Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Putinin “intriqaları”, Navalnının “ambisiyası”…- Kremlin rəhbəri milyonlarla insanı "tələyə" necə salıb?

K.Eggert, "Deutsche Welle" (Almaniya)

 

Yenixeber.org: Mətbuatın yazdığına (həm dövlət mediası, həm müstəqil KİV-lər) inansaq, son aylar Rusiyada xeyli sayda siyasi "intriqalar" yaşanıb. Vladimir Putin namizədliyini nə vaxt verəcək? Namizədliyini öz adından irəli sürəcək, yoxsa "Vahid Rusiya" partiyası tərəfindən? Putinin prezidentliyə namizədliyini təklif edəcək "təşəbbüs qrupunun" iclası harada keçirələcək? 

 

Kreml "Saakaşvili" və "maydan" təhlükəsi ilə üz-üzə

 

Əslinə qalsa, heç bir "intriqa" yoxdur. Eləcə də Rusiyada prezident seçkiləri. Sadəcə hazırkı dövlət başçısının yeni müddətə təkrar təyinatı proseduru var. Ola bilsin və çox güman ki, son dəfə. Amma buna da Vladimir Putin özü qərar verəcək.

Rusiya jurnalistikası, onunla birgə Rusiya demokratiyası "düşüncə tələsinə" düşüb və yalanı yaymaq məcburiyyətində qalıb. Məsələn, Vladimir Putinin prezientliyə namizədliyini dəstəkləyən siyasi partiyalardan yazmalıdırlar. Halbuki heç bir partiya yoxdur. Putin administrasiyası tərəfindən yaradılan və siyasi çevrənin, parlament demokratiyasının imitasiyası ilə məşğul olan strukturlar var. 

Hətta "Vahid Rusiya" da "hakimiyyət partiyası" deyil. Ora böyük statusu olan teatr premyeraları qrupudur. Partiya liderləri də yoxdur. Qaçaraq Kremldən bu gün hansı kostyumu geyinə, Dumanın yeməkxanasından hansı yeməyi götürə biləcəklərini soruşanlar var.   

Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi belə bir sistemin varlığının effektiv şəkildə dəstəklənməsidir.

Ortada sanki başqa bir "intriqa" da var – Vladimir Putinin "varisləri" mövzusunda aparılan müzakirələr. Siyasi liderin ideoloji davamçısının olmaması demokratiya üçün normal haldır. Putinin özünün bunu təyin etməsi isə idarəetmə rıçaqlarını əlində saxlamaq deməkdir. "Varis" sözünün hətta ən müstəqil və ya müxalif media tərəfindən dilə gətirilməsi indiki sistemin siyasi səhnədə total nəzarətini möhkəmləndirir.

"Sistem xaricindəki müxalifət" hesab edir ki, "həqiqi" müxalifət kommunistlərin dediyi kimi, sistemin bir parçası olmalıdır. Əks halda onlar ya "maydanda qaçan ağılsız saakaşvililərdi", ya da Mərkəzi Kəşfiyyat İdarəsinin, masonların pulları hesabına yaşayan xarici casuslar. Hansı normal Rusiya vətəndaşı belə müxalifəti dəstəkləmək istəyər? 


Nikita Mixalkov Putinin "avatarı" rolunda 

 

 

Bütün bu yalanlar və "psevdo-intiriqalar" illərdir ölkədə cəmiyyət üçün çox önəmli bir şeyi – rəqabətli siyasət anlayışını demək olar ki məhv edib. 

Bu faciəvi təkamülün tacı məşhur klişedir – Navalnı (Və ya Milov, Yaşin, mərhum Nemtsov və s.) siyasi ambisiyalarına görə prezidentə (və ya qubernatora, Ramzan Kadırova, korrupsiyaya və s.) qarşı çıxır. 

Sanki bu ambisiyalara malik olmaq azyaşlıları başdan çıxarmaq, arvadını döymək kimi pis və əxlaqsız hərəkətlərdir. 

İnsanlar "ambisiya" ifadəsini təkrarlamaqla əslində bunu nəzərdə tuturlar – Niyə ortaya düşüblər? Yoxsa onlara hamıdan çox lazımdır? Hazırkı hakimiyyət sistemi öz hüquqsuzluğu ilə fəxr edən hüquqsuz insanların üzərində qurulub.

 

"Sistemin bir parçası" olmaqdan imtina edənlər…

 

 

Sistem özü isə "sistemin bir parçası" olmaqdan imtina edənlərdən qorxur. Çünki sistemdən kənar olmaq siyasi həyatın, vətəndaş cəmiyyətinin normasıdır.

Norma sərbəst toplaşmaq azadlığını tələb etməkdir, dövlət teleməkanında bütün namizədlərə bərabər səviyyədə yer ayırmaqdır, seçkiöncəsi proqramı Kremlin divarları arxasında razılaşdırmamaqdır, məsələn, Nikita Mixalkovun studiyada həqiqətən də Putini təmsil etdiyi, prezidentin özünün isə həddən artıq məşğul olduğu ilə bağlı rola girməkdən imtinadır. 

Bu yazıda xeyli dırnaq işarəsi var. Çünki Rusiyada bir çox söz öz ilkin mənasını itirib. Və yaxın illərin ən böyük intiriqası (dırnaqsız) odur ki, bu ilkin məna həyatımıza nə vaxt qayıdacaq? Onunla da birgə həqiqi siyasət və demokratiya…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam