Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

BİR ZƏNGLƏ ASTANADAN GERİ DÖNƏN MÜHARİBƏ–İsrail təyyarəsinin vurulması təhlükəli fikirlər oyadıb

Amos Harel

“Haaretz” (İsrail)

 

Rusiya prezidenti Vladimir Putin, Suriyada İsraillə İran arasındakı qarşıdurmanı dayandırmaq üçün fit çaldı və hər iki tərəf onun qərarını qəbul etdi. Bu, ötən həftəsonu baş verən hadisələrin zəncirindən əldə ediləcək aydın nəticədir.

Yenixeber.org: Şənbə günü, günortadan sonra, İsrail hərbi hava qüvvələrinin Suriyadakı yerli hədəfləri və İran qurğularını bombalanmasından sonra İsrail səlahiyyətliləri hələ də döyüş ruhunda idilər və hərbi əməliyyatların davam etdirilməsi gözlənilirdi. Bu xəttin müzakirəsi Putin və baş nazir Benyamin Netanyahu arasında telefon danışığından sonra sona çatdı.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında İsrail tərəfindən Suriyanın suverenliyinin pozulmasına etiraz edilib və hadisəyə səbəb olan İran dronunun İsrailin hava sahəsinə sızması tamamilə görməməzliyə vurulub. Bir neçə saat sonra Netanyahu ilə söhbət zamanı Putin ondan "region üçün təhlükəli nəticələrin yaranacağı yeni mərhələyə" səbəb ola biləcək hərəkətlərdən çəkinməsini xahiş edib.

Rusları, həmçinin İsrail bombardımanlarının onların əsgərləri və məsləhətçilərinin olduğu sahələr, məsələn, Palmira yaxınlığında yerləşən T-4 bazası narahat edir. Raketin atıldığı bu sahədə İranın nəzarət məntəqəsi bombalanıb.

Netanyahu-Putin telefon söhbəti və çağırışdan sonrakı sakitlik bir daha Yaxın Şərqdə kimin real patron olduğunu göstərir. Birləşmiş Ştatlar regiona dair davamlı xarici siyasət axtarışında ikən, Rusiya işlərin gedişatını diktə edir.

Moskva Suriya prezidenti Bəşər Əsəd rejiminə son illərdə çoxlu səy və resurs sərf edib. O, İsrailin bu strateji layihəni pozmasına imkan verə bilməz. Telefon danışığı zamanı bu mesajın Netanyahuya çatdırıldığına güman etmək olar.

Bu, İsrailin Suriya arenasında başqa dramatik bir spiral yaratmaq qabiliyyətində olmadığı mənası vermir, ancaq Netanyahunun ruslarla üz-göz olmaq istəməsi şübhə doğurur. Təkcə iranlılarla qarşıdurma xirtdəyədək bəs edir.

İsrail ordusu üçün uğurlu gündə “F-16”-nın vurulması nadir zəiflik idi, amma o, iranlıları və suriyalıları böyük təbliğat nailiyyətləri ilə təmin edib. Raketin çırpıldığı təyyarə ekipajı sürpriz hücuma məruz qalıb. İranın perspektivindən, bu, “Hizbullah” və yerli milislər kimi emissarlara etibar etmədən İnqilab Keşikçilərinin həyata keçirdiyi ilk mühüm, təsirli müvəffəqiyyətdir. Bu uğur dərhal İsrailin Suriyaya hava zərbələrini istədiyi şəkildə həyata keçirməyə icazə verməyəcəyini bəyan etməklə, yeni güc balansını yaratmaq cəhdinə çevrilib.

Əsəd düşərgəsini əhatə edən bölgə həftəsonu bombardmanlarından ciddi ziyan görüb, Suriya ordusunun hava müdafiə qurğularının təxminən yarısı məhv edilib. Ancaq göründüyü kimi, İran və Suriya perspektivindən, İsrail təyyarəsinin vurulması rəmzi olaraq bunu kompensasiya edir.

Həftəsonu başqa iki presedent də bərqərar olub: İran İsrail ərazisinə dron göndərib və İsrail Suriya ərazisində İran hədəfini vurub. Beləliklə, bir ay sonra Suriyada İranın möhkəmlənməsini dayandırmaq üçün İsrail açıq (və ifrat) təhdidlərdən sonra müəyyən psixoloji maneəni adlayıb.

Ancaq indi yeni bir test də var: Suriyadan Livandakı “Hizbullah”a silah göndərilməsinə İsrail icazə verməyəcəksə, düşmən öz hücum qabiliyyətlərini nümayiş etdirdikdən sonra növbəti konvoyun ortaya çıxdığı təqdirdə, o nə ediləcək? Hətta düşünsək ki, növbəti dəfə İsrail təyyarələri daha geniş müdafiə çətiri ilə vəzifələrini yerinə yetirəcək, yenə də risk qalır.

Şimaldakı hava hücumları İsrail Müdafiə Qüvvələri "müharibələrarası müharibə" adlandırır və bu, əsasən “HƏMAS” və “Hizbullah” kimi təşkilatların özlərini gücləndirmək səylərini pozmağa yönəldilmiş əməliyyatların bir hissəsidir.

Ötən ay İsrail ordusunun illik kəşfiyyat hesabatını təqdim etdikdə, Baş Qərargah rəisi Qadi Ayzenkot ehtimalını söyləmişdi: müvəqqəti kampaniyalarda bir çox uğurlarla yanaşı, düşmən bölgəni müharibənin astanasına gətirəcək cəhdlər edə bilər.

Əslində, həftəsonu elə bu baş verdi. Hər şey sakitləşmiş kimi görünsə də, geriyə boylandıqda, tükləri biz-biz durduran müharibənin astanası görünür.

Təhlükəsizliyin qiymətləndirməsi bunu deyir ki, bu döyüş dövrü bitsə də, İranla başqa bir qarşıdurma zaman məsələsidir.

Bu arada, yeni regional nizama dair qəribə fikirlər eşidilir; gəlin suriyalılara dərs verməni bitirək və iranlıları birbaşa toqquşaq, hətta ərazilərinə müdaxilə edək.

Ancaq bu, İsrailin çəkinməli olduğu təhlükəli fikirlərdir. Bu sərt qonşuluqda İsrail güc və qətiyyət göstərməli, lakin məhdudiyyətsiz hərbi güclə bağlı illüziyalara qapılmamalıdır. Görünür, Qərbi Qüdsdəki administrasiya bunu başa düşür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam