Reklamın günümüz reallığının ayrılmaz hissəsinə çevrildiyi hər kəsə ayandır.

Yenixeber.org: Əgər bir məhsulun satışını həyata keçirmək istəyiriksə, ən birinci ağıla reklam gəlir. İstər sosial şəbəkələrdə, istərsə də televiziyada saysız-hesabsız reklam var.

Reklam olunan məhsulların keyfiyyətinə gəlincə isə bu artıq onu reklam edənə maraqlı olmur, əsas ciblərin dolmasıdır. Digər bir məsələ reklamın süjetidir. Yaxşı firmalar öz reklamlarını işinin peşəkarına tapşırdığı halda, yeni cücərən firmalar “əsas reklam olsun”-deyib, kim gəldi, necə gəldi reklamlarını həvalə edirlər. Bu isə nəticə etibariylə gülünc vəziyyətin ortaya çıxmasına səbəb olur.

Azərbaycan reklam tarixində də elə hər mənada cığır aça biləcək reklamlar kifayət qədərdir. Bu reklamların süjetini hazırlayanların hansı təhsilin sahibi olması hələ bizə məlum olmasa da, düşünürəm ki, çəkdikləri ilə hər şeyi deyirlər.

Bəzən bərbad reklamların müəllifləri tənqidlərə cavab olaraq, “Hamı bizi tənqdi edir, yazır, videomuzu paylaşır. Bu da reklamdır” deyirlər. Bu cümlə çəkilən reklamlar qədər gülməlidir.

Sizə reklam kimi görünüb, əslində dünya tarixinin bəlkə də ən gülməli videolar sırasına adını yazdıra biləcək görüntüləri təqdim edirik:(minval)

Məleykə Ağasoy