Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:Xaləddin İsgəndərov bunları bilməmiş deyil

 

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi bir ildə işçilərə 510 min manatlıq geyim dəsti alıb(?) 

 

Yenixeber.org: Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildikdən sonra həm özü, həm də vəzifə sahibi etdiyi qohum-əqrabası ilə bağlı müxtəlif məlumatlar yayılmağa başladı. Son olaraq sabiq nazirin bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsini tutan Namiq Quliyev vəzifəsindən kənarlaşdırılıb. Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

Bu yeznə “vurulduqdan” sonra diqqətlər sabiq nazirin digər yeznəsinə-Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova yönəlib. Yenixeber.org-a daxil olan məlumata görə, artıq Maliyyə Nazirliyinin və Hesablama Palatasının nümayəndələrindən ibarət yoxlama briqadaları Binəqədi rayonunda büdcə vəsaitlərinin xərclənməsini araşdırmaqdadır. Təbii ki, söhbət rayondakı büdcə təşkilatlarının yoxlanılmasından gedir. Gözlənilir ki, bu yoxlamalar sonucda Xaləddin İsgəndərovla bərabər, əksər idarə rəhbərlərinin də yolunu istintaqdan keçirməli olacaq… Unutmayaq ki, heç bir idarə rəhbəri içra başçısının xəbəri olmadan "daşı daş üstə qoya bilməz".

Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlar sırasında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin həyata keçirdiyi maliyyə əməliyyatları da yer alır. Hansı ki, kifayət qədər suallar doğurur… Rəsmən tender yolu ilə reallaşsa da bu əməliyyatların ciddi araşdırmaya ehtiyacı var. Məlum maliyyə-iqtisadi durumda dövlət vəsaitinin söz konusu olduğu bir məsələyə seyriçi qalmaq mümkünsüzdür. Nə isə,…

Məlumatlar sırasında diqqət çəkən başlıca fakt Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yalnız bir il ərzində işçilərin geyiminə təxminən 510 min manatdan artıq büdcə vəsaitini xərcləməsidir. Bu əməliyyatların 230 min manatı “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) vasitəsilə həyata keçirilib.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrfat Birliyi işçilərə xüsusi geyimlərin alınamsı ilə bağlı təxminən 200 min manatlıq maliyyə əməliyyatını isə “BTF” MMC-ilə reallaşdırıb. Eyni məqsədlə növbəti əməliyyat isə “Kontakt-F” MMC-ilə 80 min manatlıq dəyərində aparılıb. Belə düşünmək də olar ki, bu əməliyyatlardan Binəqədi Rayon Mənzil-Kommunal Təsərrfat Birliyinin rəisi Azər Məmmədovun xəbəri olmamış olsun.  Nədən ki, Fazil Məmmədov erasında Xaləddin İsgəndərovun heç kimlə, hətta Bakı şəhərinin rəhbər şəxsləri ilə belə hesablaşmaması haqqında məlumatlar hər kəsə məlumdur. Ancaq bu həm də o demək deyil ki, sadaladığımız maliyyə əməliyyatları Binəqədi Rayon Mənzil-Kommunal Təsərrfat Birliyinin rəisi Azər Məmmədovun iradəsinin əleyhinə olub… Əsla. Şübhə yox ki, yuxarıda qeyd etdiyimiz aidiyyatı dövlət orqanları bu əməliyyatları da araşdıracaqlar.

Araşdırılması vacib olan faktlar bununla bitmir. Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin “Mənzil Fondunun Əsaslı Təmiri”adı altında həyata keçirdiyi maliyyə əməliyyatı da diqqətdən yayınmamalıdır. Redaksiyamıza daxil olan məlumata görə Binəqədi rayon, Mir Cəlal küçəsindəki 3, 5, 7, 9 və 11 saylı binaların təmiri bərbad həyata keçirilib. O dərəcədə bərbad ki, təmirdən bir neçə gün sonra divarlardan qırılıb-dağılma dalğası başlayıb. Bu isə təmir işlərinin qeyri-peşəkar, təsadüfi icraçılar vasitəsilə həyata keçirilməsindən xəbər verir. Bu əməliyyatlarda adı hallanan “Abadlıq-RTTQ” MMC-nin və digər şirkətlərin təmir işinə nə qədər aidiyyatı olub-olmadığı da araşdırılacaq məsələlər sırasındadır.

Bütün bu və digər məlumatlarla bağlı adıçəkilən tərəfləri də dinləməyə çalışdıq. Binəqədi Rayon İcra Hakimiyyətindən telefonların heç birinə cavab verən olmadı(?)

Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyev isə suallarımızı eşitmək belə istəməyib də, bizim “başımıza ağıl qoymağa çalışdı”(?)

Aydın

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam