Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya, İran, Azərbaycan prezidentlərinin Tehran görüşü:"Bölgəsəl tənzimlənmənin ən mürəkkəb vəzifələrini həll edə bilərik” – Təhlil

Javan (İran), 02.11.2017

 

Rusiya və Azərbaycan prezidentləri İranla üçtərəfli danışıqlar ərəfəsində Tehrana səfər ediblər. Və onlardan hər biri elə həmin gün Zati-müqəddəsləri, inqilab rəhbəri ilə görüşüb və danışıqlar aparıb, ikitərəfli münasibətlərin və bölgəsəl inkişafın daha önəmli problemlərini müzakirə edib.

Yenixeber.org: Ölkə ali lideri dəftərxanası informasiya saytının xəbər verdiyi kimi, İslam inqilabının böyük rəhbəri, ayətullah Xamenei, bir gün əvvəl axşam Rusiya prezidenti ilə görüşün gedişində cənab Vladimir Putinin Rusiya və İranın bütün sahələrdə əlaqə və əməkdaşlığının hər cür möhkəmləndirilməsi haqda təklfini alqışlayıb.

Zati-müqəddəsləri, inqilab rəhbəri bununla bağlı qeyd edib: “Bölgə əməkdaşlığımız və ikitərəfli münasibətlərin son illərdəki səmərəli  təcrübəsindən faydalanmağa çalışmaq gərəkdir ki, qarşılıqlı fəlaiyyət inkişaf etsin və möhkəmlənsin”.

Zati-müqəddəsləri ayətullah Xamenei hər iki ölkənin iqtisadi əməkdaşlıq potensialını onun faktiki durumunu xeyli üstələyən kimi dəyərləndirib və əlavə edib ki, Rusiya və İran iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, xüsusən də nəqliyyat sahəsinin inkişafı və yüklərin Çabahar limanından Sankt-Peterburqa qədər daşınmasında tərəflər daha çevikcəsinə qarşılıqlı fəaliyyətdə ola bilər. İslam inqilabının lideri iki ölkənin Suriya tənzimlənməsi üzrə son dərəcə müsbət qarşılıqlı fəaliyyət təcrübəsinə işarə edərək sıradakını bildirib: “Bu əməkdaşlığın nəticələri göstərib ki, Moskva və Tehran bölgəsəl tənzimlənmənin ən mürəkkəb vəzifələrini gerçəkləşdirə bilər”.

Rəhbər həmçinin yada salıb ki, “ABŞ-ın başçılıq etdiyi və Suriyada terrorçuları dəstəkləyən koalisiyanın məğlubiyyətini artıq inkar etmək olmaz, amma onlar bununla yanaşı orada öz məkrli planları və sui-qəsd qurmaq fikriylə yaşamağı davam etdirir”. “Uyğun olaraq, – rəhbər davam edib. – Suriya probleminin tam tənzimlənməsi üçün sıx əməkdaşlığımızın davam etdirilməsi zəruridir”.

İslam inqilabının rəhbəri həmçinin  bunu da xatırladıb ki, İran və Rusiyanın bəzi xarici ölkələrin dəstəyi ilə terrorizm və ekstremizmə qarşı birgə, ardıcıl müqaviməti mühüm nəticələr verib.

Zati-aliləri ayətullah Xamenei Suriya xalqının ölkənin taleyi üzrə yekun qərarı qəbul etmək haqqını qəbul edir. O (Putinin sözlərinə isnad edərək) həmçinin əlavə edib: “Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək Suriya hökumətinin formalaşması haqda məsələlərin bütün həllini istisnasız olaraq bu ölkənin daxilində axtarmaq lazımdır və bu zaman Suriya rəhbərliyinə xaricdən hər hansı bir təzyiq yolverilməzdir. Tənzimləmə məsələsində imkan daxilində bütün tərəflərin mövqeyi nəzərə alınmalıdır”.

İslam inqilabınn rəhbəri Rusiya prezidentinin danışıqların gedişində nüvə sazişi və hər bir tərəfin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin gərəkdiyi haqda səsləndirdiyi sözləri çox yüksək qiymətləndirib: “Təəssüf ki, Amerika tərəfi saziş şərtlərini icra etməkdən imtinada inad göstərir”.

Zati-aliləri ayətullah Xamenei cənab Putinin ümumi bölgəsəl problemlərin birgə həlli və bunlaırn həllinə hansısa xarici gücün müdaxiləsinin yolverilməzliyi haqda mövqeyini bəyənib və bildirib ki, ki, “amerikalılar bütün beynəlxalq məsələlər və bölgəsəl mübahisələrin həllinə qarışmaq niyyətindədir, bunun üçün müxtəlif dövlətlərdə müxtəlif tutarsız siyasi qüvvələri dəstəkləməyə can atırlar”.

 

ABŞ-ı təcrid edə bilərik

 

İslam inqilabınn rəhbəri ABŞ-ın təşəbbüs göstərdiyi antirusiya və antiiran sanksiyalarına qarşı birgə müqavimət üzrə qarşılıqlı əlaqəni çox effektli hesab edib və bu haqda sıradakını bildirib: “Ölkələri ayırmaq üzrə düşmənlərin bütün təbliğat səyləri və səmərəsiz cəhdinə, onların əməkdaşlığımıza süni şəkildə yaratdığı əngəllərə baxmayaraq biz buna layiqli cavab verə bilərdik. Xüsusən də ölkələr arasında dollarla hesablaşmaya alternativ tətbiq etməklə və saziş və müqavilələrimizi bağlarkən milli valyutalarda hesablaşmalara yönəlsək, Amerikanın bizə qarşı tətbiq etdiyi sanksiyaları hər cür effektdən məhrum edə bilərik. Bu, dünya iqtisadi münasibətlərində dolların və deməli, Amerikanın təcridinə xidmət edəcək”.

Bundan başqa, zati-aliləri şəxsən cənab Putini çox güclü və qətiyyətli siyasətçi, həmçinin fəaliyyət adamı hesab edib. Əlahəzrət ayətullah Xamenei bununla yanaşı bildirib ki, cənab Putinin bölgədə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə təkliflərini dinləmək və qəbul etmək lazımdır.

 

Putin: “İran bizim böyük qonşumuz və strateji tərəfdaşımızdır”

 

Rusiya prezidenti bir saat 15 dəqiqədən çox çəkən bu söhbətin gedişində Tehran səfəri və Zati-aliləri, ölkə və inqilab lideriylə danışıqlardan böyük məmnunluğunu bildirərək qeyd edib: “Biz İranı böyük qonşumuz və strateji tərəfdaşımız hesab edirik və bütün əlaqələrimizin genişlənməsi və möhkəmlənməsi üçün hər cür imkan və bəhanədən faydalanacağıq”.

Putin İran islam Respublikası prezidenti ilə görüşdə bildirib ki, “İrandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracatı yeddi dəfə artıb və ən müxtəlif sahələrdə əməkdaşlığımız üçün olduqca böyük potensial var”.

Rusiya prezidenti İranla nüvə sazişinin əsas prinsiplərinin Moskva tərəfindən dəstəkləndiyini bir daha bildirib.

 

İran-Azərbaycan münasibətlərinin inkişafının əleyhdarlarına qarşı çıxmaq lazımdır

 

Ölkə və inqilabın ali lideri, Zati-aliləri ayətullah Xamenei noyabrın 1-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşərək ölkələrimiizn çoxdankı əlaqələrinə və əməkdaşlığın bundan sonrakı möhkəmləndirilməsinə işarə edib. Ölkə ali lideri bu zaman “bir-birinə qardaş və doğma İran və Azərbaycan Respublikasının” düşmənləri haqda da danışıb və onların həm destruktiv addımları, həm də onlardan qaynaqlanan “ismarıc və günahlara” qarşı möhkəm durmağa çağırıb.

Rəhbərin sözlərinə görə, iki ölkənin müxtəlif istiqamətlər üzrə münasibət və əməkdaşlığını ikiqat iradə və enerji ilə inkişaf etdirmək lazımdır.

Zati-aliləri ayətullah həmçinin xatırladıb ki, Azərbaycan Respublikası əhalisinin çoxu İran və İraq xalqları kimi şiəliyin müqəddəs məktəbinin ardıcılıdır. Rəhbərin dediyi kimi, şiələrin islam şəhidlərinin yad edilməsiylə bağlı şanlı ənənələrinin Azərbaycana gətirdiyi fayda və imkanları dəyərləndirmək lazımdır, çünki bu, ölkəni qorumağa və xalqın milli eyniyyətini möhkəmlətməyə yardım edib. Əlahəzrət həmçinin bunlara və sovet dövrünün marksizm ideolgiyasını zorla qəbul etdirmək və Azərbaycanda inanc və dini unudulmağa məruz qoymaqda bütün əzəmətli səylərinin hədərliyinin səbəbi kimi xalqın mətin inamına işarə edib. Rəhbər öz sözlərinin təsdiqi kimi bu ölkədə bu ilin məhərrəm ayında keçirilən ayinləri xatırladıb və bunları “Azərbaycan xalqının bütün şanlı və etibarlı ənənələrə sarsılmaz inam və sadiqliyinin” timsalı adlandırıb.

İranın birinci vitse-prezidenti İshaq Cahangirinin də qatıldığı rəhbərlə söhbətin gedişində İlham Əliyev İrana səfərini “doğma evdə olmaq” kimi dəyərləndirib və həmçinin son illərdə iki ölkənin qarşılıqlı təsirinin inkişafının dinamikliyinə işarə edərək əlavə edib: “Biz İranla münasibətlərimizi ardıcıllıqla inkişaf etdiririk və heç kimə bizim münasibətlərimizə qarışmağa və yaxud ziyan vurmağa imkan vermərik”.

Azərbaycan prezidenti iki ölkənin mədəniyyət, ticari-iqtisadi münasibətlər, energetika, yatırımlar və nəqliyyat sahəsində bir sira prioritet əməkdaşlıq yönlərini xatırladaraq həmçinin Azərbaycanda məscidlərin inşası üzrə dövlətin göstərdiyi özəl səylərə işarə edib. Azərbaycan Respublikasının başçısı İran-Azərbaycan münasibətlərini səciyyələndirərək yekun vurub: “Biz İranla iqtisadi və mədəni qarşılıqlı  təsir cəhdlərimizi gücləndiririk və bu münasibətləri etibarlı və daimi etməkdə qəti niyyətimiz var”.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam