Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Nehrəm kəndi:Tarixin gizli qalan səhifələri

             
...dünyanın ən məşhur məscid və ziyarətgahlarının divarlarında “Naxçıvan” adı həkk olunub və “İslamın ən güclü dayaqlarından biri kimi təsvir edilib. Belə müqəddəs divarların sayı on ikidir...” 
Yenixeber.org:  Azərbaycanın tarixi-mədəni sərvətlərinin bir parçası olan Naxçıvan qədim yaşayış məntəqəsi artıq “Dünyanın İslam tarixi xəritəsi”ndə öz yerini tutub və ərazi bu gün “İslam mədəniyyətinin payitaxtı” kimi tanınmaqdadır. (Qeyd: “Dünyanın ən güclü müqəddəs-dini mərkəzləri tarixi xəritəsi” 1929-cu ilun iyun ayının 10-da Vatikanda kardinallar “Şura”sında hazırlanıb).
2018-ci il Naxçıvan “İslam mədəniyyət mərkəzinin paytaxtı” ili kimi qeyd olunub. XV əsr Əfqan xəritəşünası Məhəmməd Rza Şaerinin tərtib etdiyi xəritədə isə (Herat) qeyd olunur ki, dünyanın ən məşhur məscid və ziyarətgahlarının divarlarında “Naxçıvan” adı həkk olunub və “İslamın ən güclü dayaqlarından biri kimi təsvir edilib. Belə müqəddəs divarların sayı on ikidir...”
Uzun müddət Xorasanda yaşayan və orada vəfat edən səyyah Məhəmməd Rza Şaeri daha sonra göstərir ki, Nehrəm yaşayış məntəqəsi Naxçıvanın “Anasıdır və Naxçıvan ərazisi ordan başlanır”.
“...Nehrəm kəndi təkcə Naxçıvan yaşayış məntəqəsinin deyil, bütövlükdə Azərbaycanın qüdrətli, mərd, cəsarətli, vicdanlı, səxavətli, namuslu, vicdanı pak, ləyaqətli... ədalətli parçasıdır. Mən inanmıram ki, ordan zəmanə üçün naqis adam çıxsın...” (D.r. Şeyx Məhəmməd Rza Şaeri. Məşhəd-Xorasan nəşri).
Böyük Britaniya. (Londonda) azərbaycanlıların 1985-ci ildə nəşr etdirdikləri “İmamın nitqi” kitabındakı məqalədə isə Şeyx qeyd edir ki, İmam Hüseyn aşiqlərinin öz islami əqidələri yolunda şəhid olan 72 nəfər qəhrəmanın cərgəsində əslən Nehrəmdən olan iki nəfər də olub. Onlardan birinin adı Məhəmməd, digərinin adı isə Çeşməbazarlı Əli Rza olub.
Şeyx kitabında yazır: “...Möcüzəsi olmayan xalqın həqiqəti olmur. Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir. Nehrəm ərazisi bu möcüzənin isə həqiqət qapıları olaraq qalır...” (Bax: Eyni kitab. S.83.)
Araşdırma materiallarına görə qədim dini kitablarda, əlyazmalarda Nehrəm kəndi təkcə Naxçıvanın yox, bütöv Azərbaycanın dini və islami dəyərlərini özündə saxlayan dünyanın ən müqədəs yerlərindən biridir. Amma araşdırılmayıb, tədqiq və təbliğ olunmayıb. Təəssüf edirəm ki, Azərbaycanın din tarixində (o hələ yazılmayıb) Nehrəm yaşayış məntəqəsilə bağlı heç bir şey yoxdur.
Amma təhlillərimizə və uzun müddətli tədqiqatlara görə Nehrəm kəndi ərazisi səmadakı “Yeddi Parlaq Ulduz”un altındadır. Bu barədə İngiltərənin “Əl-Muthəf” kitabxanasında saxlanılan.  D-r Əbu Abdulla Nəim ibn Həmməd Məruzinin “Əl-Fitəl” əsərində qeydlər var. Həmçinin göstərilir ki, Nehrəm yaşayış məntəqəsi bir qolu bilavasitə İslam Peyğəmbərinin “...qan damarlarına gedib çıxan” qüdrətli səkkiz tayfanın yaşayış məntəqəsidir. Əqidələrinə, Allaha və İslam Peyğəmbərinə bağlılığına görə qovulan, torpaqlarından didərgin salınan müqəddəs tayfalar məhz Nehrəm ərazisində sığınacaq tapdı və bu gün də orada yaşamaqda davam edirlər. (Əlavə ba.x: D-r Əhməd ibn Əli ibn Əl Musənna Ət-Təmimi, “Musnədu Əbi Əl-Müvəssəli” kitabı. Dəməşq, “Darul Məmuni” kitabxanası).
Qeyd edim ki, dünyanın əksər dini mərkəzlərində bugünkü Babək rayonunu... Nehrəm kimi tanıyırlar. (“Babək” Adı 1978-ci ilin oktyabrında verilib. Lakin Ulu öndər Heydər Əliyevin bununla bağlı Kremlə dörd sərt məktubu var. Bu etiraz məktubları da araşdırılmayıb.)
Lakin bizim Nəcəfül-Əşrəfin (İraq) “Heydəriyyə çapxanası”nın kitablarına nəzər salanda Nehrəm yaşayış məntəqəsilə bağlı daha ciddi materialların olduğunu gördük.
Məsələn on ikinci İmamın-Həzrəti Mehdi (ə.s.)-ın həyatını araşdıran İslam dünyasının məşhur filosofu Əbu Cəfər, Məhəmməd İbn Cərir “Əl-Müstərşid” kitabında qeyd edir ki, bilavasitə Abbasi xilafətlərinin təqib və təzyiqinə məruz qalan on ikinci İmamın – İmam Mehdi (ə.s.) Sahibbəzzamanın ailəsi, daha doğrusu atası on birinci imam, İmam Həsən Əsgəri əleyhissəlam, anası Həzrəti Nərgiz, nənəsi Həzrəti Səvsən, bibisi Həzrəti Hökümə... əlavə 16 nəfər Azərbaycana tərəf pənah gətirir. Yol boyu zülm və işgəncələrə məruz qalan imam əhli-əyalı İraqın Samira şəhərindən Azərbaycana qədər qovulurlar. Onlardan dörd nəfəri  Astara-Lənkəran zonasında vəfat edir. İmam Həsən Əsgərinin nənəsi Həzrəti Səvsən Naxçıvana-Əshabi Kəhfə gəlir və orada vəfat edir. Məşhur islamşünas, filosof Seyid Məhəmməd Sadiq Sədrin Beyrutda (Livan) “Darul Kitavul-Ərəbi” elm mərkəzində 1107-ci ildə nəşr olunmuş (təkrar 1903 nəşri) “Tarixi Ma Bəədəz-Zühur” kitabında qeyd olunduğu kimi on birinci İmam-İmam Həsən Əsgərinin ömür-gün yoldaşı Həzrəti Səvsən yeddi nəfər İmam Mehdi (ə.s.) - Sahibbəzamanın əsgərilə Əshabi-Kəhfdə - mağarada aclıq və susuzluqdan vəfat edirlər. Bu zaman İmam əsgərlərindən bir neçəsi daşa çevrilir. Filosof xatırladır ki, on birinci İmamın anası Həzrəti Səvsənin məzarı Əshabi-Kəhfdə qəbrlər sırasındadı. (Qeyd: Bütün bu ciddi araşdırmalar haqqında, Naxçıvanın və ayrıca Hehrəmin güclü İslami dəyərlərə malik tayfaları haqqında “Tənha qalmış İmam” adlı dini-tarixi araşdırma romanında geniş bəhs olunur... (Təəssüf ki, araşdırılmayıb). Məlumata görə Azərbaycana pənah gətirən Peyğəmbər əshabələri, İmam övladları üç gün, üç gecə Nehrəmdə qalırlar. Sübh namazında (Bax: Beyrutda çap edilən və “Darul Kitabul-Ərəbi” kitabxanasında saxlanılan “Niyətul-Əvliya...” kitabı. Təkrar nəşri 1949.) on ikinci İmamın – Qeyb olmuş İmam Mehdinin – Sahibbəzzamanın (ə.s.) əhli-əyalı iki hissəyə ayrıldı. İmamın anası Həzrəti Nərgiz (Rum padşahı Qeysərin övladı olan Yəşuayın qızı. Həzrəti Nərgizin anası həmçinin Həzrəti İsa Əleyhissəlamın canişini Şəmun ibni Həmun ibni səfanın övladlarındandır), bibisi İmam Həsən Əsgərinin bacısı Həzrəti Hökumə, İsa (ə.s.) kötüyundən olan xanım Mariya, İmam Hadinin (on birinci İmamın – İmam Mehdinin (ə.s.) babası) bacısı Həzrəti Fatimə, imam övladlarından olan on iki yaşlı xanım Nasiyə... Bakıya üz tuturlar. İslam alimi məşhur Əbu Cəfər Məhəmməd ibn Əl-Həsən yazır ki, onlar (yəni təqiblərdən yaxa qurtarmağa cəhd edən on ikinci İmamın – Mehdi (ə.s.) Sahibbəzamanın əhli-əyalı Yeddi Parlaq Ulduzun altında – Nehrəm deyilən ərazidə biri-birilə görüşərək sübh namazında ayrıldılar. Araşdırmalara görə on ikinci imamın nənəsi, İmam Həsən Əsgərinin anası Həzrəti Səvsənin məzarı Əshabi-Kəhfdədir. Tədqiqat göstərir ki, xanımın məzarı üstündə onun adı beş dəfə dəyişdirilib. Şübhəsiz, bu da həmin məzarı təqiblərdən, hücumlardan salamat çıxarıb. Bu gün “Müqəddəs Nehrəm kəndi” (Filosof Şeyx Abdulla ibn Məhəmməd) Naxçıvanın Əsha bi-Kəhfində dəfn olunan on birinci İmam – İmam Həsən Əsgərinin anası Həzrəti Səvsənin məzarı diqqətdədir...
Məlumatlarda bu da bildirilir ki, Naxçıvanda, eləcə də müsəlman ölkələrində, eləcə də Avropada tanınan məşhur din xadimi Mövla Məhəmməd Naxçıvani Nehrəm kəndində 1906-cı ildə ilk Quran gecələri təşkil edib. Öz şəxsi vəsaiti hesabına “Yasin” surəsini kitabça şəklində çap edib. Nehrəmdə gəlin köçən hər bir qıza “Quran” hədiyyə edib. Mərhum Seyid Mustafa Naxçıvani isə onun haqqında yazır: “... Hər vaxt ona bir şey verilsəydi və ya ehtiyacı olanları tapıb onlara kömək edərdi...” (Bax: S.M.Naxçıvani. “Nehrəmlilərə məktub” kitabı. Tehran 1901.)
Əlavə olaraq  göstərilir ki, yeni tədqiqatlarımızda qeyd olunur ki, bu gün Nehrəm yaşayış məntəqəsində, Çeşməbazar, Əbrəqunus, Qoşadizə, Qahab, Cəhri... ərazilərinə səpələnmiş imam nəslindən olan tayfalar müqəddəs tayfalar olaraq qalır.
Rövşən Novruzoğlu, 
Beynəlxalq Terrora Qarşı Strateji 
Araşdırma Mərkəzinin direktoru, politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam