Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

TRAMP TİLLERSONU NİYƏ YOLA SALDI?-ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo kimdir?

Donald Tramp ABŞ dövlət katibi Reks Tillersonu istefaya göndərdi və onun yerinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu gətirəcəyini açıqladı. Tillerosonun yola salınacağı uzun müddətdən bəri müzakirə olunsa da, həm Tramp, həm də dövlət katibi fürsət düşdükcə bunu inkar edirdi. Nəhayət, sərəncam verildi və Tillerson 13 aydır tutduğu postu tərk etməli oldu. 

Yenixeber.org: Tramp istefa barədə qərarı özünün "Tvitter" hesabından açıqladı. Və bildirdi ki, xidmətlərinə görə Tillersona təşəkkür edir: "Mayk Pompeo – Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bizim yeni dövlət katibimiz olacaq. O bu işin öhdəsindən mükəmməl şəkildə gələcək. Reks Tilllersona isə xidmətlərinə görə təşəkkür edirəm".  

"Dövlət Departamentindən bildiriblər ki, Trampın istefa qərarı ilə bağlı Tillersonla şəxsi söhbəti olmayıb. Və istefa barədə tvit Tillerson üçün qəfil xəbər olub", – deyə "Bloomberg" yazır. 

 

Tramp nədən narazı qalıb?

 

Tillerson, Pompeo

İstefa ilə bağlı sensasion bəyanatdan sonra Tramp jurnalistlərə bildirib ki, Tillersonla pis yola getmirdilər. Lakin bir neçə məsələ ilə bağlı razılığa gələ bilməmişdilər: "Mən İranla sazişin dəhşətli dərəcə pis olduğunu hesab edirdim. O isə normal sayırdı. Mən bu sazişi ləğv etmək və ya dəyişmək istəyirdim, o isə fərqli düşünürdü". 

"Tvitter"dəki açıqlamasından bir neçə dəqiqə sonra Tramp rəsmi bəyanat yayaraq ABŞ-ın əsas diplomatik postuna niyə Mayk Pompeonu gətirdiyinə aydınlıq gətirib. O bildirib ki, Pompeo Vest-Poynt hərbi akademiyasını və Harvard hüquq məktəbini fərqlənmə ilə bitirib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postunda kəşfiyyat fəaliyyətini gücləndirib və ABŞ-ın müdafiə qabiliyyətini yüksəldib. 

Tramp senatorlardan xahiş edib ki, Pompeonu ən qısa zamanda dövlət katibi postunda təsdiqləsinlər: "Silahlı qüvvələrdəki və Mərkəzi Kəşfiyyat İdarəsindəki təcrübəsi onu bu rola çox yaxşı hazırlayıb. Pompeo dövlət katibi postunda ABŞ-ın dünyadakı mövqelərini möhkəmləndirməyə, düşmənlərimizə müqavimət göstərməyə davam edəcək".

ABŞ mətbuatı zaman-zaman Trampla Tillerson arasındakı fikir ayrılıqları barədə yazsa da, dövlət katibi əmin etməyə çalışırdı ki, prezidentlə əlaqələri normaldır. Ötən ilin noyabrından Tillersonun gedəcəyi ilə bağlı xəbərlər instensivləşməyə başladı. Hətta mətbuat yazırdı ki, Tramp Tillersona "axmaq" deyib. 

Noyabrın sonlarında "Assoşieyted press" ABŞ administrasiyasındakı mənbəyə istinadən yazmışdı ki, Ağ Evdə Tillersonun Pompeo ilə əvəzlənəcəyinə dair söhbətlər gəzir. Bu xəbəri "New York Times" və "Vanity Fair"in mənbələri də təsdiqləmişdi. 

Mətbuat onu da yazırdı ki, Tillersonla Tramp arasında Şimali Koreyanın raket sınaqları, İranın nüvə proqramına dair ciddi fikir ayrılıqları olur. Mövqelərdəki ilk belə ziddiyyət isə iqlim üzrə Paris sazişi ilə bağlı ortaya çıxmışdı.  

Reks Tillerson diplomat deyildi. O, 42 il dünyanın ən nəhəng neft şirkətlərindən olan "Exxon Mobil"də işləmişdi. Rusiya prezidenti ilə yaxın münasibətləri olan Tillerson Rusiyada "Dostluq" medalı ilə təltif olunmuşdu. 

 

Mayk Pompeo kimdir?

 

Mayk Pompeo

Mayk Pompeo 2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunana qədər ABŞ konqresində Kanzas ştatını təmsil edirdi. 2016-cı ilin prezident seçkilərində əvvəlcə namizədlərdən Marko Rubionu dəstəkləmiş, sonradan Trampa üstünlük vermişdi.   

55 yaşlı Pompeo 1963-cü il dekabrın 30-da Kaliforniyada anadan olub. Vest-Poynt hərbi akademiyasında təhsil alıb və dövrünün ən yaxşı məzunu olub. 1986-1991-ci illərdə hərbi xidmətdə olub. Sonra hüquq üzrə elmi dərəcə alaraq "Williams & Connolly" şirkətində vəkil kimi fəaliyyətə başlayıb. Zamanla özünün "Thayer Aerospace and Private Security" şirkətini yaradıb. 2006-cı ildə şirkətdəki hissələrini sataraq neft emal edən avadanlıqların istehsalı ilə məşğul olan şirkətin prezidenti olub. 2011-ci ilin yanvarından Nümayəndələr Palatasında kəşfiyyat komitəsinin üzvü olub.

– Rusiyaya qarşı sərt və prinsipial mövqeyi ilə tanınır.

– Mühafizəkar "Tea Party"nin tərəfdarlarından olan Pompeo eyni zamanda keçmiş prezident Barak Obmanın siyasətinə, xüsusən də onun səhiyyə sahəsindəki islahatlarına qarşı çıxanlardandır.

– O, həm də Obama hökumətinin İranla bağladığı nüvə sazişinin qatı əleyhdarlarındandır.

– Milli Silah Assosiasiyasının üzvü olan Pompeo amerikalıların odlu silah daşıması hüququnun qorunmasına tərəfdardır.

– ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramını dəstəkləyən Pompeo bu xidmətin işini vacib və əhəmiyyətli sayır. Və Edvard Snoudenin (Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı) Rusiyadan ABŞ-a təhvil verilməli olduğunu bildirir. Snoudenin ABŞ məhkəməsi qarşısına çıxarılmalı olduğunu deyən Pompeo hesab edir ki, ona ölüm hökmü verilməlidir. 

– Pompeo Quantanamo həbsxanasının qapadılmasına qarşı çıxır.

– Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini mümkün sayan Pompeo hesab edir ki, Birləşmiş Ştatlar  hakerlərin hücumuna sərt şəkildə cavab verməlidir. 

– Rusiyanı aqressivlikdə və İŞİD-ə qarşı fəaliyyətsizlikdə ittiham edən Pompeo rusları və çinliləri kiberməkanda hiyləgər düşmən kimi xarakterizə edir.  

Qeyd edək ki, Tramp prezident seçiləndən bəri komandasında yüksək vəzifə tutan bir neçə məmuru işdən azad edib. "Qara siyahıya" düşənlər arasında Ağ Evin baş strateqi Stiv Bennon, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin, Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi kimi nüfuzlu simalar, hətta Ağ Evin mətbuat katibi Şon Spayser də var. Lakin böyük ehtimalla, Tillersonun istefası bu siyahıda ən yaddaqalanı olacaq…Strateq.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam