Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Lotu Quli ilə türk dərin dövlətinin "böyük buluşma"sı:Mafiyanın Polat Alemdarı/Pekerlə Qulinin görüşü - İlginc təxminlər

Lotu Quli ilə türk dərin dövlətinin “böyük buluşma”sı:  Mafiyanın Polat Alemdarı/Pekerlə  Qulinin görüşü – İlginc təxminlər
Want create site? Find Free WordPress Themes and plugins.

Jurnalist Eynulla Fətullayevin İstanbulda Lotu Quli ilə reportajında yayımlanan şəklində bir də Türkiyənin məşhur mafiya babası Sedat Peker vardı...

Yenixeber.org: Adı dillərdən düşməyən, türkmanların, əzilənlərin ümid yeri, fətullahçıların qorxulu röyası Peker.

Sədat Peker kimdir?

Məşhur mafiya babası 1971- ci ildə Sakaryada dünyaya  göz açıb.

90-cı illər Türkiyəsində dəbdə olan “mafiyaçılığ”ın görkəmli nümayəndələrindən biridir, mafiyalaşma  prosesinin içərisində yer aldığına  görə,  məhkəmə qarşısına çıxarıldı.

1997-98-ci illərdə silahlı mafiya dəstələri qurduğuna görə aparılan  məhkəmə prosesinə yetərli dəlillər olmadığına görə, ara verildi.

12 mart 2005-ci ildə “Kelebek Operasyonu”nda ələ keçirilib, həbsə atıldı.

O zaman hakimiyyətə yeni gələn AKP iqtidarının əsas vəzifələrindən biri mafiyanın aradan qaldırılması və liderlərinin tutulması olduğu üçün Peker də həbsdə qalmalı oldu.

Milliyətçi kəsimin göz bəbəklərindən biri olan Peker ideyaca Turançıdır.

31 yanvar  2007-ci ildə İstanbul Ağır Cəza Məhkəməsinin qərarına görə,  O, 14 il 5 aylıq həbsə məhkum edildi.

Məhkəmə onun uzun müddətli cəza evində olmasını da  nəzərə alaraq həbs müddətini 5 ilə endirdi.

Milliyətçi kəsimin göz bəbəklərindən biri olan Peker ideyaca Turançıdır.

İlk vaxtlar Almaniyada yaşayan Peker 1990-cı ildə ilk cinayətini reallaşdırıb.

Belə ki, o,  Bülent Kılıç ilə avtomobil servisi qurur və aldadıldıqdan sonra cinayət aləminə yol tapır.

1997-ci ildə qaçaq Abdullah Topçunu güllələyir, amma dəlil olmadığına görə azad edilir.

Az sonra daha iki cinayətə görə, məhkəmə axtarışa verir, onun isə səsi artıq Romadan gəlirdi.

Təhdidlə ixracat-idxalat etdirmək, zorla almaq, intihar həddinə çatdırmaq və s. Kimi səbəblərdən axtarılan Peker könüllü təslim olur.

8 ay həbsdən sonra təxliyyə edilir.

2013-cü ildə Ağır cəza məhkəməsi sözügedən şəxsə Ergenekon prosesində 10 il həbs verdi.

2014-cü  ildə isə cəzası 5 ilə salınaraq, təxliyyə edildi.

Peker Türkiyədə fiziki əngəllilər üçün əsl ata sayılacaq adamdır. Dəfələrlə ölkənin ən xeyirxah adamı kimi ödülləndirilib.

Onu zirvədə tutan ən mühüm səbəb isə Suriya türkmanlarına silah və qida verməsidir.

Bir dövlətin işini görən Pekerin TIRları Suriya sərhəddi boyunca üzü Türkmandağına gedir-gəlir və o, böyük bir türk təəssübkeşi kimi yenə də baş rolda babalıq etməkdədir.

Pekeri Türkiyənin sol partiyaları heç vaxt sevə bilmir.

CHP, HDP TKP kimi sol yönlü partiyalar vaxtaşırı Peker haqda məhkəməyə müraciətlər edirlər.

Onun sərt, qaba üslubu və ən həssas anlarda türk xalqına qarşı yönəlmiş xəyanətlərə gərəkdiyi kimi “qana qanla cavab vermək” prinsipindən çoxları narahat olurlar.

Sedat Peker-adı dillərdən düşməyən bu adam  əslində Polad Alemdarın prototipidir.

Əksər versiyalarda Abdullah Çatlının adı keçsə də, bilən bilir ki, “Kurtlar Vadisi”nin azman qəhrəmanı Sedat Pekerin özüdür ki, var.

Keçək əsas  məsələyə, haqqında söhbət açdığımız şəxsin dünən yayımlanan fotosunda Lotu Quli də var.

Məlumdur ki, Quluinin həbsini çəkib azadlığa çıxması dünyadakı “Oğru aləmi”ndə dəngələri dəyişməyə başlayıb.

İstanbulda yerləşən Qulinin bir də Pekerlə poz verməsinin əla bir mesaj olduğuna şübhə ola bilməz.

Quli Rusiya bazarları uğrunda amansız savaşa başlayır.

Rusiya, Ukrayanadakı azərbaycanlıların əlindən çıxan bazarlar geri qaytarılır. Başqa sözlə, zaman-zaman Lənkəranskinin himaysində yaşayan həmyerlilərimiz təbii olaraq, Quli faktoruna ümid edir.

Pekerlə Qulini nə bağlayır sualına ən yaxşı cavabı zaman verəcək.

Amma görünən odur ki, başlanğıc möhtəşəmdir.(A24.)

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam