Redaktor seçimi
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Günün xəbəri

“QIRMIZI ŞAHZADƏ”NİN DEMARŞI –Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir? - TƏHLİL


Deyvid Hirst

“Middle East Eye”

 

Müxalif Səudiyyə şahzadəsi əmilərini kral Salmanı devirməyə çağırıb. Şahzadə Xalid bin Fərhan şahzadə Əhməd bin Əbdüləziz və şahzadə Muqrin bin Əbdüləzizə xitabən Salmanın “nizamsız və axmaq” davranışı ilə Səudiyyə kral ailəsinə və səltənətə yeri doldurulmaz zərər verdiyini iddia edib.

Yenixeber.org: 2013-cü ildə Almaniyada siyasi sığınacaq almış şahzadə Xalid “Middle East Eye”-a verdiyi müsahibədə deyib ki, Əhməd və Muqrinin səflərini birləşməsi halında, ” kral ailəsi üzvlərinin 99 faizi, təhlükəsizlik xidməti və ordu onlara arxa olacaq”.

“Əbdüləzizin oğulları Əhməd və Muqrin əmilərimə müraciət etmə fürsətini fövtə vermək istəmirəm… vəziyyəti dəyişdirmək üçün bir şey edin”.

Şahzadə Xalid Səudiyyə kral ailəsinin uzaq qohumudur. Amma rəsmi Riyad cızıqdan çıxan istənilən üzvünə qarşı həssasdır.

Şahzadə bildirib ki, kral Salmanın sağ qalan ən böyük qardaşlarından biri olan Mamduh bin Əbdüləzizin son bəyanatları bütövlükdə ailənin içində daha geniş narazılığın göstəricisidir.

Xalid deyib: “Kral ailəsi içində çox böyük hiddət var”. Onun sözlərinə görə, sabiq daxili işlər naziri Əhməd bin Əbdüləziz təhlükəsizlik qüvvələri və çoxsaylı qəbilələrin dəstəyinə sahibdir. Muqrin bin Əbdüləziz isə əvvəlki tacdar şahzadə Məhəmməd ibn Naifin kadrıdır.

 

Saraydakı atışmanın sirri

 

Aprel ayında Riyaddakı Uca sarayında eşidilən ağır silah səsləri ilə əlaqədar olaraq çevriliş iddiaları hələ də qüvvədə qalır. Rəsmi izahat təhlükəsizlik işçilərinin “oyuncaq dron”u məhv etməsidir. Amma anonim Səudiyyə bloqqeri “Müctəhid” bildirir ki, saray iki “SUV” avtomobilinə quraşdırılmış ağır silahlarla hücuma məruz qalıb, altı təhlükəsizlik işçisi və iki təcavüzkar öldürülüb.

Məhəmməd Bin Salman (MBS) hadisə zamanı gözə dəyməsə də, Rusiya mətbuatında onun öldürüldüyü istiqamətindəki möhtəkirliklər davam edir. Son günlərdə MBS-nin ofisi bu şayiələrə qarşı çıxmaq üçün onun regional liderlərlə ünsiyyəti barədə məlumatlar yayır.

Şahzadə Xalid dron ehtimalının məntiqə zidd olan bir əhvalat olduğunu söyləyib. “Məncə, bu, Məhəmməd bin Salmanı öldürmək cəhdi deyil, ona qarşı etiraz aksiyasıdır”.

Amma o, MBS-nin hakimiyyətdə qaldığı təqdirdə üsyan baş verəcəyi barədə xəbərdarlıq edib. “Avropalılara Səudiyyə Ərəbistanındakı vəziyyətin püskürməyə hazırlaşan vulkan bənzədiyini söyləmək istərdim. Əgər o püskürərsə, bu, yalnız Səudiyyə Ərəbistanı və ya Ərəb bölgəsinə deyil, sizə də təsir edəcək”.

Şahzadə Xalid Səudiyyə Ərəbistanı daxilində terror hücrələrinin olduğunu və vəhhabiliyin radikal ideologiya olduğunu söyləyib. Onun sözlərinə görə, avropalılar və amerikalıları qorxudan da bu islamçılardır.

“Beləliklə, Səudiyyə Ərəbistanında xaos yaranarsa, dünya miqyasında xaos olacaq və Səudiyyə Ərəbistanı beynəlxalq terrorçuluğu dəstəkləyən və onu bütün dünyaya yayan terrorizm mənbəyi olacaq”.

 

“Ailə alçaldığını hiss edir”

 

Şahzadə Xalid Səudiyyə kral ailəsinin əl-Fərhan tirəsinə aiddir. 18-ci əsrə yaşamış Fərhan Məhəmməd bin Səudun üç qardaşından biri olub, ailənin əsas tirəsi isə Əbdüləzizə məxsusdur.

Münaqişə “Qırmızı Şahzadə” kimi tanınan Xalidin atası konstitusiyalı monarxiya fikrini müdafiə edəndən sonra başlayıb. Kral ailəsinin böyük üzvləri onu susdurmağa cəhd göstəriblər. Onlardan biri Almaniyaya rəsmi səfər edərkən Xalidi özü ilə aparıb.

Şahzadə Xalid Almaniyaya gəlməsindən iki ay sonra siyasi sığınacaq alıb, onun oğurlanması təhlükəsi var. O, alman kəşfiyyatına bildirib ki, Aİ daxilində belə sərbəst dolaşa bilməz.

Səudiyyənin digər şahzadələri ilə müntəzəm əlaqə saxladığını söyləyən Xalid kral ailəsi üzvlərinin Salmanın və oğlunun əmri ilə həbslərindən onların şok vəziyyətində olduğunu deyir.

“Bu, bütün ailə üçün bir şok idi, çünki ailənin görkəmli xadimləri böyük bir təhqirə məruz qalmışdılar”.

Şahzadə Xalid, antikorrupsiya kampaniyasının siyasi motivli olduğunu söyləyib.

 

MBS-nin motivləri

 

MBS keçən il ərzində güclü yüksəliş keçirib, amma şahzadə Xalid uzun illər onun ailənin sıradan bir üzvü olduğunu və gəncliyində psixoloji problemlərdən əziyyət çəkdiyini söyləyib. “MBS-nin qəddar olduğunu demirəm, amma gənc olanda kral ailəsində statusu yox idi. Qardaşları daha yüksək mövqelərə və Səudiyyənin hakim elitasında haqq sahibi və əlbəttə, daha yaşlı, daha təcrübəli, daha yaxşı təhsilli idilər.

“Məncə, MBS-nin psixoloji problemləri bundan qaynaqlanır, çünki onun həbs etdiyi əmi uşaqları əvvəllər daha üstün mövqe tuturdular. Bu gün o, qardaşlarından intiqam alır. Səudiyyə Ərəbistanı 2017-ci ilin sonlarında Riyadda, “Ritz-Carlton” otelində saxlanılan 300 şəxsdən 100 milyard dollar vəsaiti geri aldığını bildirib. Azadlığa çıxdıqdan sonra belə bu şəxslərin ayaqlarında nəzarət cihazları var, mobil telefonları izlənilir və səltənət xaricinə səyahət etmələrinə qadağa qoyulub. Beləliklə, onlar çox təhqiramiz vəziyyətdə yaşayırlar”.

Şahzadə deyib ki, MBS tərəfindən tətbiq olunan bəzi islahatlara, o cümlədən qadınlarla bağlı dəyişikliklərə etiraz etmir. O bildirib ki, Qərbin tənqidindən canını qurtarmaq üçün həyata keçirilən islahatlardan bəzisini təqdir etsə də, Səudiyyənin əsl problemi – hakimləri, Şura və hökumət üzvlərini təyin etmək və s. hüquqlara malik kralın mütləq səlahiyyətləri ilə birlikdə, bütün siyasi sistemdir.

“Dövlətin makiyajı daim padşahın şəxsiyyəti ilə dəyişəcək. Bəs dövlətin strateji planı haradadır? Düzgün yola çıxdığımız üçün aydın məqsədimiz varmı? Biz artıq gecikmişik. Biz maliyyə aktivləri və təhsilli şəxslərimizin olduğunu düşünürük, amma təəssüf ki, vəziyyət indi bizi keçmişə qaytarır”.

Şahzadə Xalidin sözlərinə görə, Səudiyyə Ərəbistanı 30 milyondan çox əhalisi ilə Yaxın Şərqdə ən böyük dövlətlərdən biri, dünyanın ən böyük neft ixracatçısı olan G20 üzvü, planetin ikinci ən böyük neft ehtiyatlarına sahib və BVF-də veto hüququna malik ölkə ola bilər, lakin dövlətin özü hökmdarın təcəssümüdür.

Bin Salmandan gələn son şərhə – yalnız ölümün onu 50 illik hakimiyyətdən uzaqlaşdıra biləcəyinə dair bəyanatına müxalifətçi şahzadə belə cavab verib: “Ondan soruşmaq istərdim: 50 il yaşaya biləcəyinə dair Allahla müqavilə bağlamışsan? Buna kim zəmanət verə bilər ki?!”

 

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?