Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

ABŞ-ın YENİ SANKSİYALARI ÇİNİ İRANDA DAHA DA GÜCLƏNDİRƏCƏK:Pekin İran iqtisadiyyatında hökmran olmaq şansı qazanır - TƏHLİL



İlya Plexanov

inosmi.ru, 24.05.2018

 

ABŞ dövlət katibi Mayk Pompeo həftənin əvvəlində bildirib ki, “rejim özü və İran xalqı üçün seçdiyi yolverilməz və səmərəsiz yoldan çəkilməsə”, İrana qarşı Amerika sanksiyalarından ağrı yalnız artacaq və vəd edib ki, “bu, tarixdə ən güclü sanksiyalar olacaq”.

Yenixeber.org: Bu, İran üçün nəsə bir gözlənilməzlik deyil, amma ABŞ sanksiyaları üzündən avropalılar da Tehranla iş görməyi dayandırsalar, onda ölkə özünün ən böyük tərəfdaşına – Çinə getdikcə daha çox güvənməli olacaq.

Çinlə İranı hərbi baxımdan çoxdankı münasibətlər bağlayır. Çinin atıcılıq silahlarının, taktiki ballistik və gəmi əleyhinə raketlərin, artilleriyanın, dəniz minaları və RƏM sistemlərinin tədarükü ölkəyə hələ İran-İraq savaşı zamanı gəlib. Müharibədən sonra Çin J-7 təyyarələri tədarük edib, İranın “Saegeh” qırıcısının yaradılmasına kömək edib və artıq sonralar pilotsuzların istehsalı üzrə proqramın hazırlanmasına yardımçı olub.

İranın müasir gəmi əleyhinə raketlərinin böyük qismi, az qala, Çin məhsulunun surətidir. Çin habelə 80-ci illərdə Tehranın nüvə proqramında əsas rol oynayaraq avadanlıq təqdim edib və mütəxəssislərə təlim keçib.

Çin və İran 2016-da hərbi əməkdaşlıq haqda saziş bağlayıb, 2017-də İranda birgə hərbi-dəniz təlimi keçirib. Təsdiqlənməmiş məlumatlara görə, İran Çinin J-10, J-11 və J-20 təyyarələrinin alqısına iddia edə bilər. Gözlənilir ki, 2020-ci ildə BMT-nin İrana silah tədarükünə embarqosu qalxandan sonra Çin silahı ölkəyə sel kimi axa bilər. Amma burası da var ki, hələ iki ildə çox şey dəyişilə bilər.

Çin bu gün İranın əsas ticari tərəfdaşı və İran neftinin əsas alıcısıdır.Hələ “nüvə sazişi”nə qədərki sanksiyaların tətbiqindən sonra Çin banklardan yan keçməklə İranla barter ticarət xətti açmışdı. Gözləmək məntiqlidir ki, İran cari təhdidlər fonunda asiyalı dostlarilə bu münasibətləri bundan sonra da inkşaf etdirməyə ümid bəsləyir. Fransanın “Total” şirkəti Amerika sanksiyaları üzündən İranda neft layihələrindən çıxa biləcəyini bildirəndən sonra Çin KİV-ləri xəbər verib ki, Çinin neft nəhəngi Çin milli neft-qaz korporasiyası (CNPC) Fransanın payını ala bilər.

Fransızlar, çinlilər və iranlılar 2017-dən Cənubi Pars yatağının layihəsi üzərində işləyib və 20 il ərzində, demək olar, beş milyard dollar yatırım planlaşdırırdılar. Fransanın payı 50,1%, çinlilərinki 30% təşkil edirdi, qalanı iranlıların idi.Total”ı anlamaq olar, çünki onun 10 milyard dollar həcmində aktivləri ABŞ-la bağlıdır, maliyyə əməliyyatlarının 90%-i isə Amerika bankları vasitəsilə aparılır. Fransızlar indiki mərhələdə İran layihəsinə cəmi 47 milyon dollar yatırıblar.

Çinin bəzi analitikləri ABŞ-ın “nüvə sazişi”ndən çıxdığına ümumiyyətlə şaddırlar. Onların fikrincə, sanksiyalar avropalıları və yaponları İrandan getməyə vadar edəcək və Çin o zaman ucuzlaşan İran neftini sərfəli şərtlərlə özünə götürə, habelə infrastruktur layihələrində avropalılarla yaponların yerini tuta bilər.

Çin və İran martda Buşir limanını ölkənin dəmiryolu sistemiylə birləşdirən dəmiryolunun inşası haqda 700 milyon dollarlıq saziş imzalayıb. Martda həmçinin yuanla neftə fyuçers müqavilələri açılıb və ABŞ “nüvə sazişi”ndən çıxandan sonra Çinin bu birjasında alver həcmi iki dəfə artıb. Çin İranla ikitərəfli münasibətləri öz valyutasıyla aparmağa çalışacaq.

İran xarici işlər naziri və İran Milli Neft Şirkətinin təmsilçiləri keçən həftə Pekinə səfər ediblər. Neftçilər çinli həmkarlarilə danışıqlar aparıb və onlardan İrandan neft alqısının həcmini, ən azı, azaltmamağı xahiş ediblər.

Çin 2018-in birinci rübündə gündə orta hesabla 655 min barrel alıb ki, bu da İranın neft ixracatının, haradasa, dörddə birini təşkil edir. İran nefti çinlilərin özü üçün ümumi neft idxalının, təxminən, 10%-ni təşkil edir. Çin neftçiləri ölkə rəhbərliyinin siyasi qərarını izləyəcəklərini bildirərək heç nə vəd etməyiblər. Çin şirkətləri əvvəllər İranla sazişləri Çin bankları vasitəsilə avro və yuanla aparır və Amerika sanksiyalarının öz maliyyə fəaliyyətlərinə təsirindən xüsusən narahat olmurdu.

Söz düşmüşkən, Çindən sonra İran neftinin əsas alıcıları Hindistan, Cənubi Koreya və Türkiyədir. Bu gün ABŞ-ın Hindistan və Türkiyə ilə münasibətləri o qədər birmənalı deyil və bu iki ölkənin ABŞ sanksiyalarından qorxması fakt deyil. Yəni neft satışından İrana pul axını Vaşinqtonun istəyəcəyi qədər də böhranlı şəkildə azala bilməz. Keçən il İran və Çin arasında ticarət dövriyyəsi 37 milyar dollardan çox olub və bu, 2016-dakından 13% çoxdur.

Çin İrana 10 milyard dollarlıq kredit xətti də açıb – bu, ABŞ-la “nüvə sazişi” bağlanandan bəri Tehran üçün bu cür ən böyük təklifdir. İran və Çin yekunda on il ərzində öz ticarət dövriyyələrini 600 milyard dollara qədər çatdırmaq istəyərdi.

Amma sadə məsələni anlamaq lazımdır: İranla ticarət münasibətləri Pekinin dünya ilə bütün ticarət münasibətləri həcminin 1%-dən azını təşkil edir, halbuki ABŞ-la dövriyyə Çin üçün 636 milyard dollar (İranınkından 17 dəfə çox) təşkil edir və bunun 506 milyardı Çin mallarının ixracatına düşür.

Dövriyyənin 90%-i özəl sektora düşür və bunun 40%-i ABŞ tərəfdən məhdudiyyət və sanksiyalara həssas olan multimilli şirkətlərdir. ABŞ sanksiya rejimini pozduğuna görə Çinin artıq ZTE şirkətini açıq cəzalandıraraq onu ABŞ-da əməliyyatdan məhrum edib və cərimələyib. Çinin  habelə Liviya və Venesuelaya yatırımda acı təcrübəsi var – yekunda Çin yatırımçıları hər şeyi itiriblər. Pekinin mövcud hakimiyyət zamanı və sanksiya rejimində İranda siyasi sabitliyə şübhəsi ola bilər.

Digər tərəfdən, Çin Fars körfəzi neftindən son dərəcə asılıdır və Pekinə bölgədə prinsipcə yeni sarsıntılar gərək deyil. Çin də Avropa Birliyinin yekunda necə reaksiya verəcəyi və Avropanın Amerika sanksiyalarına qarşı çıxmağının alınıb-alınmayacağı və İranla özünün “nüvə sazişi” versiyasını bağlayıb-bağlamaycağını diqqətlə izləyəcək.

Səmalar ölkəsi yaranmış durumu özünün beynəxalq reytinqinin yüksəlməsi üçün istifadə etməyə çalışa bilər və dünyaya göstərər ki, Pekində daha Vaşinqtonun sanksiya tələblərinə tabe olmağa hazır deyillər.

Aprelin sonunda Soçiyə beynəlxalq təhlükəsizlik üzrə konfransa gələn İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani çinli həmkarlarilə görüş keçirib. Danışıqlar əsasən iki ölkənin maliyyə və bank kooperasiyasındakı maneələri necə aradan qaldırıla biləcəyi haqda olub, lakin Çin və İran rəsmiləri habelə qeyd ediblər ki, Vaşinqton Yaxın Şərq və Əfqanıstanda qarışıqlıq salan ünsürləri dəstəkləyir və sanksiyalar vasitəsilə İran, Rusiya və Çinə ziyan vurmağa çalışır. Şəmxaninin fikrincə, bu üç ölkə ABŞ-a müqavimət üzrə ümumi strategiya hazırlamalıdır.

Belə, ya elə, gec, ya tez, amma Çin Pekin və Tehranın münasibətlərinin məhz necə inkişaf edəcəyi haqda seçim etməli olacaq və bu seçimin İranı sevindirəcəyi fakt deyil. Zaman göstərər.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam