Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

BMT-nin KƏRKÜK PLANI:İdeal olsa da, o nə Bağdadı, nə də Ərbili razı salır - TƏHLİL

İbrahim Mərəşi

“Middle East Eye” (Böyük Britaniya)

 

Yenixeber.org: Kərkük şəhəri uğrunda mübarizə İraqın mərkəzi hökuməti ilə Kürdüstan Regional Hökuməti (KRH) arasında neçə illərdir gedir. Odur ki, İŞİD-in İraqda, Kərkükün yaxınlığındakı son şəhəri Havicə oktyabrın 5-də azad edildikdən sonra Bağdad ilə Ərbil arasında alovun güclənməsi yalnız zaman məsələsi idi.

Təəccüblü deyil ki, 25 Sentyabrda müstəqillik referendumundan sonra mərkəzi hökumət hər iki tərəf arasında gərginliyin artmasına səbəb olan kürd peşmərgələrini Kərkükdən çıxarmaq üçün hərbi qüvvələrini şəhəri ələ keçirməyə göndərib. İraq hökumətinin Kərkükü ələ keçirməsi kiçik müqavimətlə qarşılanıb, baxmayaraq ki, atışmalar barədə iddialar var.

Böyük hərbi toqquşmadan yayınmaq mümkün da, əlbəttə, Bağdad və Ərbil arasında qanlı siyasi döyüş hələ irəlidədir. İraqlı siyasi elitanın bu gərginliyi necə həll edəcəyi ölkənin gələcəyini təyin edəcək.

Mərkəzi hökumətlə Kürdüstan arasındakı Kərkük mübahisənin tarixi onilliklərlə ölçülür. Kürdlər ən azı 1970-ci ildən Kərkükün kürd şəhəri və onların paytaxtı olduğunu iddia edirlər. Səddam Hüseynin 2003-cü ildə iflasından sonra ABŞ-ın işğalı ilə şəhər KRH və Bağdadın qızğın mübahisə mövzusudur.

Kərkük uğrunda döyüş – resurs milliyyətçiliyinin kompleks məsələlərini əhatə edir. Kürd partiyaları Kərkükü və onun neftə ehtiyatlarını əldə etməyə müvəffəq olsaydılar, gələcəkdə iqtisadi resurslarla ətraf ölkələrdən asılılığı itirər və müstəqil olardılar. Bu, həm kürdlər, həm də İraq dövlətinin liderləri tərəfindən tanınan mühüm bir faktdır.

2014-cü ilin iyun ayında İŞİD İraqın işğalına başlayan kimi, kürd qüvvələri hələ də KRH-nin yurisdiksiyası xaricində olan Kərkükün təhlükəsizliyini təmin edib. KRH İŞİD-i Kərkükün ələ keçirilməsindən vaz keçdirib, lakin bu hərəkət mərkəzi hökumət və şiə partiyalarının xoşuna gəlməyib. Onlar KRH-ni xaosdan faydalanaraq ərazisini genişləndirməkdə ittiham ediblər.

Bu gərginlik hər iki tərəfin öz enerjisini İŞİD-lə mübarizəyə yönəltməsi ilə azalıb. Hazırda isə İraq hərbi qüvvələrinin şəhərə yerləşdirilməsi Bağdad və KRH arasında gərginliyin göstəricisi olub.

Həm Bağdadın, həm də Ərbilin bu cari böhranı aradan qaldırmaq üçün həll etməsi lazım olan bir siyasi məsələ var: İraq Konstitusiyasının 140-cı maddəsində nəzərdə tutulub ki, Kərkükün gələcək statusunu müəyyənləşdirməlidir.

Mərkəzi hökumət bu məsələni on ildən çox gecikdirib. Amma son hadisələr, nəhayət, İraq dövlətinin hərəkət etməsinə təkan verə bilər.

Kürdlər Kərkükün gələcəyinə dair referendumun 2007-ci ilin sonuna qədər keçiriləcəyinə ümid edib və Nuri əl-Malikini baş nazir olaraq buna görə dəstəkləyiblər. 2007-ci ildə Maliki bu referendumu təxirə salıb.

2009-cu ildə BMT Kərküklə əlaqədar olaraq, şəhərin və ətraf ərazilərin nə mərkəzi hökumət, nə də KRH-yə aid muxtar inzibati status seçənəyini təklif edib. Belə bir plan heç bir İraq ərazisindən imtina etməyən ərəb siyasətçiləri kimi, gələcək Kürdüstanın ərazisindən imtina etmək istəməyən kürd siyasətçilərini də razı salmır. Halbuki BMT-nin planı idealdır. Çünki ərəb, kürd və türkmənlərdən ibarət şəhər üçün ən real ssenaridir.

Kərkük üçün xüsusi status həm Bağdad, həm də Ərbil üçün ağrılı bir kompromisə səbəb olacaq və İraqdakı istənilən siyasətçi 2018-ci ilin aprel seçkilərində uzlaşma olmadan məğlub durumda qalacaq. Ancaq yeni bir hökumət formalaşdıqdan sonra BMT planının həyata keçirilməsi Kərkükün qeyri-müəyyən vəziyyətdə qalması və hər iki tərəfin siyasi şikayətlərinin artırmadan daha yaxşı olardı.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam