Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Biləsuvarda analoqsuz “torpaq hərracı”:“bunlara pul, quzu verdim”

 

 Yenixeber.org: Redaksiyamıza Biləsuvar rayonu Bəydilli  kənd sakini Bədirov Xudaverdi Allaherdi oğlunun şikayət məktubu daxil olub. Müəllif məktubunda illərdir ki, həyətyanı və təsərrüfat məqsədli torpaq sahəsi almaq istəyinin bürokratik əngəllər səbəbindən baş tutmamasından bəhs edir. Bu istiqamətdə müxtəlif məsul şəxslərin adını hallandırır. Biz adları yazıda yer alan şəxsləri dinləmək istiqamətində günlərlə çaba xərcləsək də alınmadı. Aktuallığını nəzərə alıb, yazını müəyyən ixtisarla dərc edirik: 

“Yazıb məlumunuz  edirəm ki, mən Azərbaycan Respublikasının qanun və qərarlarına əsasən   yaşayış sahəsi üçün, təsərrüfat qurmaq üçün, əkin əkmək üçün, göl yaratmaq üçün, bağ salmaq üçün və s. ilaxır kimi  hüquqlardan məhrumam. Mən Bədirov Xudaverdi Allaherdi oğlu 1980-ci ildən bəri özüm üçün, 2011-ci ildə özümlə bərabər uşaqlarım (həddi buluğa çatmamış  dörd uşaqlarım)  üçün torpaqla bağlı 2018-ci ilin yanvar ayında dəfələrlə icra aparatında olmuşam və öz dərdimi, uşaqlarımın haqlı olduğunu icra hakimiyyətinə söyləmişəm. Hələ bunlara pul, quzu verdim. Lakin onlar mənə dedilər ki, hər sot torpağa 1000 (min), 700 (yeddi yüz),  500(beş yüz) manata sənə  və uşaqlarına görə verəcəm. Mən dedim ki, mənə hazır bir sənəd verin. Gedim hər sota nə qədər pul deyirsiniz gətirim. Məni neçə ildir ki, torpaq sahibi olduğum yaşadığım yerdən çıxarırlar.  Buna hələ də  qanun çərçivəsində  məhəl qoyan olmayıb.

2005-ci ildə ən nəhayət adımı kitaba saldıra bildim. Gördüm ki, yenə də  vermirlər. Təzədən icra aparatına getdim. Orada bələdiyyələri idarə etməyə məsul Zakir Şahbazov özünü ürək keçməsinə vuraraq dərman çıxartdı və guya atırmış kimi əlini ağzına apardı, lakin atmadı.

 

Yaxındakılar məni qorxuzdular ki, “ay kişi bu adam ölə bilər” məni oradan uzaqlaşdırdılar. Beləliklə illər keçir, məni isə aldadaraq nə həyətyanı torpaq sahəsi, nə də ki, təsərrüfat qurmaq üçün torpaq vermirlər. Beləliklə bütün icra aparatında  olanlar məni neçə ildir ki, dolandırıcılıqla fırladırlar. Mənə torpaq payı ayrılan yeri paylayıb qurtardılar. Mənə dedilər ki, sənə təsərrüfat üçün yox,  uşaqlarınla bir yerdə elə bir torpaq sahəsi verəcəyik ki, sən orda həm özün, həm də uşaqlarına, həm də təsərrüfatını qurarsan. Kənd camaatı üçün ayrılan torpaq sahəsini guya onların adına sənədləşdiriblər. Ən nəhayət Masallı, Cəlilabad, Yardımlı, Lerik, Salyan rayonlarından gəlmiş, qeydiyyatı olmayan adamlara satmış və bu dəqiqələrdə də satırlar.

Əgər hər hansı icraçı və yaxud bələdiyyə işçisi mənim bu yazdıqlarımı təkzib edib, yalandır desə qanunla və çəkilişlə onlara sübut etməyə hazıram. Onların verdikləri (daha doğrusu satılan) torpaqlarda tikilmiş evlərin hamısında kirayişinlər yaşayır.

Hələ ki, heç kimdən təzyiq görməyən Zakir Şahbazov və onun işçiləri bizim kəndin icra nümayəndəsi Adil Cəfərov və onun bələdiyyə işçisi İlqar Kərimov heç nədən, heç bir qanundan çəkinməyərək, əkin sahələrini sataraq tikinti sahəsinə çevirir. Və buradan gələn mənfəəti öz aralarında, yəni Zakir Şahbazov, Adil Cəfərov, podpolkovnik  bələdiyyələri idarəetmə mərkəzinin rəisi Hakim Məmmədov və s. tərəfindən mənimsəmələri açıq aydın göz qabağındadır. Hələ bu azmış kimi İlqar  Kərimovun kənd camaatına bölüşdürdüyü yaşayış sahələri doqquz  metr dərinliyində  24 metr enində əkin üçün yararsız olan  meliorasiya torpaqlarıdır. Oradakı (az qalıb şəhər ola) ikimərtəbəli tikililərin bir çoxu partlamışdır. Əgər bunu da təkzib edən biri kəs varsa, gəlin göstərim. Bu daş evlər içi dolu uşaqla uçarsa ona kim cavab verəcəkdir. Yardımlıda, Biləsuvarda, hətta Bakıda evləri olan adamların adına torpaqlar vermiş, mənim uşaqlarım yerində olan uşaqlara onların dediyinə görə torpaqlar paylamış, lakin bizi vətəndaş saymayaraq belə mənim otaqdan qovulmağıma cəhd göstərmişdir. Bu bələdiyyə «cənabları» İlqar Kərimov məni fırladaraq təxminən hardasa 32 illik qaz sahəsinin üstündə mənim uşağımın birinə torpaq sahəsini  pulunu alaraq vermişdir. Və bizi məcbur edir ki, həmin o 8 sot yarım torpaq üzərində tikinti tikib, hər kişiyə bir ailə olmaq şərti ilə orada yaşayaq.

Hörmətli redaksiya, bu icra aparatının iyrənc sirlərinin açılmasında köməklik göstərməyinizi xahiş edirəm”.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?