Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir-Reportaj

 

10

“Akkord” tikinti korporasiyası inşa etdiyi binaları satıb pulunu aldıqdan sonra yaxasını kənara çəkib”.

Yenixeber.org: Bu sözləri şirkətin Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksində yaşayan sakinlər söyləyiblər.

► Kvadratda saxtakarlıq

Onlar deyirlər ki, “Akkord” yaşayış binalarında problemlərin birinə də akkord vurmayıb.

Bu mənzilləri tələm-tələsik, arxitekturası bərbad formada tikiblər. Evlərin kvadratında vətəndaşlar aldadılıb.

İndi mənzil sahibləri evlərinin kvadratını ölçüb müqavilədə göstərilən kvadratla uyğun gəlmədiyinin şahidi olublar. Bəzi vətəndaşlar məhkəmələrə üz tutmağa hazırlaşır.

“Akkord”un kvadratda yalanının üstü açılandan sonra Sabunçu rayon İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi təqdim olunub.

Onlarla sakin şirkətin təzminat ödəməsini tələb edir. Bir neçə il qabaq vətəndaşlardan biri mənzilinin kvadratını ölçüb və 7-8 kvadrat əskik gəldiyi üzə çıxıb.

Məsələ böyüyüb və həmin şəxsə təzminat ödənilib. İndi proses təzədən başlanıb və Sabunçu məhkəməsində işə baxılması gözlənilir.

Bundan əlavə, mənzillərin “kupça”ları yoxdur və dekabrda olacağı vəd edilmişdi. Ancaq hələ də müqavilə sənədi ilə qeydiyyat aparılıb. Sakinlər “Akkord”un “kupça” verəcəyi günü gözləyirlər.

► 8 binada faciə gözləntisi

Sakinlərin sözlərinə görə, “Uğur-2” 8 binadan ibarətdir və problemlər aşıb-daşır: liftlər elə gün yoxdur ki, xarab olmasın, sakinlər liftdə qalmasın, saatlarla blokun qapısında növbələr yaranmasın.

Təzə liftlərin içalatı bərbad günə düşüb, düymələri qoparılıb, şüşələri çatlayıb, yan-yörəsi taxta ilə yamaqlanıb, monitor düzgü işləmir, yuxarı mərtəbəyə qalxan aşağıya düşür, 15-ci mərtəbəyə gedən 8-ə düşür və s.

Sakinlər onu da bildirirlər ki, 8 binanın əksəriyyətində mərtəbələrin qapıları oğurlanıb və indiyə qədər oğurluq davam edir. Guya bunu fəhlələr edirlər və heç də inandırıcı deyil.

Problemləri sadalayan “Akkord” camaatı deyir ki, həyətdə avtomobil saxlamağa yer qamayıb, qarajlar satılır, maşınlar az qala bir-birinin üstünə çıxır.

Kompleksin həyəti maşın bazarına oxşayır. Habelə, şlaqbaumlar işləmir, sürücülərə kart verilmir.

Ən nəhayət, vətəndaşlar bu binalarda hər an faciə ola biləcəyini qeyd edirlər. Onlar deyirlər ki, binaların fasadlarındakı alkoponlar güclü küləkdən qoparaq yerə düşür:

“Bu alkoponlar ülgüc kimidir, Allah iraq eləsin, kiminsə başına düşsə başını üzəcək. Şirkət rəhbərliyi nə fikirləşir, bilmirik.

Gözləyirlər ki, haçansa faciə olsun, sonra əncam çəksinlər. Bu binaların taleyi ilə maraqlanan yoxdur. Prezident də bu yoldan keçəndə tapşırmışdı ki, fasadlar dəyişdirilsin. Amma “Akkord” əməl etmədi.

Şirkət evləri satıb, pulunu qazanıb, indi də problemləri yarımçıq qoyub. Biz yaxın günlərdə prezidentə və Mehriban xanıma məktub yazmağa hazırlaşırıq”. YunisCəfərov/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam