Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TRAMPIN “QÜDS PLANI”NDA “ARMAGEDON” İZİ… –FDD Türkiyəni niyə əsas düşmən elan edib?


Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 16 may 2018-ci il

 

ABŞ səfirliyini nədən Qüdsə köçürdü? Nümayişlərdə 60-dan artıq adam niyə planlı və amansızcasına öldürüldü? Tramp çıxdığı ilk xarici səfərində – Səudiyyə Ərəbistanında nə üçün qlobal kürə önündə “döyüş rəqsi” etdi? Bu rəqsdən sonra Tramp tərəfindən ortaya atılan “yekun sülh” hansı mənaya gəlirdi?

Yenixeber.org: Bu gün Vaşinqtonda verilən daxili və xarici siyasi qərarların önəmli hissəsinə gizli təşkilat kimi işləyən hansı fond tərəfindən nəzarət edilir?

Tramp, bütün Qərb müttəfiqlərini qarşısına alaraq, regionumuzda böyük bir müharibə çıxarmağa nə üçün bu qədər qərarlıdır?

ABŞ hakimiyyətinin dərinliklərində yatan Türkiyə və Ərdoğan nifrəti hardan qaynaqlanır?

 

Qaranlıq mexanizmlər

 

Bütün bu suallar bir-birinə bağlıdır və ortaq səbəbləri var. Ancaq bunu aydınlaşdıra bilmək üçün Vaşinqtonun məlum qurumlarının necə işləməsinə baxmaq yetərli olmur. Əsl cavabı tapa bilmək üçün Vaşinqtondakı müxtəlif qaranlıq mexanizmlərə baxmaq lazım gəlir.

Bunları anlayaraq aydınlaşdırmaq bizim baxımımızdan çox önəmlidir, çünki bu qaranlıq mexanizmlər bizi, yəni, Türkiyəni birbaşa hədəfə qoyur. Bu, belə olduğu üçün hirslənmək, əsəbiləşmək yerinə, hadisəni səbrlə aydınlaşdırmağımız lazımdır.

 

Yevangelistlər və neokonlar

 

Əslində bu anda Türkiyədə və dünyada davam edən xaosa doğru gedişatın səbəbini tam anlaya bilmək üçün, doğrusu, məndə o qədər də olmayan dinlər tarixi haqqında məlumat da lazımdır. Çünki son dövrdə ABŞ dövlətində yaşanan keçidin təməlində bir dini fraksiyanın təsiri vardır.

Vaşinqtonda neokonların hakimiyyət daxilində güclənməsi illər öncəsinə – ABŞ-ın İraqa əsgər göndərmə qərarından öncəyə qədər uzanır.

O dövrdən başlayaraq, ABŞ xarici siyasətində müəyyənedici amil olaraq təklif edilən “xaricdə demokratiyanı inkişaf etdirmək” prinsipindən vaz keçildi və onun yerinə “gücdən istifadə edərək, ABŞ və İsrailin arzularını reallaşdırmaq” yeni qlobal siyasətlərin əsasını təşkil etdi. Xristian sionistlər, yevangelist elektorat və neokon bürokratlar hakimiyyətlərə damğalarını vurmağa başladılar.

 

Dövləti kim idarə edəcək?

 

Onlar Orta Şərq siyasətlərini İsrailin müdafiə olunması və böyüməsi üzərində qurmağa başladılar. Kürdüstan layihəsinə və Türkiyəyə yanaşmalara da bu çərçivədə baxılmağa başlandı (Layihəni Pentaqondakı iş otağında gördüyüm şəxs ikili – İsrail/ABŞ vətəndaşlığı olan bir neokon idi).

Bu qrup dövlətin siyasətlərinə yenidən yön verərkən, yevangelistlər də elektorat daxilində dövlətin ideologiyasına damğa vurmağa başladılar.

Trampın hakimiyyətə gəlməsindən bir az öncə neokonların qurduğu əsas məqsədi İsrailin maraqlarını müdafiə etmək olan “Foundation for Defense of Democracies” (“Demokratiyanı Müdafiə Fondu”) (FDD)fondu elektoratdan aldığı güc və daxilində olan güclü insanları ilə Vaşinqtonu ələ keçirməyə başladı.

 

Dərin hakimiyyət mübarizəsi

 

FDD-nin yüksəlişi eyni zamanda ABŞ “dərin dövlət”inin daxilində də mübarizənin başlamasına səbəb oldu. Köhnə ənənəvi “dərin dövlət”in elementləri bu “döyüşçü” və ya “qırğı” kimi tanınan şəxslərin “dərin dövlət” mexanizmlərini ələ keçirmələrinə qarşı dirənməyə çalışdılar, lakin bacara bilmədilər və Trampın da prezident seçilməsilə birlikdə FDD öz hakimiyyətini təminat altına aldı.

Gina Haspelin MKİ direktoru, Mayk Pompeonun da Xarici işlər naziri vəzifəsinə təyin olunacağının açıqlandığı gün Ağ Evin çox yaxınlığında olan FDD mərkəzində bayram axşamı vardı.

FDD-nin aktiv üzvləri arasında ABŞ-ın Türkiyədəki sabiq səfiri və Türkiyə əleyhdarı olan Erik Edelman, Türkiyəyə qarşı sərt siyasət aparılmasını istəyənFrenk Qaffni, Trampın sabiq müşaviri, Türkiyədə ələ keçirdiyi yevangelist agentləri istifadə edən Sebastian Qorka, Ərdoğana qarşı olan keçmiş strateq Stiv Bennon, Türkiyəyə qarşı olan siyasətləri dəstəkləyən indiki Milli təhlükəsizlik müşaviri Con Bolton və Netanyahunun dostu olan milyarderŞeldon Adelson da vardır.

Onlar bir tərəfdən yevangelist elektoratın nəbzini tutur, digər tərəfdən də neokon görüşlərini dövlətə yayırlar.

 

Və “Armagedon”

 

O döyüş rəqsinin və Qüds qərarının təməlində bu neokonların, yevangelistlərin gözlədiyi “Armagedon” (Dünyanın sonu haqqındakı xristian dini baxışlar sisteminə görə, “Armagedon” qiyamət günü xeyir və şər qüvvələrinin arasında baş verəcək son döyüş hesab edilir – tərc.) çıxarma arzularının payı böyükdür. Onlara görə, yeni bir nizam qurulmadan öncə, son böyük döyüş olacaq və Xeyir ilə Şər qarşı-qarşıya gələcək.

Yevangelist elektorat və neokonlar Xeyir tərəfin özləri və İsrail olduğunu düşünür. Şər tərəfin də Türkiyə olduğunu yaymağa başlayıblar. Çünki Türkiyənin onların bu xaos planlarına mane olacağını düşünürlər.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam