Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

TARİXİ QƏLƏBƏ, YOXSA RÜSVAYÇI MƏĞLUBİYYƏT?-Alman mətbuatı 100 ildir davam edən 23 fevral saxtakarlığını ifşa edib

 

“Deutsche Welle”, (Almaniya)

 

Yenixeber.org: 23 fevral Rusiyada və keçmiş SSRİ-nin bəzi ölkələrində Sovet Ordusunun yaranma günü kimi qeyd olunurdu. Niyə məhz bu gün? Yüz il əvvəl bu tarixdə nə baş vermişdi? Orta və ali təhsil illəri sovet dövrünə təsadüf edənlər belə eşidiblər ki, 1918-ci ilin 23 fevralında Qırmızı ordu Narva və Pskov ətrafında almanlar üzərində özünün ilk böyük qələbəsini qazanıb. Və Sovet Silahlı Qüvvələrinin ilk dəstələrinin alman işğalçılarına inadlı müqaviməti şərəfinə hər il fevralın 23-ü ümumxalq bayramı kimi qeyd olunmağa başlayıb.

Əbəs yerə tarixi mənbələri, arxivi, memuarları araşdırmayın. Bu tarixi qələbə haqda heç nə tapa bilməyəcəksiz. Bununla yanaşı, məlum olur ki, həmin günlərVladimir İliç Lenin "Pravda"da silahlı dəstələrin məhz Narva xəttini müdafidən boyun qaçırması rüsvayçılığından, xaosdan, qaçışdan, köməksizlikdən yazıbmış.  

 

Cəbhə xəttindən uzağa…

 

Mart, 1918-ci il. Alman əsgərlər Kiyevə girir

Əslində nə baş vermişdi? Fevralın 18-də hər hansı müqavimətlə rastlaşmayan almanlar Dvinski ələ keçirir. Bunun ardınca 20-də Minsk, 21-də Polotsk, Rejiça, daha sonra da şimal cəbhəsinin qərargahının yerləşdiyi Pskov, həmçinin də Narva almanlar tərəfindən döyüşsüz ələ keçirilir.   

Alman əsgərləri kiçik batalyonlarla gəlmişdilər. Məsələn, bolşeviklərin özlərinin etirafına görə, Lyutsini cəmi bir rota ilə ələ keçirmişdilər.

"Ordu hər şeyi ataraq qaçmışdı", – deyə bolşeviklərin komandiri Nikolay Krılenko qəzəblə bildirmişdi. Lakin komandirlər heç də sıravilərdən yaxşı deyildilər. Dənizçilik üzrə xalq komissarı Pavel Dıbenko öz matrosları ilə Narvanı qorumalı idi. Lakin almanların gəldiyini görüb zirehli qatarla cəbhə bölgəsindən uzaqlaşdı. Generalların onu geri qaytarmaq cəhdləri isə boşa çıxdı.

Siyasi vəziyyət də yaxşı deyildi. 23 fevralda, səhər saatlarında almanlar sovet hökumətinə ultimatum göndərdilər. Onlara düşünmək üçün 48 saat verdilər. Bolşeviklər Baltik ölkələrinin, Finlandiya və Ukraynanın müstəqilliyini tanımalı, Baltik dənizində və Qara dənizdəki donanmalarını silahsızlaşdırmalı, Almaniyaya dəmir filizi və digər xammalları rüsumsuz daşımaq hüququ verməli, 1904-cü ildə imzalanmış əlverişsiz rus-alman ticarət sazişini təsdiqləməli idilər.   

Lenin bütün bu şərtləri qəbul etməyi tələb etdi. O öz hakimiyyətini yalnız bu şəkildə saxlaya bilərdi. Lenini Mərkəzi Komitənin heç də bütün üzvləri dəstəkləmədi. Lakin o, istefa ilə hədələyərək öz istədiyinə nail oldu. Sovet hökuməti Brest sülh müqaviləsinin aşağılayıcı şərtlərini qəbul etməklə faktiki olaraq Almaniya qarşısında geri çəkildi.

 

Stalin harada, qələbə orada…

 

Trotski Qırmızı Ordu qarşısında çıxış edir

İlk vaxtlar heç kim qələbə haqda danışmırdı. İnqilabi-hərbi şuranın sədri Trotski Qırmızı Ordu bayramı təsis etməyə və fevralın 23-də Qırmızı meydanda parad keçirməyə qərar verdi. Trotski elan etdi ki, bayram Xalq Komissarları Şurasının Qırmızı Ordunun qurulması haqda dekretinə əsasən təsis edilir. Əslində isə dekret yanvarın 15-də imzalanmışdı.

1935-ci ildə Klim Voroşilov bildirmişdi ki, Qırmızı Ordunun yaranmasının məhz 23 fevralda qeyd olunması kifayət qədər təsadüfi və çətin izah olunan xarakter daşıyır. Bununla belə, həmin günü ləğv etməyib saxladılar.

Stalinin sifarişi ilə 1938-ci ildə yazılan və onun tərəfindən korrektə edilən "Kratkiy kurs istorii VKP(b)" kitabında deyilirdi: "Narva və Pskov ətrafında işğalçı almanlara qətiyyətli cavab verildi. Alman imperializminin qoşunlarına qarşı cavabın verildiyi 23 fevral gənc Qızıl Ordunun doğum günü idi".

1942-ci ildə – savaş zamanı kitabın həmin hissəsinə bir qədər də dəyişiklik etdilər – "almanlara qətiyyətli cavab verildi" ifadəsi "alman birlikləri məğlub edildi"ifadəsi ilə əvəzləndi.

Mif bir qədər də möhkəmləndirildi. Leninin dediyi "rüsvayçı məğlubiyyət" qələbəyə çevrildi. Düzdür, Sovet İttifaqı Kommunist Partiysının tarixinə dair Xruşov dövründə yazılan kitabda Narva və bu kimi döyüşlərə yer verilməyib. Rəsmi tarixi mənbələrdən "məğlub istilaçılar" hissəsi də yoxa çıxıb. Lakin Qırmızı Ordunun Pskov ətrafında düşmənin çoxysalı qüvvəllərini ciddi məğlubiyyətə uğratdığı ifadəsi hələ də qalmaqdadır…Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam