Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İçərişəhər Dünya siyahısından çıxarıla bilər:qədim şəhəri kimlər işğal edib? – Reportaj

İçərişəhər Dünya siyahısından çıxarıla bilər:

 

İçərişəhər daha içərişəhərlilərin deyil – turistlərin, səfirliklərin, restoranların, avtoparkların və ən nəhayət, ayrı-ayrı vəzifəli şəxslərin sahibləndiyi mülklərin olduğu yerdir…

İçərişəhər Dünya siyahısından çıxarıla bilər:

 Yenixeber.org: 

 

İşğalçı səfirliklər, otellər, restoranlar…

Reportaj hazırlayarkən müşahidələrimiz belə deməyə əsas yaradır. Heç kəsə sirr deyil ki, getdikcə tarixi məkanlarımız, küçələrimiz, abidələrimiz məhv edilir.
Bakıya gələn turistlərə göstərə biləcəyimiz bir-iki yer qalıb. Onlardan biri də İçərişəhərdir.
Tarixi yer, tarixi küçə dedik, yaxşıdır. Bəs, bu küçələri rahat gəzmək olurmu? Mümkün deyil.
Hər addımbaşı maşın siqnalı səni yoldan çıxarır. 2-3 küçə getdikdən sonra isə bu hal artıq dözülməz olur.
Tarixi küçələrdə, yerə düzülmüş illərin daş piltələrinin üzərində gəzmək üçün insanlar başqa yerlərdən buraya yollanırlar. Yerdə qalan aş plitələrin üstü isə restoranlar tərəfindən zəbt olunub.
Metronun “İçərişəhər” stansiyasının darısqal meydançasında maşın saxlamağa boş yer belə qalmayıb. Təkcə İçərişəhərə giriş qapısı saxlanıb ki, sağ-sol avtomobillərdir.
Qoşa Qala qapısından da girişin saatı 1 manatdır və şlaqbaum qoyulub. Məsələ odur ki, İçərişəhərə girən maşınlar tarixi məkanın koloritini öldürürlər, turistlərin gəzmək meydanı daralır.

İçərişəhər Dünya siyahısından çıxarıla bilər:

 



Səfirliyin tarixi yerdə nə işi var?
Yerli sakinlərin fikrincə, ümumiyyətlə, İçərişəhərə avtomobil girişini qadağan etmək lazımdır: “Axı bura bizim tariximizdir?!
Dünyanın hansı ölkəsində səfirlik binaları tarixi qoruqda yerləşir? Ancaq bizdə bura gətiriblər.
Həmin səfirliklərin çoxu Avropa dövlətləridir. Onların öz tarixi məkanında hansısa dövlətin səfirlik binası yoxdur.
Səfirliyin tarixi yerdə nə işi var? Özləri üçün bir küçə zəbt ediblər. Otellər qapı önünü zəbt edib, parkinq ediblər. Darısqal küçələrdə otellərin də qapısının önü park olursa, indi vəziyyəti təsəvvür edin də.
Ümumiyyətlə, İçərişəhərə niyə avtomobillə girilməlidir? Saxlasınlar bayırda, piyada getsinlər evlərinə, iş yerlərinə…
Onsuz da sakinlərin yaşadıqları evlərin küçələri dar olur. Ora hansısa maşın keçə bilməz”, – deyə şikayətlənirlər.

İçərişəhər Dünya siyahısından çıxarıla bilər:

Şəhərin ventilyasiyası pozulub, su kəhrizləri betonla doldurulub

Bakının mərkəzində yerləşən “Qədim Bakı”adlandırılan, YUNESKO-nun tarixi abidələri siyahısına daxil edilən İçərişəhər artıq məhv olmaq üzrədir.
Bir müddət öncə bu qədim şəhərin bərpasına başlansa da, artıq burada əksər abidələr dağıdılıb, yerində hündürmərtəbəli binalar inşa olunub.
İçərişəhərin əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Şəhərin ventilyasiyası pozulub, ərazisində həddindən artıq sıxlıq yaranıb və şəhər yüklənib.
Şəhərin Qoşa Qala qapısından içəri daxil olan kimi sağda da maşın cərgəsi var, solda da, qarşıda da. Yuxarı qalxırsan, orada da şirkətlər və onların da qarşısında maşın sırası.
“İndi turistlərin İçərişəhərdə rahat gəzib istirahət etməsi üçün yer qalmayıb. Bir az Şirvanşahlar sarayı tərəfdə yer qalıb. Qalan yerlərin hamısı hündürmərtəbəli binalarla əhatə olunub.
Turistlər Azərbaycana gələndə onlara qədim tarixi abidələrimizi göstəririk. Başqa onları nə maraqlandırır?
“Göydələn”ləri onlara göstərməyin mənası yoxdur. çünki onlar bu cür çirkin tikililəri çoxdan görüblər.
Mən artıq ehtiyat edirəm ki, İçərişəhəri Dünya Abidələri Siyahısından çıxara bilərlər. Artıq İçərişəhərin o qədim quruluşu itib.
Yəni, əvvəllər İçərişəhərin hər nöqtəsindən Xan Sarayı görünürdüsə, bu gün o tikili itib batıb”,- içərişəhərli Tofiq belə deyir.
İçərişəhərdə sərin su kəhrizləri betonla doldurulub, hava gələn dar küçələri tutulub, qədim tarixi quyular doldurulub, məhv edilib. Artıq orada İçərişəhər aurası yoxdur.
Bu aura məhv edilib, dağıdılıb. Hərə bu balaca yerdə bir firma, bir səfirlik, bir bank və digər təşkilat açır.
Bəzən elə gəlir ki, bu işlərin hamısı məqsədyönlü aparılır. Axı İçərişəhər kimə nə edib ki, bu şəhəri bu cür cəzalandırırlar? – sual ritorikdir… 

Emil/AzEuroNews/ 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam