Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“MedEra hospital”da daha bir uşağa qarşı rüsvayçılıq –Video


  “MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb.

Yenixeber.org: Feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və təcili klinikaya çatdırdığını bildirib.

Onun sözlərinə görə, “MedEra hospital” onu valideyn kimi övladının qarşısında xəcalətli edib: “Mən Oqtay Şirəliyevi məlumatlandırıram, 21 saylı poliklinikada kardiloq tapılmadı.

Bizi bu klinikaya yönləndirdilər. Mən əsgər yetişdirirəm, amma bu klinikalar gələcəyimizi məhv edir.

Pulun yoxdursa, sənə baxmırlar. Cənab prezident, sizinlə birlikdə vətən xainlərini ifşa edəcəyik”.

Xatırladaq ki, sözügedən klinikada daha bir uşağın valideyni pula görə pis vəziyyətdə qalmışdı.

Mübariz Aslanov adlı istifadəçi “MedEra hospital” klinikası haqda yazmışdı ki, kartdan pul çıxarmaq üçün bankomat tapmamışdı və klinikanın həkimi Əli Quliyev onun 40 dərəcə qızdırmalı uşağına baxmaqdan imtina etmişdi. Sonra tərəflər barışmışdılar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam