Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Alimin “İntihar kəndiri”:Ona imkan verin heç olmasa şərəf və ləyaqətlə ölsün...

 

 Gəncliyə imkan verin, heç olmasa həqiqi atasını, anasını tanısın, hansı qan qrupundan olduğunu dərk etsin

Yenixeber.org:Mənə elə gəlir ki, bu gün hər bir azərbaycanlı alimin, elm xadiminin, dünya arxivlərində “Azərbaycan naminə” ciddi elmi araşdırmalar aparan tədqiqatçı-mütəxəssisin cibində bir kəndir var. Bu kəndirə “İntihar” kəndiri deyilir... Haqqı əzilənlərin, zəhmətinə biganə qalanların... Kimsəsiz və tənha gəzib-dolaşan “Yalquzaq alimlərin” sırasında intihar edən və etmək istəyənlərin sayı artır. Səbəblərdən bəlkə də birincisi elmin, sənətin... başında əyləşən “insanların” –geni və qanı məlum olmayan, bir alimin ölümünə, göz yaşına qəh-qəhə çəkib gülən nadanların, dövləti, milləti aldadanların, indidən özü üçün Fəxri Xiyabanda (birinci və yaxud ikinci yer uğrunda) mübarizə aparan “şəxs”lərin mövqeyidir.

Biz bu istiqamətdə böyük bir genetik xəritəni tamamladıq. Məlum oldu ki, ayrı-ayrı elmi-tədqiqat mərkəzlərinin, institut və tədqiqat obyektlərinin... başında duranların böyük bir qrupunun gen kökləri məlum deyil... Alimlərə, elm adamlarına qarşı belə amansız genetik müharibə aparmaq ən azından Diplomat və uzun müddət Böyük Britaniyanın Baş Naziri olmuş U.Çörçelin fikrincə desək, “...bu millətinə qarşı ən azından fahişəlikdən və əclaflıqdan başqa bir şey deyil...”

Nəticəyə fikir verin: 1991-ci ildən üzü bəri Azərbaycanda üst-üstə 860 nəfər (bu təqribi rəqəmdir. Hələ bunu regionlarda sayıb, qurtarmamışıq) alim, elm adamı özünə qəsd edib, intihar kəndirindən yapışıb. Bunların bir qismi RF-dan, İran və Türkiyədən iş üçün geri çağrılıb. Lakin hər şey göz yaşı ilə bitib. Nə üçün, məsələn Pakistan, ABŞ, Hindistan, İsrail, İran, RF kimi ölkələrin nüvə tədqiqatları mərkəzlərində çalışan, ixtiralar edən... alimləri aldadıb geri çağırırsız? Öz elmi potensialına müharibə elan edən, onu qırıb-çatan hansı qruplardı?

Bunun arxasında dayanan kimlərdi?..

Qeyd: Mən ayrı-ayrı şou proqramlarında, yığıncaq və səhnələrdə məzhəkələr düzəldən, yalançı, elmdən, sənətdən uzaq olan, tez yorulan... gəncliyə inanmıram. Saxta rəqəmlər, saxta düşüncələr gəncliyin özünü də yorub. Çünki gəncliyin “ipini yığan” fundamental strategiya, düşünülmüş ideologiya yoxdur. Ali məktəblərdə, elm-tədqiqat institutlarında baş verən kütləvi ləyaqətsizlik, dözümsüzlük, şər və böhtan maşınları hələlik işləyir...

Mənim “Genetik bataqlığa” sürüklənmiş gəncliyə və insanlara yazığım gəlir.

Sadəcə nəyin baş verdiyini anlamaq lazımdır. Alimə imkan verin, heç olmasa şərəf və ləyaqətlə ölsün, cənablar...

Gəncliyə imkan verin, heç olmasa həqiqi atasını, anasını tanısın, hansı qan qrupundan olduğunu dərk etsin. Azərbaycanda ikinci intihar cəbhəsi daha ağırdır. Statistika bu məsələni gizlətdi... Amma dünyanın bilavasitə kəşfiyyat sistemində əyləşən və “Sındırılmış Şüa” layihəsi altında araşdırmalar aparanların fikrincə... Azərbaycanda son on ildə 500 (beş yüz) mindən artıq uşaq qeyri-qanuni doğulub, bizim dildə desək “bic doğulub”... Vaxt gəlir bunların bir qismi hökumət və dövlət strukturlarında yer tutmaq üçün iddialı olacaqlar. Əsl faciə də onda başlayacaq.

...Azərbaycan MEA-nın institutlarında, digər elm mərkəzlərində baş verən yaltaqlığın, haqsız işlərin, qurulan tələlərin, şər və böhtanların, riyakarlığın, ləyaqətsizliyin... Nəticəsi olaraq, orada çalışanların fikrini və durumunu əhatə edən “...Şərəfsiz bir ömür” kitabını da bitirdim. Yaxın günlərdə satışa çıxır. Əlavə olaraq “Genetik ölüm” səkkiz cildliyin iki cildliyi isə artıq satışdadır.

 

Rövşən Novruzoğlu:

 

politoloq 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam