Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qulluqçusuna aldanan şəxs məhkəmələrdən şikayətçidir:3500 manatını geri ala bilmir

Qulluqçusuna aldanan şəxs məhkəmələrdən şikayətçidir:

 

 

  

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Moskva prospekti, ev 70, mən. 25-də yaşayan 11.11.1946-cı il təvəllüdlü Oqtay Ağa oğlu Babayevin müraciəti daxil olub. Oqtay Babayev müraciətində qulluqçu kimi evində işləyən bir xanım tərəfindən aldadılaraq, toplam 3500 mant pulunun alınmasından və məhkəmə orqanlarında qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Müəllif bizimlə söhbətində ehtiyac olacağı halda beynəlxalq qurumlara müraciət edəcəyini də bildirdi. Təəssüf ki, yazıda adları yer alan tərəfləri dinləmək istəsək də, alınmadı. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

“Təqaüddə olduğum üçün 2012-ci ilin sentyabr ayından Şüvəlandakı bağ evində yaşamağa başladım. 2013-cü ilin dekabr ayında ev işlərini görən işçi üçün elan verdim. Zəng edənlərdən biri sözün əsl mənasında telefonda yalvardı ki, onu işə götürüm. Səbəb o idi ki, yaşlı həyat yoldaşı insult keçirib, 5 yaşlı qızı var və onun  tərbiyəsi ilə məşğul ola bilmir, çünki şəhərdə işləyir - səhər 6-da evdən çıxır, gecə 12 üçün evə gəlir. Şüvəlandakı bağ evinə 100 manata baxırlar. Dekabrın 19-da Yuzbaşıyeva Zülfiyyə Alim qızı həyat yoldaşı və qızı ilə bağa gəlib, işlə tanış oldular və ayın 20-sindən işə başladı. Yeni ilə 3-4 gün qalmış bağ qonşum borc aldığı 1000 manatı qaytaranda Yuzbaşıyeva Zülfiyyə Alim qızı bunu gördü və az sonra məndən xahiş etdi ki, həmin məbləği anasının borclarının bir hissəsini ödəmək üçün ona verim və məni inandırdı ki, anası işdə lotoreya oynayır və mart ayının sonunda onun növbəsidir. Lotoreya pulunu alan kimi borcumu qaytaracaqdır. Mən də fikirləşdim ki,  3 ay nədir ki - çünki məndən bir ilə, ilyarıma borc alıblar. Odur ki, Zülfiyyəyə 800 manat borc pul verdim.  Sabahı gün o mənə dedi ki, 700 manatı anasına göndərdi, 100-nü  isə özünə götürdü.

2014-cü ilin yanvar ayının sonuna yaxın axşamüstü gözüyaşlı gələrək 5-6 nəfər dostlarımın və 2 qadının yanında  diz çöküb yalvar-yaxar etdi ki, qardaşının təcili əməliyyat olunması üçün anası 1500 manat borc pul istəyir. Mən anasına zəng vurub, hadisə barədə məlumat aldım və Zülfiyyəyə şahidlərin gözləri qarşısında 1200 manat verib dedim: "İndi borcunuz 2000 manat oldu". Bu zaman dostlarım və iki qadın bağdakı dairəvi zalda 9 hündür pəncərələrin pərdələrinin dəyişdirilməsi ilə məşğul idik. Kişilər pərdələri biri “keçi”nin, digəri nərdivanda çıxarılan pərdələri alırdılar, qadınların ütülədikləri pərdələri isə taxırdılar.

Fevral ayında dostlarımla birgə maşınımı texniki baxışa hazırladığımız vaxt Zülfiyyə mənə yaxınlaşaraq  hamının qarşısında qardaşının qaynatasının vəfat etdiyini bildirdi və hüzürü yola vermək üçün anasının 1000 manat borc pul istədiyini söylədi. Mən anası ilə əlaqə saxladım, o mənə dedi ki: hüzürə gələnlər pul verirlər, 3-4 günə oğlum 1000 manatı gətirib qaytarar. Mən də şahidlərin yanında Zülfiyyəyə 1000 manat verib dedim: "İndi borcunuz 3000 manat oldu, bax bu insanların yanında bu qədər borc vermişəm, çünki sən elə bir səbəblə mənə ağız açmısan ki, borc verməyə bilməzdim. Yeganə qardaşının həyatını xilas etmək üçün pulumu əsirgəmədim, hüzürü də yola verməli idiniz. Ananın və həyat yoldaşının dönə-dönə and içərək borcu martın sonunda qaytaracağına inanaraq 3000 manat borc pul verdim". 2 ay ərzində Zülfiyyə tez-tez bir səbəb gətirərək işə gəlməmiş və Şahin (070-...-09-09) adlı şəxsin onu məndən tez-tez soruşması nəticəsində və yaxın qonşularımın onun haqqında xoşagəlməyən əməllərini eşidəndə mart ayından Zülfiyyənin bağa gəlməsini qadağa etdim.

Şahini 2006-cı ildə Zülfiyyə ərli olduğu halda internet vasitəsilə tapmış və bağa gələnə qədər onunla ərindən gizli “20 Yanvar” və   “Qara Qarayev” metrolarının yaxınlığında olan kabinalarda görüşürmüşlər. Zülfiyyənin telefonla bir aylıq (mart 2014) danışıqlarını əldə edərək Şahinə çatdırdıqda o Zülfiyyəni əsl küçə qadını adlandırmışdır. 2014-cü il mart ayının əvvəllində Zülfiyyə həyat yoldaşı ilə gələrək qızını internat tipli məktəbə düzəltmək üçün  500 manat borc istədilər və bildirdilər ki, anasının gəlməsini gözləyə bilmirlər, çünki məktəb müdiri  sənədləri və pulu indi tələb edir.

Mən də xəstə yoldaşının yalvar-yaxarından sonra 500 manat borc pul verdim. Üstəlik 200 manat da iş tapana qədər dolanış üçün pul verdim və mart ayının axırını gözlədim. Mart ayı başa çatdıqdan sonra pulun gətirilmədiyini görüb, məhkəməyə şikayət edəcəyimi bildiridim. Zülfiyyə ilin axırını gözləməyi məsləhət gördü. İl də başa çatdı, yenə 3-4 ay vaxt istədi. O müddət də sona çatandan sonra, pulun qaytarılmamasını görüb üz tutdum Şamaxıya, anasının yaşadığı yerə. Həmişə mənə telefonla verdiyim borclara görə minnətdarlıq edən anası Elmira xanım mənim bacımın ərinin yanında elə üz göstərdi ki, mən borclu qaldım. O mənə dedi ki: "Pulu qızım alıb, get ondan da al. O mənə yanvar ayının 22-də 700 manat  yox, 70 manat pul göndərib". Mən Zülfiyyənin Şamaxıda qeydiyyatda olduğunu bilib, vəkil tutaraq məhkəməyə sənədləri hazırladım. Vəkil müəyyən etdi ki, Zülfiyyə artıq Şamaxı qeydiyyatından çıxıb və toplanan sənədləri Xəzər rayon məhkəməsinə göndərdi. Xəzər rayon məhkəməsinə mən dönə-dönə gedərək, məhkəmənin gedişini öyrənmək istədim. 2016-cı ilin noyabr ayının axırında Zülfiyyə mənə zəng edərək bildirdi ki, 2 dəfə mən məhkəməyə gəlməmişəm. Bu yalan barədə mən Ədliyyə nazirinə şikayət ərizəsi yazdım və bundan sonra  dekabrın 9-da rəsmi şəkildə məhkəməyə çağırış aldım. Bununla yanaşı 102 saylı poçtdan rəsmi sənəd aldım ki, mənim ünvanıma Xəzər rayon məhkəməsindən dekabr ayına qədər heç bir məktub gəlməmişdir. Dekabrın 9-da məhkəməni aparan hakim Zeynəb Axundova mənim şahidlərimi zalda olduqlarına görə  dinləməyərək, iddiamı rədd etdi. Mən məcbur olub Bakı Apellyasiya məhkəməsinə müraciət etdim. Məhkəmənin hakimi İlham   Əsədov Zülfiyyəni məhkəməyə dəvət etmədən rayonun qətnaməsini qüvvədə saxladı. Bundan sonra  məhkəmənin dediyinə görə, mən ali məhkəməyə kassasiya şikayəti verdim. Ali Məhkəmənin hakimi Əhməd Əhmədov da Zülfiyyəni məhkəməyə dəvət etməmiş mənim iddiamı rədd etdi.  

Bu hadisələr barədə mən dönə-dönə Ədliyyə Nazirliyinə, Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa, Ombudsman   Elmira xanım Süleymanovaya, Millət vəkili Əli Hüseynliyə, Ali məhkəmənin sədri Ramiz Rzayevə və 2 dəfə hörmətli Prezidentimiz İlham Əliyevə ərizə ilə müraciət etmişəm. Qeyd etdiyim ünvanlara dediyim rəsmi faktların surətlərini göndərmişəm. Lakin bu günə qədər onların heç biri mənim şikayətimə baxmayıblar. İndi qalmışam mən - dərdimi kimə deyim?

Bakı Appelyasiya məhkəməsinin 12.05.2017-ci il tarixli 8-B-05/2017 nömrəli məktubunda təşkilat şöbəsinin müdiri Asim Zülbalayev hakim Z.Axundovaya bəraət qazandırmaq üçün bildirir ki, Z.Axundova 60108034 saylı elektron bildirişi mənim ünvanıma göndərmişdir. Elektron bildirişi qəbul edən vasitəm olmadığı halda, mən onu necə qəbul edə bilərdim?!  

Sizə müraciət etməyimdə məqsəd odur ki, yuxarıda adlarını çəkdiyim qurumlar müraciətimi oxuyub, bəlkə insafa gəlib dərdimə əlac etdilər.

Dediklərimi təsdiq edən rəsmi sənədlərini surətlərini əlavə müraciətimə əlavə edirəm”.

 

 

   

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam