahibə verərək Bəşər Əsədhökumətini pisləsin. Lakin kişi bu təklifdən imtina edib, çünki qeyri-hökumət silahlı qüvvələrini dəstəkləmir.

Rəsmi Moskva bildirmişdi ki, 3 yaşlı Omran Daknişin fotosu ətrafında yayılan məlumatlar yalandır və CNN-dən sübut tələb etmişdi. Lakin indiyədək CNN telekanalı heç bir dəlil göstərməyib.



2013-cü ildə ingilis kəşfiyyatının əli ilə Ceyms Le Messierin (bu şəxs Kosova, İraq, Livan, Liviya və digər münaqişəli zonalarda "fəaliyyət" göstərib) başçılığilə yaradılan “Bəyaz Dəbilqəlilər” (“White Helmets”) Suriyada humanitar fəaliyyətlə məşğul olduqlarını deyən QHT-dir və əsasən yerli əhalidən formalaşıb. Lakin onların bəyanatları və davranışlarından aydın olur ki, heç də humanitar məqsədlə fəaliyyət göstərmirlər. Belə ki, “Bəyaz Dəbilqəlilər” əslində Bəşər Əsədi şeytan adlandırır və Suriyaya birbaşa hərbi müdaxiləni dəstəkləyirlər. “Bəyaz Dəbilqəlilər” özlərini neytral adlandırsalar da, yayılan kadrlarda əllərində silah Əl-Nüsra terrorçularilə birgə cihada çağırış edir, dinc əhalini xilas etmək əvəzinə onların ölümündə birbaşa iştirak edirlər. Onların bütün Suriya üzrə deyil, yalnız vaxtilə terrorçuların olduğu Hələb və İdlibdə, indi də digər ərazilərdə fəaliyyət göstərməsi də bu baxımdan diqət çəkir.





“Bəyaz Dəbilqəlilər” müstəqil təşkilat olduqlarını desələr də, əsas donorları Qərb dövlətləridir. 2013-cü ildən bəri “Bəyaz Dəbilqəlilər”i 3 NATO ölkəsi maliyyələşdirir: ABŞ illik 23 milyon dollar, Böyük Britaniya 29 və Almaniya 4,5 milyon dollar.

Maraqlı məqam isə odur ki, ABŞ prezidenti Donald Tramp “Bəyaz Dəbilqəlilər”in “Bəşər Əsəd kimyəvi silahdan istifadə edib” iddiasilə yaydığı videoaları yeganə sübut kimi götürərək 2017 və 2018-ci ildə Suriyanı bombalamaq əmri verib. Lakin sonradan İnsan hüquqları üzrə İsveç Həkimləri təşkilatı və britaniyalı jurnalist Robert Fiskin tədqiqatları dəhşətli həqiqətlər üzə çıxarıb və məlum olub ki, “Bəyaz Dəbilqəlilər”in yaydığı həmin kadrlar qurmadır və Əsəd hökuməti əleyhinə təbliğat məqsədilə istifadə olunub.



İsveç Həkimləri təşkilatının araşdırmasına əsasən, sən demə videodakı uşaqlar artıq ölübmüş, yaxud böyük həcmdə narkotik verilərək huşsuz halda olublar. “Bəyaz Dəbilqəlilər” guya kimyəvi qazdan zəhərlənən uşaqlardan birini xilas etmək üçün düz ürəyinə uzun adrenalin iynəsi yeridir, iynə ilə az qala ürəyi parçalayır, amma heç şprisin başını da sıxmırlar. İsveçli həkimlərin hesabatında bildirilir ki, videodakılardan heç birində qazdan zəhərlənmə simptomu olmayıb və tibbdə bu cür müalicə metodu zəhərli qaz hücumunda istifadə edilmir. Təşkilatın hesabatında uşaqlardan alət kimi istifadə edilən bu videonun əvvəlcədən planlaşdırılmış səhnə olduğu bildirilir.(azvision)









Leyla Elbrusqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam