Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Düşüncələr, təəssüratlar -ANDİÇMƏ

 

(Azərbaycan ötən illərdə xaricdə hazırlanmış dağıdıcı planlardan necə imtina etdi)

 

Yenixeber.org: Azadlıq və müstəqillik tarixi həqiqətdir. Bu həqiqəti isə  heç vaxt, heç zaman  vermirlər....onu qazanırlar. O xalq, o millət xoşbəxdir ki, tarixin “Azadlıq” və “Həqiqət” adlı körpülərdən keçib və keçir. Bu özü cəsarətdir, ən yüksək əxlaqi dəyər, zəngin mənəvi sərvətdir.

Akademik T.Marşall (London) yazır: “...XVIII əsr dünyaya insan hüququnu verdi, XIX əsr insana siyasi azadlığı, XX əsr iqtisadi inkişafı gətirdi...”

Bizim tədqiqatlara görə XXI əsr isə bəşəriyyət üçün dini azadlığı gətirdi. Azərbaycanın başının üstünü almış, qərbin və Avropanın sərhədlərimizə qədər qova-qova gətirdikləri, lakin onu içəri ötürə bilmədikləri “Ərəb baharı”ının baş verməsinə də səbəb elə, “Dini azadlıq” anlayışı oldu. Nəticədə “Ərəb baharı” özünü “İŞİD” terror şəbəkəsi şəklində göstərdi. Fikrimcə Azərbaycan gələcəkdə baş verə biləcək “Ərəb baharı” üçün inkubasiya mərkəzinə çevriləcək.Bu faktın və ya fikrin bir tərəfini artıq görürük. Ərəb ölkələrindən Azərbaycana kütləvi surətdə “köç edən”, turizm adı ilə axıb gələn “Ərəb avarları”nın (bunu ərəb mətbuatı yazır) fəaliyyət və davranışlarında görürük.

Biz gələn ərəblərin sir-sifətində əzab-əziyyət, işgəncə çəkən ərəbləri görmədik. Bizim ipoya çağırışlarımızda belə bir ifadə var: “...toya çağırırıq. Həm kefə, həm xərcə...” Zaman və tədqiqat göstərir ki, vaxt gələcək bizim məmləkətdə ərəblərdən doğulan uşaqların sayı bilinməyəcək. Məlumata görə son üç ildə Azərbaycanda qeyri-qanuni doğulan, atılan və satılan uşaqların sayı beş yüzü keçib. Yaş həddinə görə isə məsələ daha faciəvidir...

Azərbaycan “Azadlıq” adlı bir həqiqəti dərk edib, onu qazandı. Azərbaycan bu gün qazandığı “Azadlıq”la böyük “Həqiqət” arasındadır. Görən, bəs biz necə, bütün bunları - şərəf və ləyaqətimiz olan “Azadlığ”ı, “Həqiqət”i qoruyub saxlaya bilirikmi? Mən beynəlxalq miqyaslı araşdırmalar və tədqiqatlar aparan diplomat, amerikalı general Kolemanın fəlsəfəsilə, məntiqilə, XXI əsrə baxışları ilə razıyam. Məhz onun baxışları konteksindən müdrik siyasətçi Hey­dər Əliyevin qurduğu müstəqil Azərbaycana nəzər salıram. Cənab Prezident  and içə-içə mənim gözlərim önündən  Azərbaycan və dünyanın 188 ölkəsinə səpələnmiş azərbaycanlılar  keçir. Və belə anda düşünməyə bilmirəm. Qoruya bilirikmi hissə-hissə tikilmiş, daşları səf-səf düzülmüş, hörülmüş qurulmuş müstəqil Azərbaycanı? Biz daşları qarışdırmadıq ki? ...Amma bəzən daşları da, başları da qarışdırırıq.Elə anlar oldu ki, səbrlə, təmkinlə qurulmuş müstəqil Azərbaycanın bəzi hörgülərini  tamahla, nəfslə dağıdıb, yandırdıq.

Deyim ki,  nə qədər əzilsək də, söyülsək də, döyülsək də... Biz  qorumağı bacardıq. Ona görə ki, Böyük Heydər Əliyevin məktəbinin qapıları  bağlanmayıb. O qapılar açıqdır və  qüdrətlidir. Düynanın qədim kitablarında,  əlyazısında kureyyi-ərzin 99 ən möhtəşəm və müqəddəs şəhərləri  sırasında dayanan Bakının gələcək yeddi illik tarixini dinlədim. Və gördüm ki, Allah bizə insanların itirdikləri ən qiymətli  dəyərləri bərpa  etmək üçün onları qaytarıb yerinə qoymaq üçün...nəhayət insanı insan kimi yaşatmaq üçün bir Peyğəmbər möhlətini-yeddi ili verdi.

Avropaya, Asiyaya dəhlizləri olan müstəqil Azərbay­canın bu gün  nəinki yanacaq resurslarında... həmçinin onun ən adi yarpağında, böcəyində belə beynəlxalq miqyaslı strateji maraqlar var. Bu gün Beynəlxalq hesabatlarda oxuyuruq ki, Müsəlman aləmindəki insan artımı aparıcı dövlətləri narahat edir. Azərbaycan da bu narahat­çılığın artıq məngənəsindədir və bu imkan vermir ki, Azərbaycan özünü sərbəst idarə etsin. Öz qanunları ilə, milli mentalitetilə özünə arxa olsun, yaşasın. Azərbaycan­da milli təhlükəsizliyimizin təminatçısı kimi, bazası kimi müstəqilliyimizin dayaqlarını qoruyan qərarlar da qəbul olundu. Bu qanunlar prizmasından Azərbaycana nəzər salaq. Prezidentlik üçün  yeddi il Allahdan  əlavə möhlət istəyən  Prezident İlham Əliyevin “Azərbaycan Konsepsiyasında bizi nələr gözləyir. Biz bu yeddi ildə nələri itirə bilərik və əvəzində nələri qazanacağıq? Bizi nələr gözləyir? Tarazlıq pozulmasın deyə, nə etməliyik? Nəyi qurban verməliyik? Çünki öz xalqının gələcəyi uğrunda nəyisə qurban verməyənləri böyük və hegemon  dövlətlər hansı yollasa cəzalandırmağı üstün turur.

Düşüncələr, təəssüratlar -

 

Məsələn, Beynəlxalq oliqarxiyanın baş strukturu - Karneqi fondunun Nyu-Yorkdakı ofisində yerləşən Beynəl­xalq Münasibətlər Şurasının ən fəal funksonerlərindən bi­ri olan Kissincer (o, bir neçə dəfə Azərbaycanda olub - R.N.) bir zamanlar zindanda olan, öz xalqının azaldılması siyasətini yeritmək istəməyən Pakistan lideri Bhuttonu zi­yarət edir və onu çox kəskin şəkildə hədələyir: “Mən sizə və öz ölkəsinin möhkəmləndirilməsi siyasətini yeritmək istəyən şəxslərin hamısına elə dərs verəcəyəm ki, onun dəhşəti heç vaxt yadınızdan çıxmayacaq”.

H. Kissincerin belə hədələri yalnız Amerika siyasətinin tərkib hissəsi deyil. Bu, bütövlükdə müasir “İllominatların” siyasəti idi.

Pakistan liderinin faciəli sonluğu yaxşı məlumdur.

Herstoninin Amerikada deyil, Avropada and içib verdi­yi şahidlik ifadəsi siyasətində hamı bildi ki, Aldo Moronun faciəli şəkildə həlak olmasının arxasında Kissincer dayanıbmış.

Kissincer Moronu onun oteldəki nömrəsində, İtaliya li­derlərinin ABŞ-a rəsmi səfəri zamanı hədələnmişdi. (Aldo Moro NATO-ya daxil olan ölkənin baş naziri və xarici iş­lər naziri idi. Belə adamlar heç vaxt mafiya stilində təzyi­qə və hədəyə məruz qala bilməzlər). Buna baxmayaraq xa­nım Eleonora Moro Kissincerin sözlərini olduğu kimi də­qiqliklə təkrarlamışdı: “Ya siz öz siyasətinizdən əl çəkirsi­niz, ya da o sizə çox baha başa gələcəkdir”.

Moronun qatillərinin məqsədi onu “Roma klubu”nun ölkənin sənayesizləşdirilməsi və əhalisinin azaldılmasına dair” təlimatlarına tabe etməkdən ibarət idi. Bütün bunlar tarixdir. Qədim bir xalqın taleyinin bir parçasıdır. Bu taleh bizi həm də düşündürən, bu gün hesabat verib, and içən ölkə başçısının öz xalqı ,öz milləti tərəfindən qorunan və sevilən bir Prezident üçün bir mesajdır. Beynəlxalq oliqarxiya klanların təsəvvürünə görə, yer üzündə ən yaxşı sülh ideyası ona gətirib çıxarır ki, məhdud ehtiyatları faydasızcasına mənimsəyən milyardla­ra “ağız-istehlakçı” saf-çürük edilir və məhv olunur. Səna­yenin tərəqqisi isə əhalinin artımına səbəb olur, ona görə də, Varlıq kitabının müqəddəs kəlamı - “doğub-törəməli və torpağı əkib-becərməli” dəyişdirilməlidir. Dünya daha yaxşı və az olmalıdır, indi olduğundan daha çox idi.

Ardı olacaq

Rövşən Novruzoğlu Bəlizadə

Düşüncələr, təəssüratlar -Politoloq, beynəlxalq terrora qarşı strateji araşdırmalar mərkəzinin direktoru,

                                      Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam