Redaktor seçimi
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
Günün xəbəri

SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-Faiq Hüseynova şok ittihamlar


  Yenixeber.org: Redaksiyamıza Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan İsmayılov Elnur Mənsur oğlunun cənab prezidentə, cənab I vitse-prezidentə və cənab baş prokurora ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsində baş verən korrupsiya faktlarından və şəxsən özünün qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Təəssüf ki, yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki çabalarımız nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti ixtisarla dərc edirik: 
“Cənab Prezident!
Mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da müsbət nəticə əldə edə bilməmişəm.
Prokurorluq orqanalrı və məhkəmələr təkzibolunmaz faktların araşdırılmasının qarşısında aciz qalıb. Faiq Hüseynovun və qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sifarişlərini yerinə yetirirlər. Mən isə sifariş yerinə yetirən, nankor və Azərbaycan Respublikasının qanunlarını satan məmurların yarıtmaz fəaliyyəti ucbatından hüquqlarımı Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda axtarmaq məcburiyyətində qalmışam.
Bugünəcən aidiyyatı orqanlara 300-ə yaxın müraciət və şikayət ünvanlasam da, heç bir münasibət bildirilməmişdir.
Bildirirəm ki, mən ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı - Geofizika və Geologiya idarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunmuşam. Mənim işdən çıxarılmağıma əsil səbəb o olmuşdur ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirdiyim üçün, o, mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarmışdır. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum vardır, biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən təkcə mənəm.
Məni “ixtisara” salan Faiq Hüseynov özü və “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumları, qapısını tanımadıqları “Təfəkkür” Universitetinin “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb, dövlətin əmlakını talamaqda davam edirlər.
Belə ki, Faiq Hüseynov qohumları-dostları vasitəsi ilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyektlər (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib dost-qohumlamın adma sənədləşdirib icarəyə vermişdir. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə vermişdir. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirmişdir. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa sübuta yetirərəm.
Mən tutduğum vəzifədən qanunsuz olaraq çıxarılmağım və bunun əsil səbəbi barədə müvafiq orqanlara məlumat vermiş olsam da, mənim işə qaytarılmağım və Faiq Hüseynov barəsində heç bir tədbir görülməmişdir.
Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməmə baxmayaraq F.C.Hüseynov özünün təşkil etdirdiyi “ASTRA” MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları almışdır ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm.
Qaimə №-si və tarixiAvadanlıq və məhsulun adıSayıFakt alış qiyməti Real təklif  qiymətiYaranan fərq
1041243
10.2010
Aries ram yaddaş qurğusu126 əd1.188.432azn630.000azn558.432azn
2117556
23.02.2011
P/N060000-04 səyyari qazma qarğusu4 əd154.800azn40.000azn114.800azn
3489671
24.08.2011
1. Kod167271000 2 xətti modul aunit
2.Kod09011563540 kabel a/d unit qcmpstd
3. Chekmate geofon
4. DT-HP104 Geofon strinqi
167əd
 
 
677 əd
 
4 əd
 
500 əd
1.025.046azn
 
 
1.056.528azn
 
61.016azn
 
126.000azn
324.147azn
 
 
334.167azn
 
17.876azn
 
60.000azn
700.899azn
 
 
722.361azn
 
43.140azn
 
66.000azn
4041336
11.2011
Aram Aries ram yaddaş qurğusu30 əd580.500azn150.000azn430.500azn
5490634
20.07.2012
PGCN konvertional model6 əd91.500azn25.200azn66.300azn
6917049
01.10.2013
1.Aries 8x55MTZ dənizdibi telemetrik kabel
2.Aramaries 500mtz xətarası birləşdirici kabel
65 əd
 
 
8 əd
452.075azn
 
 
51.184azn
91.000azn
 
 
14.400azn
361.075azn
 
 
36.784azn
7491640
19.04.2013
ASSYPELT Vipro kabeli3 əd10.008azn2.400azn7.608azn
8491641
19.04.2013
PeltonVİB PRO Encoder sistembloku3 əd185.334azn30.000azn155.334azn
9616704
17.05.2013
1.BL-3 xət birləşdirici blok
2.Qida modulu
3.12 kanallı telemetrik kabel
2 əd
 
2 əd
15 əd
11.542azn
 
8.376azn
231.375azn
2.200azn
 
1.400azn
37.500azn
9.342azn
 
6.976azn
193.875azn
1031.05.2013SPW proqram kompleksi SPV3
2.SPV proqram kompleksi SPV2-nin SPV3-ə yenilənməsi
2 əd
 
2 əd
225.846azn
 
112.812azn
60.000azn
 
20.000azn
165.845azn
 
92.812azn
11616905
13.08.2013
Transponder akustik sistem üçün70 əd146.230azn24.500azn121.730azn
12616954
13.08.2013
1.Aram Aries sürət modulu
2.Aram Aries ram
3.Aries Marine Kase-dəniz blok
4. Aram Aies RTU xətbirləşdirici
5.Aries Marine CASE üz qapağı
1 əd
 
65 əd
105 əd
 
6 əd
 
10 əd
 
7.773azn
 
1.235.325azn
436.800azn
 
188.142azn
 
47.160azn
 
2.400azn
 
325.000azn
126.000azn
 
60.000azn
 
11.000azn
 
5.373azn
 
910.325azn
310.800azn
 
128.142azn
 
36.160azn
 
13616955
13.08.2013
1.Aram Aries litium akumlyator
2.Aram Aries ram qutusunun üst qapağı P/M SEL
80 əd
 
40 əd
 
 
155.040azn
 
156.120azn
 
44.000azn
 
34.000azn
 
111.040azn
 
122.120azn
 
 
14616957
13.08.2013
Aram Aries Seysmostansiya UPS qida bloku1 əd24.806azn4.000azn20.806azn
15617145
06.11.2013
Hidrofon10 əd14.700azn4.500azn10.210azn
16617152
11.11.2013
Avtomat Siemens 3 əd972.0 azn150.0azn822.0azn
17617156
21.11.2013
Yol kənarı lövhə2 əd960.0azn160.0azn800.0azn
    9.084.430,0azn2.476.000,0azn6.608.430azn
 
Cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 (altı milyon altı yüz səkkiz min dörd yüz otuz) manat dövlət vəsaiti mənimsənilmişdir.
Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilmişdir. Və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir.
Bununla yanaşı F.C.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə Volvopenta tipli stasionar mühərriklə təchiz olunmuş qayığı öz adına FHN-də sənədləşdirib oğlu Fərhadın adını isə qayığa vermişdir. Sonradan isə həmin idarədən oğurlanmış qayığı Musayev Niaməddinin adı ilə fiziki şəxs kimi aylıq 15.000 (on beş min) manat qarşılığında GGİ-yə icarəyə vermişdi. Halbuki həmin dövrdə Musayev Niyaməddinin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olmamışdır.
GGİ-nin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub. Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür.
Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirmişdir. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə “Azərsu” ASC-də Qorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilmişdir. Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir. Bu günədək nə mənim qanunsuz işdən çıxarılmağıma, nə də dövlətin büdcəsindən oğurlanan milyonların qaytarılması üçün heç bir addım atılmamışdır.
Odur ki, əvvəlki müraciətlərimin və hazırki müraciətimin iştirakımla araşdırılması və Faiq Hüseynova qarşı tədbir görülməsi üçün aidiyyatlı orqanlara tapşırıq verməyinizi sizdən xahiş edirəm”.
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?