Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Pentaqonun iki variantından biri –ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

Pentaqonun iki variantından biri –

 

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”.

Yenixeber.org: “Hürriyyət” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon deyib.

“Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Bu, diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə birlikdə çalışırıq, ancaq “Zeytin budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə qazandıqlarımızın bir hissəsinin itirilməsinə səbəb ola bilər”, – o bildirib.

“Zeytun budağı” əməliyyatının Münbiçi də əhatə edəcək şəkildə genişlənmə ehtimalına gəlincə, Erik Pahon hazırda bunun baş verməməsi və gərginliyin azaldılması üçün Türkiyə ilə danışıqların davam etdiyini qeyd edib.

Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma riskinə toxunan Pentaqonun sözçüsü iki ölkənin hökumətlərinin bunun baş verməməsi üçün davamlı şəkildə təmasda olduğunu vurğulayıb: “Türkiyə NATO üzrə müttəfiqimizdir. 1950-ci illərin ortalarından bəri türk əsgərləri ilə hər hansı qarşıdurmamız yoxdur. Ümid edirik ki, bundan sonra da olmayacaq”.

Qeyd edək ki, Ankara ABŞ-dan YPG-li terrorçuların (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu -red.) işğalı etdiyi Suriyanın Münbic bölgəsindən əsgərlərini çəkməyi istəsə də, Vaşinqton mövqeyini dəyişmək niyyətində deyil. Daha əvvəl ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general (CENTCOM) Cozef Votel CNN telekanalına açıqlamasında Münbicdən çəkilməyi düşünmədiklərini söyləyib.

YPG Türkiyə sərhədinin təxminən 40 kilometrliyində yerləşən Münbicdə 2016-ci ilin yazında yerləşib.

Türkiyə Afrindən sonra Münbicdə əməliyyat həyata keçirmək niyyətini ifadə edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriyanın şimalında yeni geniş hərbi əməliyyatlara, hətta Münbic və Rakka şəhərlərini öz nəzarət zonasına daxil etməyə hazırlaşır.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu isə ötən ay verdiyi açıqlamalarından birində Vaşinqtondan terror təşkilatı ilə əlaqələrinə son qoymağı istəyib.

“ABŞ bir terror təşkilatı ilə bağları qoparmalıdır. ABŞ təşkilata silahların çatdırılmasına son qoymalı və verdiyi silahları toplamalıdır. Münbiçdən də dərhal çəkilməlidir”, – Türkiyə xarici siyasət idarəsinin başçısı söyləyib.

Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkaşı Konstantin Truyevtsevin fikrincə, ABŞ artıq Türkiyəni itirib.

“ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Münbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”, – deyə o bildirib.

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, “Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan isə “Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

“Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, – o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam