Redaktor seçimi
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
Günün xəbəri

Kürdlər referenduma getmək qərarı verdilər –Bəs sonra nə olacaq?

 

Sentyabrın 25-də İraqın Kürdüstan Regionu (KRI) müstəqillik referendumu keçirir. Kürdüstan paytaxtı Ərbildə və ətraf ərazilərdə milli əhvalı gücləndirilmiş bu referendum Bağdaddakı mərkəzi hakimiyyət və beynəlxalq ictimaiyyət tərəfindən isti qarşılanmayıb.

Yenixeber.org: Birləşmiş Ştatlar Ərbili səsverməni təxirə salmaqdan ötrü dilə tutub. Ötən həftə Qərb diplomatları alternativ təklif irəli sürüblər: səsverməni təxirə salın və Bağdadla yeni danışıqlara başlayın. Ancaq konkret təminatlar ala bilməyən Ərbil təşəbbüsü rədd edərək, referenduma hazırlığı davam etdirib.

 

                                         Kürdlər də parçalanıb

 

Kürdüstan daxilində də referenduma dəstək haçalanıb. Səsverməyə əsas dəstək verənlər KRI prezidenti Məsud Bərzani və onun Kürdüstan Demokratik Partiyasıdır.

Bu partiya əsas gücünü Ərbil və Dauk vilayətlərindən alır. Əslində, bütün kürdlər müstəqillik məsələsinin arxasındadır, ancaq məsələn, Süleymaniyə şəhərində mənzillənən Gorran Hərəkatı səsvermənin vaxtı və proseduruna qarşı çıxır.

Kürdüstan Vətənpərvər Birliyi daxilində isə referenduma dəstəklə bağlı fikir ayrılığı mövcuddur.

Referendumun vaxtı bu ilin iyununda elan olunub, ancaq müstəqil dövlət yaratmaqdan ötrü hüquqi qüvvəyə malik deyil. Yəni, səsvermədən bir gün sonra sərhədlərdə, yaxud suverenlik dəyişikliyi gözlənilmir.

Ərbil bu siyasi taktikanı yürütməklə Bağdadla danışıqlarda alver predmeti əldə etmək istəyirdi. Ancaq indi bu, ölkənin gələcəyi uğrunda yüksək riskli, antaqonizm dolu yarışa çevrilib. Kürdüstana bütün tərəflərdən təzyiq olunur, səsverməni müstəqil dövlət elan etməkdən ötrü bəhanə adlandırırlar.

İran xəbərdarlıq edib ki, KRI ilə təhlükəsizlik sahəsində münasibət dəyişə bilər. Türkiyədən təzyiq yüksəlir. Birləşmiş Ştatlar referendumun ertələnməsi üçün aqressiv diplomatik hücuma keçib. İraq parlamenti isə ötən həftə referendumu qeyri-konstitusion adlandırıb. Kərkük vilayətinin rəhbərini də parlament işdən çıxarıb, baxmayaraq ki, bu iş onun səlahiyyətində deyil.

 

                                              ABŞ-ın davranışı

 

Bütün bunlar kürdlərin millətçilik hissini daha da qızışdırıb. Bağdaddakı ərəb liderlərin narahatlığı da artıb.

Beləliklə, hər iki tərəf güzəştə gedilməyəcək həddə çatdıqlarını düşünürlər.

Birləşmiş Ştatların böhran zamanı davranışı Ərbillə münasibətlərini korlayıb, etibarlı vasitəçi imicinə də ziyan vurub. Son illər qarşılıqlı əlaqələrdə onsuz da geriləmə vardı, kürdlər ABŞ-ın niyyətlərindən və prioritetlərindən narahat idilər. Ancaq yenə də amerikanların Ərbillə Bağdad arasında vasitəçiliyinə bel bağlayırdılar.

Di gəl, Amerika diplomatiyası referendumla bağlı gərginliyi səngidə bilmədi. Yürüşlərdə Bərzani ABŞ-dan məyusluğunu gizlətməyib və referendumun keçiriləcəyini söyləyib. Kürd liderinin ABŞ siyasətinə qarşı belə dirənişi misli görünməmiş şeydi. “The Washington Post” qəzeti yazır ki, ABŞ-dan hərbi dəstək alınmasına baxmayaraq, kürdlərin amerikalıların tələblərini rədd eləməsi 3 səbəblə izah olunur. Birincisi, Birləşmiş Ştatlar İŞİD silahlı qruplaşmasıyla müharibə getdiyi bir müddətdə təhlükəsizlik təminatını dayandıracağıyla hədələyə bilmir. İkincisi,Amerikanın dəstəyi heç vaxt kürdlərin ambisiyalarının irəliləməsinə yardım etməyib, İŞİD-in məğlubiyyətinə yetəcək qədər olub.Üçüncüsü, Bərzaninin səsvermədən imtinasının siyasi riski onun xaricdən dəstəyi itirmək riskini üstələyir.

 

                                                   Abadi daha zəif düşdü

 

ABŞ-ın referenduma qarşı çıxmasının əsas səbəbi belə bir qorxuyla bağlı idi ki, bu səsvermə 2018-ci ilin aprel seçkisindən sonra Heydər əl-Abadinin baş nazir postunda qalmasını əngəlləyə bilər.

"Ancaq referenduma qarşı kampaniya, deyəsən, Abadiyə daha çox ziyan vurdu. Bağdad ilkin yanaşmasını saxlasaydı, səsverməni sadəcə, dəstəkləməyib, “qanunsuz” elan etsəydi, daha yaxşı olardı. Səddam Hüseyndən sonrakı hökumət kürdlərin dəstəyi olmadan qurula bilməzdi. İndi kürdlər səsverməni, Abadinin onu dayandırmaq cəhdlərinə baxmayaraq, davam etdirsələr, o, zəif görünəcək. Üstəlik, kürdlər digər namizədlərlə sövdələşmə əldə etməkdən ötrü özlərinin siyasi çəkilərindən də istifadə edə bilərlər…” – qəzet yazır.

Neftlə zəngin Kərkük vilayəti 2014-cü ildən kürd qüvvələrin nəzarəti altındadır. Bağdad və Tehranın hədələri zorakı toqquşma riskini artırıb. Abadi həftəsonu xəbərdarlıq edib ki, İraq ordusu referendumla bağlı hər hansı zorakılığa müdaxilə etməyə hazırdır. Kərkük ərtafındakı, İranın dəstəklədiyi şiə yaraqlıları da kürd qüvvələrinə qarşı hədələrini dilə gətiriblər. Bərzani də Kərkükü müdafiə edəcəyinə söz verib.

“Kürd millətçiliyinin yüksək olduğu bir vaxtda hətta kiçik insidentlər belə kütləvi fəsadlar törədə bilər. İŞİD də Kərkükdə mövcudluğunu saxlayır və qarşıdurmaya təhrik edə bilər…” – məqalədə deyilir.

 

                                              Referendumdan sonra nə olacaq?

 

“BBC” kürdlərin gündə 600 min barrel neft ixracıyla beynəlxalq investorları cəlb etdiyini yazır. Hər tərəfdən quruyla, həm də ona şübhəylə baxan ölkələrlə əhatələnmiş bir millət üçün bu, inanılmaz uğur sayıla bilər.

Ancaq KRI bir dövlət olmadığından uyğun faizlərlə kredit, yaxud BMT-nin tanıdığı ölkələr kimi silah ala bilmir. Kürdüstanın neft satışı da Bağdad tərəfindən mütəmadi təhdid altındadır. Bağdad kürdlərin hava məkanına nəzarət edir, onlar İraq pasportlarından istifadə edir və sairə.

BBC referendumdan sonrakı mümkün addımlarla bağlı yazır ki, Türkiyə ritorik olaraq səsverməni pisləsə də, sərhədi, yaxud Kürdüstanın neft ixracı kəmərlərini bağlayan deyil.

İran, İraqın federal qüvvələri və İranın dəstəklədiyi şiə döyüşçülər də kürdlərin döyüş əzminə ciddi təhdid yaratmayacaqlar.

“İran və Türkiyə tərəfdən verilən bəyanatların niyyəti, görünür, öz ölkələrindəki kürdlərin daha böyük separatçılıq cəhdlərini önləməkdir”, – BBC yazır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?