Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

CAHANGİR ƏSGƏROV DUBAYDA BİZNES-JET ALARKƏN -“Yaxşı yatağı var…”+ VİDEO

 

216238_res_01

Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun “Boeing” şirkəti ilə rekord həcmdə-1.9 milyard dollarlıq müqavilə imzalaması haqda xəbər vermişdik. Müqaviləyə əsasən AZAL “Boeing” şirkətindən 5 “Boeing 787-8 Dreamliner” və iki “Boeing 747-8f”, yaxud “Boeing 777F” təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.

Yenixeber.org: Lakin Cahangir Əsgərov Dubayda təkcə “Boeing”in müasir sərnişin laynerlərini deyil, Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. Virtualaz.org “Vesti.ru”ya istinadən xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: “Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”.

216239_src

“Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. “Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik”-o bildirib.

Qeyd edək ki, “Sukhoi Superjet” təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.(azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam