Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PENTAQONUN YENİ STRATEGİYASI –ABŞ ordusu Rusiya və Çindən gələn təhlükəni hədəfə alıb

 

 

Helen Kuper

“Nyu-York Tayms” qəzeti, ABŞ

22 yanvar 2018-ci il

Yanvarın 19-u ABŞ müdafiə naziri Cim Mettis (Jim Mattis) yeni hərbi strategiya təqdim edib. Pentaqon məmurlarının sözlərinə görə, bu strategiya yaxın bir neçə ilin fəaliyyət proqramını əks etdirir. Sənədə əsasən Amerika hərbi qüvvələri diqqətini terrorizmlə mübarizəyə deyil, Çin və Rusiyanın artan hərbi gücünə qarşı yönəldib.

Yenixeber.org: Yeni strategiya tonuna görə olmasa da, ifadə şəklinə görə dekabrda dərc olunan və prezident Trampın Rusiya və Çin, həmçinin Şimali Koreya və İran kimi təcrid dövlətlər tərəfindən ABŞ-a artan təhlükəni qeyd etdiyi milli təhlükəsizlik strategiyasına çox oxşayır.

Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqladığı an seçki kampaniyası tonuna əl atmağa üstünlük verib. Məsələn, ABŞ ilə Meksika sərhədləri boyu divarın hörülməsini xatırladıb. Mettis isə daha rasional yanaşıb, əvvəlki administrasiyaların bütün xarici siyasət doktrinalarında iştirak edən ənənəvi intellektual əsasın xeyrinə seçim edib.

Uinston Çörçilin (Winston Churchill) məşhur “müttəfiqlərlə birgə döyüşməkdən daha çətin ola biləcək yeganə şey onlarsız döyüşməkdir” kəlamından ilham alan Mettis bəyan edib ki, ABŞ başqa ölkələrlə alyanslarını möhkəmlətməlidir.

“Tarix sübut edir ki, müttəfiqi olan ölkələr çiçəklənir, – Mettis Con Hopkins Universitetindəki çıxışında bildirib. – Bu işə öz töhfəsini verən müttəfiqlərimiz vasitəsilə paralel fəaliyyət göstərərək böyük güc toplaya bilərik”. (Bu çıxışdan sonra Böyük Britaniya müdafiə naziri tələsik bəyanat verib və Mettisi dəstəklədiyini bildirib).

Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi barədə heç nə qeyd etməyən, Rusiya və Çinin “Amerikanın təsirini, dəyərlərini və sərvətini qəbul etməməyə çalışdığını” deyən Trampdan fərqli olaraq, Mettis çox güman, birbaşa Rusiyaya müraciət edib. “Amerikanın demokratik eksperimentinə təhlükə törətmək istəyənlərin nəzərinə: bizə meydan oxuyacağınız gün sizin üçün ən uzun və ağır gün olacaq”, – o, bildirib.

Uzun müddət terrozimlə davam edən mübarizədən sonra silahlı qüvvələrin prioritetlərini Rusiya və Çinlə qarşıdurmaya yönəltməyə çalışan Tramp administrasiyası Obama (Barack Obama) administrasiyasının bəyanatlarından çoxunu təkrarlayır. Qeyd edək ki, Obama administrasiyası uzun müddət İraqda davam edən müharibədən sonra Asiyaya dönüş etmək istəyirdi. Lakin İraq və Suriyada xilafət elan edən İŞİD-in dirçəlişi Obamanın son prezidentlik illərində Asiyaya istiqamət söhbətlərinə son qoydu.

Yeni administrasiya da terrorizmlə mübarizəni ikinci plana çəkməyə çalışır. Mettis “təsir uğrunda ölkələr arasında mübarizə şəraitində qlobal dayanıqsızlıq və qeyri-müəyyənlik” artımını yeni reallıq adlandırıb. O, həmçinin İraq və Suriyada İŞİD xilafətinin darmadağın ediliyini elan edib.

“Terrorçulara qarşı kampaniyanı davam etdiririk, ancaq terrorizm deyil, məhz güclü dövlətlər arasında rəqabət bu gün ABŞ milli təhlükəsizlik strategiyasının diqqət mərkəzindədir”, – Mettis qeyd edib.

ABŞ Əfqanıstanda müharibə aparmağa davam edir. Tramp Talibana qarşı döyüşən Amerika hərbçilərinin çıxarılmasına vaxt qoymayacağına söz verib. Amerika hərbi hava qüvvələri və xüsusi təyinatlıları Suriyadan tutmuş Yəmənə və Somaliyə kimi böyük ərazini əhatə edən İŞİD, “Əl-Qaidə” və “Şabab” terror təşkilatları tərəfdə döyüşənləri təqib etməyə davam edir.

Lakin ötən il boyu Koreya yarımadasında gərginlik artdıqca Amerika ordusunun nümayəndələri və müdafiə nazirliyinin yüksək vəzifəli məmurları tez-tez açıqlamalarında bildiriblər ki, terrorizmlə 16 ildir davam edən mübarizədən sonra ABŞ indi böyük dövlətlərə qarşı geniş miqyaslı quru döyüşləri aparmağa hazır deyil.

Pentaqon rəsmilərinin sözlərinə görə, eyni zamanda həm terrorizmlə mübarizə aparmaq, həm böyük dövlətlərlə mümkün müharibəyə hazırlaşmaq artıq var gücü ilə fəaliyyət göstərən silahlı qüvvələrin üzərinə əlavə yük kimi düşür. 2011-ci ildən Pentaqon büdcəsində xərclərin məhdudlaşdırılması ilə bağlı qeyri-müəyyənlik yaranmış vəziyyəti daha da dərinləşdirir.

Konqres xərclər haqqında qanun qəbul edə bilməyib bə yanvarın 19-u federal hökumət yenidən bağlanma ərəfəsində olub. Mettis cümə axşamı baş tutan çıxışında büdcə ilə maxinasiyaları tənqid edib.

“Müharibə apardığımız 16 il nə qədər ağır olsa da, döyüş meydanındakı heç bir düşmən Amerika hərbçilərinin döyüş hazırlığına müdafiə xərclərinin azaldılmasının ümumi effektindən və son 10 ildən 9-da daimi təcrid şəraitində işləmək məcburiyyətindən daha çox ziyan vurmayıb. Belə çıxır ki, biz vergi ödəyicilərinin qiymətli vəsaitinin böyük bir hissəsini boş yerə xərcləmişik”, – nazir deyib.

"Xpressa"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam