Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Rövşən Novruzoğlu Hacıbala Abutalıbova "od püskürdü":...insanlıq və ləyaqət,... görmədim

 1555 saylı Azərbaycan məhbusu olmuş və 9 ay MTN-həbsxanasının tək kamerasında gizlədilən tanınmış Azərbaycan politoloqu, yazıçı-jurnalistin Baş nazirin müavini Hacıbala Abutalıbova açıq məktubu. (İlk dəfə)
Yenixeber.org: Neçə vaxt bundan öncə tanınmış Azərbaycan politoloqu professor, ən cidi tədqiqat materiallarını ortaya qoyan, Azərbaycan düşmənlərini ifşa edən... yazıçı-jurnalist, iki dəfə Qızıl Qələm mükafatı laureatı, İsveçin Strateji Araşdırmalar Mərkəzinin Korrupsiya və terrora qarşı ən bariz yazıların müəllifi kimi “Qızıl Medalına” layiq gördüyü, 35 kitabın müəllifi, dünyanın 8 ölkəsində kəşfiyyat zabiti kimi fəaliyyət göstərən... Rövşən Novruz oğlu Vəliyev müəmmalı səbəblərdən saxlanılmışdı... Saxlanılma məktubunu isə bu gün Baş Nazirin müavini kimi tanınan, o vaxt Bakı Meri Hacıbala Abutalıbov imzalamışdı. Yalançı şahidlərlə (indi həmin şahidlər həbs olunublar) tanınmış politoloqu həbs etdirmiş, Bakı şəhər İcra Hakimiyyəti binasında döydürmüş... və sonda 9 ay MTN-nin kamerasında tək-tənha saxlatdırmışdı...
Səbəb?.. Bütün bunları təhlil edən müəllif düşüncələrini məhz, onun ömrünü yaralayan... Hacıbala Abutalıbova məktub vasitəsilə çatdırır. Məlumata görə müəllif  bilavasitə Hacıbala Abutalıbovun fəaliyyətilə bağlı “Baksovet” romanını bitirib... Müəllif məktubunu məhbus nişanı ilə başlayır. Baxmayaraq ki, o artıq bəraət alıb... Özünü millətin və bu vətənin oğlu kimi bir daha təsdiq edib... Bütün bunlarla yanaşı müəllif, tanınmış politoloq Hacıbala Abutalıbova sərt bir mesaj da göndərir:

                             “...Mən nə sənin millətindənəm, nə də sənin tayfandan...”
Hörmətli Hacıbala müəllim çoxdan idi ki, Sizə yazdığım məktubu tamamlamaq istəyirdim. Amma bacarmırdım. Vurduğunuz yaraların göynərtisindən bacamırdım. İndisə bacardım. Sizə yazdığım məktubu tamamladım... Cənab Prezident Sizi Baş Nazirin müavini kimi təsdiq etdi... Təəssüf edirəm...
Mən gəldim. 1555 Azərbaycan məhbusu olmuş professor qayıtdı. Amma gəlməyənləri, həbsxana divarları arasında can verən, günahsız yerə tutulan, döyülən, söyülən və nəhayət ölən... İnsanları da gördüm. Əllərində haqsız yerə çıxarılan məhkəmə qətnamələri görmək mənim üçün çətin idi. Bütün bunlar mənə bir daha anlatdı ki, zaman gəlir ki, adamların surəti insan şəklində, qəlbləri isə şeytan ürəyi kimi olar, qan içən canavar kimi qan tökərlər. Öz etdikləri pis əməllərdən qayıtmazlar; onlara tabe olsan, sənə bədgüman olarlar. Onlara bir söz desən, səni yalançı bilərlər, onlardan uzaqlaşan, sənin haqqında pis sözlər danışarlar, qoyulan adətlər onların yanından bidət kimi, bidət isə adət-ənənə kimi olar. Həlim adam onların nəzərində hiyləgər adam kimi görünər: mömün kəslər onların arasında diqqət mərkəzində olmaz, fasiqlər isə onların arasında əziz və möhtərəm olar...
Fikrimcə Sizə pənah gətirmək-adama xarlıq gətirər, onlardan heç nədən üzr istəmək-insan üçün zillətdir; onların əlində olan şeylərdən istəmək fəqilik gətirər, bəd əməllərlinə görə Allah onların yağışını öz vaxtında yox, lazım olmayan başqa vaxtlarda göndərər, onların pislərini onlara müsəllət edər. O pislər onlara şiddətli əzab və işgəncələr verər, onların övladlarını öldürər, yalandan dua edərlər, amma onların duası qəbul olunmaz... (Mən Sizi belə düşündüm).
Sinəsi orden-medallı pencəkdə şəklinizə baxdım. Xeyli tamaşa etdim. Amma orda insanlıq və ləyaqət, comərdlik nişanı görmədim. Mənə deyin, mənim həbsim üçün hazırlanmış məktuba nə üçün imza atdın, kişi? Bu nə imza idi, elədin?.. Səndən pul istəməmişdim. Rüşvət almamışdım. Ünvanına söyməmişdim, yazmamışdım... Bəs onda nə üçün bu addımı mənə - dünyada tanınan, 35 kitabın müəllifinə, arxivlərdə yatan, ömrünü millətin, xalqın yolunda qoyan bir professorun, tədqiqatçının, yazıçı-jurnalistin məhvinə hazırlanmış fərmana imza atdım?..
Siz və Sizin kimilər günahsız insanlar üçün belə imzaları çox atıbsız.
O imzalar neçə-neçə insanın qapısına qıfıl vurub.
Siz atdığınız saxta imza ilə mənim müharibələrdən çıxan ömrümü yaraladı. Sizə bəlkə də bu əməllərinizə görə “Şöhrət ordeni”, qoy olsun “Şərəf nişanı”, laıp “İstiqlal ordeni”... olsun, fərq eləməz. Amma verdilər, Siz də aldınız. Həyanızı bir tərəfə qoyub, həmin “Şöhrət orden”ini sinənizə taxıb, qürur duydunuz. Amma deməliydiniz: cənablar, mən bu ordenə layiq deyiləm. Şərəfsiz bir iş tutmuşam. Tanınmış bir yazıçının, elm adamının qətlinə fərman vermişəm... ailəsini, evini-eşiyini, arzularını dağıtmışam, anasının bağrını çatlatmışam. Bu sözləri demək üçün sizdə təpər gərək idi, o da olmadı.
Hacıbala müəlli, “Hər insanın üç dostu var; onların biri deyir ki, mən səninlə ölənə qədər varam; bu onun malıdır. O biri deyir ki, mən səninlə qəbrə qədər varam; bu onun övladı və əhl-əyalıdır; üçüncü deyir ki, mən həmişə səninlə olacağam, səndən ayrılmaram; bu onun əməlidir”.
Mən gəldim... Gəldim ki, Sizin gözünüzün içinə baxam. O gözlər ki, ədaləti, səxavəti, istiliyi əriyib, heç olub.
1555 saylı Azərbaycan məhbusu, professor soruşur: nə üçün mənimlə bağlı hazırlanmış saxta məktuba imza atdınız? Nə üçün yalan, şər və böhtan... deyib bir addım irəli getdiniz?.. Bu məktubu əlinizə kim verdi.. kişi?
Gün gələr Allah hər şeyinizi alar, onda sizə saxladığı isə əməlləriniz olacaq...
Siz nə vaxtsa alim olmusunuz. Amma bir alimin ömrünə balta vurub, yaraladınız. Heç baxmadınız ki, nəyə imza atdınız və nə üçün?
“Hörmətli” Hacıbala müəllim!
Mən Sizin şərəfinizlə, şöhrətinizlə, ləyaqətinizlə... ailənizlə bağlı “Baksovet” adlı bir romanı da bitirdim. Bu da mənim taleyimin mənə verdiyi şöhrət ordeni. Şübhə etmirəm ki, bu orden sənə verilən ordendən çox yaşayacaq, tarixə çevriləcək. Bu əsəri mənə sizin əməlləriniz, haqsız işləriniz, çat verən ləyaqətiniz yazırdı...
Məndən oğurladığınız illəri qaytarın. Ona gücünüz çatarmı? İnsan özünü ehtiyacsız gördükdə o, tüğyan edər. Həqiqətən Siz də tüğyan etdiniz. Hacıbala müəllim Rusiya Federasiyasından erməni diasporunun rəhbəri Ara Abramyanın göndərdiyi məktuba imza atdın. Nə üçün? Nə üçün  baxmadın kimin taleyilə oynadın. Sən nə ediyini anladınmı, sən və səni qızışdıranlar nə istəyirdiniz?
Azərbaycanın 1555 saylı məhbusu olmuş professor soruşur: - Hansı səbəbə, hansı dövləti cinayətə görə 9 ay MTN (o vaxt belə adlanırdı)-də tək-tənha kamerada saxlanıldım? Hansı ağır cinayətlər törətmişdim nazir müavini ?  
Mən gəldim. Bəraət aldım... yazdığım kitablar, xarici mətbuat səhifələrində dövlətçiliyimiz naminə etdiyim çıxışlar... mənim ikinci bəraətim oldu. Onda ən nüfuzlu dövlətlərdən viza çağırışı aldım. Hamı məni dövlətinə dəvər edirdi ki, bir tikə çörək verib, özləri üçün işlətsin. Amma getmədim...
Sizin övladlarınız isə yığdığınız haram və çirkli pullarla Azərbaycanı söyə-söyə dünyanı gəzir...
1555 saylı Azərbaycan məhbusu olmuş professor soruşur: - Siz Baş Nazirin müavinlərindən birisiz. Amma o taxta əyləşəndə... Vicdanınızın səsinə qulaq asdınızmı?.. Şeyximiz deyir ki, Azərbaycanda vicdan yoxdur... Bəs, hara getdi bu vicdan? Nə üçün Siz yalandan hazırlanmış məktuba imza atdınız?
Sizə nə etmişdim? Sizin millətə nə etdim ki?.. Sizin əyalətdən nə vaxt keçdim, sizin tayfaların quyruğunu nə vaxt sancdım? Axı, bir soruşmadın ki, nəyə qol çəkirəm? Və nə üçün qol çəkirəm? Hökm verən adamın (Anam deyirdi ki, Allah ona lənət eləsin. Hansı ki, mənim ağbirçək anam sənin atdığın ölüm hökmünə nəfəsi çatmadı, dözmədi...) qarşısında zəif oldunuz, büdrədiniz... İki qat oldunuz... “Baş üstə” – dediniz... Ulu Öndər sağ olsaydı, cəsarətiniz çatmadı. Çünki məni Moskvadan o vaxtkı MTN-nə işləmək üçün o gətirmişdi.
Hacıbala müəllim, fikrimcə, insan həmişə özünü Qiyamət hesabatına və ölüm faciəsinə hazır vəziyyətdə saxlamalıdır. Ölümün nə vaxt gələcəyini heç kəs bilmir; uşaq da ölür, cavan da, qoca da. Lakin qocaların ölüm ağuşuna düşəcəyi vaxt lap yaxındır; xüsusilə bizim zamanlarda, ömrlərin qısa olduğu bir dövrdə yaşlı adamlar hər an özünün birinci qəbr gecəsini, o dəhşətli mənzərəni xatırlamalıdır.
1555 saylı Azərbaycan məhbusu professor soruşur: - Nə üçün Siz erməni mətbəxində hazırlanmış və bir başa oxunmaq üçün Prezident Aparatına göndərilən məktuba imza atdınız? Respublikanın bütün tele-kanallarına xəbəri yaymaq üçün “Start” verilmişdi. Hamı gözləyirdi. Ermənistan kanallarına da gözləyirdi...
Siz məni Bakı şəhər İcra Hakimiyyətinə dəvət etdiniz... İçəri keçən kimi səkkiz nəfər adam başladı məni əzməyə... Başımı divara çırpıb, barmaqlarımı sındırdınız... Nə üçün, kişi? Arxanızda duran kim idi?
Nə üçün, kişi? Sizin Baş Nazirin müavini işləmək haqqınız varmı? Çıxarın döşünüzdəki “Şöhrət” ordenini... olsun lap “Şərəf” nişanı... “İstiqlal” ordeni... çıxarın, “Baksovet” romanında sizin kifayət qədər surətiniz var. O, cəmiyyətə də, gözlədiyiniz “Fəxri Xiyabana”da bəs edər...
Sizinlə bağlı olan “Baksovet” romanında belə bir müraciət var: “Ey iyirmi yaşlılar, səy edin, çalışın; ey otuz yaşlılar, dünyanın həyatı sizi məğrur etməsin; ey qırx yaşlılar, Allah-Təala ilə mülaqat etmək üçün nə hazırlamısınız? Ey əlli yaşlılar, sizə xəbərdarlıq gəldi; ey altmış yaşlılar; siz bir əkinçiniz ki, biçin vaxtınız çatıb; ey yetmiş yaşlılar, sizə xitab olunur, cavab verin; ey səksən yaşlılar, sizin ölüm vaxtınız gəlib çatıb, amma siz hələ də qəflətdəsiniz”...
“Hörmətli” Hacıbala müəllim!
1555 saylı Azərbaycan məhbusu olmuş professor soruşur: - Fitnə bilirsənmi nədir? Fitnə sənin yaşadığın mühitdir. Yediyin çörəkdir, içdiyin sudur, əl verib görüşdüyün adamlardı, qulağına sıxdığın telefonlardı... fitnə.
Fitnə bir libas kimi sizi əhatə edəndə sizin halınız necə olar? Belə ki, cavanlar fitnə içində tərbiyə alar, böyüklər isə fitnə içində qocalar; adamların bütün işləri fitnələr üzərində qərar tutar; xəlq o fitnəni özü üçün adət şəklinə salar və əgər bir adam onu dəyişdirsə, deyərlər ki, filankəs (yaramaz) iş görür, adəti dəyişdirir. Bundan sonra bu bəla daha da şiddətli olar; təzə doğulmuş uşaqlar bu fitnə ilə tərbiyət tapar və atəş, ağacı yandırıb məhv etdiyi kimi, fitnələr onları həlak edər. Adamlar dini əhkamı və axirət əməllərini Allah xatirinə yerinə yetirmək məqsədilə öyrənərlər.
1555 saylı Azərbaycan məhbusu olmuş professor Sizdən-Baş Nazirin müavini kimi soruşur: Siz bu səhvi nə üçün etdiniz, ömrümü, taleyimi ləngitdiniz.
Bir zaman gəlib ki, casusluq edən kəslər xalq arasında hörmətli olar, bəd əməl sahibləri zirək hesab olunarlar, insaflı adamlar bacarıqsız və aciz sayılarlar, kasıblara sədəqə vermək – cərimə adlanar, qohum-əqrəbaya baş çəkib, onlara minnət qoyarlar, öz ibadətləri cəhətinə özlərini xalqdan yüksək tutarlar. Belə bir zamanda səltənət düşmənlərin məsləhəti ilə idarə olunar, hökmranlıq uşaqların əlində olar, işlər alçaq, pis və nalayiq adamların əli ilə idarə olunar.
Belə... Mən məktubu yenə yarımçıq saxladım. “Baksovet” romanında hər şey olduğu kimi verilir. Təəssüf edirəm ki, məmləkətdə özlərini “Cəllad kötüyü” kimi təsdiq edənlərin sayı artmaqdadır.
Mən sizə əlaqə telefonumu qoyuram:
(050) 505-25-00
Rövşən Novruzoğlu,
politoloq
 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?