Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –Video/Açıqlama

  Vətən üçün sağlamlığını itirib əlil olan Qarabağ döyüşçüsü Fuad Ələkbərov indi bu torpaqların üstündə daşı daş üstə qoyub özünə yuva tikə bilmir.

Yenixeber.org: Məlumata görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova tərəfindən göndərilən “qoçu” dəstəsi Qarabağ əlilini intihara çatdırıb.

► İki qazinin müsibəti…

Onu küçəyə atan, evsiz qoyan, döyən RİH nümayəndələrinə etiraz olaraq evinə od vurub yandırıb. Bu faktı əks etdirən video sosial şəbəkələrdə böyük qəzəblə qarşılanıb.

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova
Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova

Ancaq bu, ilk Qarabağ əlili deyil ki, İ.Gülməmmədovanın qəzəbinə tuş gəlməsin. Bir-iki ay qabaq meydan.tv Qarabağ əlili Səyyaf Bayramovun şikayətini çəkmişdi.

Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyirdi.

Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.

Bu iki fakt son bir neçə ay içərisində baş verib. Sanki Abşeron rayon rəhbərliyi Qarabağ əlillərinə qənim kəsilib.

► Əlil ol, ya hər kim, 5000 ver, evini tik…

Bu hadisələr bir daha sübut edir ki, Abşeron RİH ev tikintisini alverə çevirib. Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.

► “3500 manat gətirin, söhbət bağlansın”

Məsələn, bir nümunəni da yada salaq: təkcə, Qarabağ əlilləri deyil, hamının başına bu müsibətin gətirildiyini oxuyaq.

2016-cı ildə Gülyanaq Əsgərova bildirirdi ki, Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb.

Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.

“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib.

Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq.

İndi nə istəyirsiniz?” Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın”.

Məlumatlara görə, İ.Gülməmmədovanın tikinti işlərində müavini Fuad Cəbrayılov, baş memar Akif Əliyev, mühəndis Abdun Dadaşov aparıcı fiqurlardır.

► Abşeron RİH: “Təxribatdır…”

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən müsavat.com-a təkzib məktubu göndərilib. Məktubda deyilir:

“11 may 2018-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırmışdır.

Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur.

Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi, söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib.

F.Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırmış və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparmışdır. Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq aparılır”.Fərhad/AzEuroNews.com/

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam